Kommunistin sevgisi

Kommunist fəlsəfənin banisi Karl Marks. Öz düşüncə və ictimai həyat fəaliyyətilə dünyanın gələcək siyasi xəritəsini və düşüncə aləmini dəyişdirəcək dahi insan. Ölümündən sonra  öz ölümsüzlüyünü yaradan filosof. Haqqsızlıqlara qarşı mübarizə apardığı üçün daima təqib olunan mücahid. Çox sözlər demək olar bu alman fikir sahibi üçün. Mövcud iqtisadi formasiyanın catışmazlıqlarını dahiyanə şəkildə təhlil edən, zəngin həyat tərzindən imtina edib, sadə və kasıb həyatı secən amma öz qurur və şəxsiyyətini heç vaxt tapdalatmayan Karl insanlara bir filosof kimi, aydın şəxsiyyət kimi düzgün yolu göstərirdi. İnsanın təkcə iqtisadi mübarizəsində deyil, həm də mədəni, əxlaqi dəyərlərdə də daima mübarizə də olmasını bildirirdi. O fikrlərini heç vaxt kağız üzərində qeyd etməklə, seyrci mövqe tutmaqla kifayətlənmirdi. İstər siyasi-iqtisadi sahədə, istər şəxsi həyatında belə daima mübarizə halındaydı. Bir növ özünün yaratdığı materialist dialektikanı praktiki olaraq ilk olaraq özü yaşayırdı.

Həyat yoldaşı Jenni von Vestfalenlə münasibətləri də buna nümunədir. Jenninin zadəgan həyatından imtina edib kasıb Marksı secməsi dediklərimizin isbatıdır. Marksın bir kommunist kimi sevgisi isə xoşbəxtlik anlayışılə uzlaşır. Əgər həyatında bir nəfər olsa belə səni ürəkdən sevən bir varsa deməli sən sevməyə və sevilməyə layiq xoşbəxt insansan, yox əgər belə bir insan yoxdursa bədbəxtsən. İnsanların daima xoşbəxtliyi üçün çalışan Karl Marks dünya fəlsəfə fikrinə öz möhtəşəm əsərlərini hədiyyə etməklə çox böyük töhfə verdi. Baxmayaraq ki, həmin əsərlər onun sağlığında ona heç bir qazanc gətirməyib, adi siqaret pulunu belə qarşılamamışdı.

 

volo.az

hazırladı: Tural Metesoy

Comments

comments