Aida İsmayılova-Həyat dediyin nədir ki? Labirintlərdən ibarət olan bir qutu…

Bədii əsərlər insan ruhunun qidasdır. Əgər elmi kitablar beynə xitab edirsə, bədii əsərlər insanın daxili aləminə nüfuz edir. Əvvəl Daniel Keyes adlı bir yazıçının olduğunu belə bilmirdim. Bir dostun məsləhəti ilə müəllifin “Algernona çiçəklər” adlı əsərini aldım. Böyük bir həvəslə oxuduğum kitab haqqında təəssüratlarım olduqca yaxşıdır. 32 yaşlı Cahrlie Gordonun həyatını qələmə alan müəllif onun hiss, həyəcan, duyğu və düşüncələrini özünəməxsus tərzdə ifadə etmişdir. Charlie çox zəif IQ ilə dünyaya gəlib, normal uşaqların oxuduğu məktəbə gedə bilmir, yaşıdları ilə oyanay bilmir, demək olar ki, heç nə yadında qalmır. Bacısı Norma doğulandan sonra anasının təkidi ilə atası onu özəl bir məktəbə verir. Ondan sonra o ailəsindən ayrı düşür. Zəif IQ olmasına baxmayaraq Charlie oxumağı və yazmağı öyənmək istəyir, başqa insanlar kimi ağıllı olmaq ən böyük arzusudur. Onun bu arzusu reallaşır, belə ki, Algernon adlı bir laboratoriya siçanı üzərində aparılan əməliyyat onun üzərində təcrübə olaraq aparılır. Bundan sonra yavaş-yavaş Charlinin IQ -si iki dəfə artır. Lakin zəkasının artması ilə daha çox dostu olacağını düşünən Charlie xəyal qırıqlığına uğrayır. Çünki əvvəl insanların çoxu ona gülürdülər, məsxərəyə qoyurdular. İndi isə onu qısqanırlar, o artıq hər kəsin məsxərəyə qoya biləcəyi Charlie deyildi. Zamanla əvvəl görə bilmədiklərini görən qəhrəman işlədiyi yerdə satıcının necə mağaza sahibini mənimsəməsini görür,halbuki əvvəllər o belə şeyləri görə bilmirdi,  ümumiyyətlə, insanların düşündüyü kimi yaxşı olmadığının fərqinə varır.Charlie zəkası artandan sonra əvvəllər iş yoldaşlarının necə məsxərəyə qoymasını xatırlayır və hər şey də bundan sonra başlayır. ” Bilmirəm hansı daha pisdir,kim olduğunu bilməmək və xoşbəxt olmaqmı, yoxsa hər zaman olmaq istədiyin insan olub, yalnız olmaqmı.” Charlinin fikirlərlindən də göründüyü kimi o əvvəlkindən də böyük bir yalnızlıq yaşayır. Uzun illər ailəsini görməyən qəhrəman zəkası artandan sonra onu görmək istəyir və atasının bərbər işlədiyini öyrənir. Onu görmək üçün gedir,lakin atası onu tanımır. Əməliyyatdan öncə heç atasının adını belə xatırlamayan Charlie deyir: “İnsanın öz ata və anasının adını bilməməsi necə də qəribədir?.”

Əsər Charlinin gündəliyi şəklində təqdim olunmuşdur və o, həm əməliyyat öncəsi və həm də sonrası öz düşüncələrini gündəlik şəklində yazır. Əsəri oxuduqca zəif IQ-yə malik insanlara gülən, onları məsxərəyə qoyan insanlar gözümün qabağna gəlirdi. Bzim cəmiyyətdə də belələri az deyil. Daim insanları zəif yerlərindən vurmağa çalışanlar məgər azdırmı?! Elə doğulmaq Charlinin günahı deyildi, eləcə də elə doğulan heç bir kəsin. Əslində, IQ-si zəif olan Charlie və elə doğulnlar yox, onlara gülənlərdi. Lakin Charlinin IQ-si yenidən aşağı düşür və o artıq əvvəlki halna qayıdır. Əməlliyyatdan sorna 20 dil bilən Charlie indi kitab belə oxuya bilmir. İnsanların ona yazığı gəlməməsi bu insanların olmadığı yerə getməyə qərar verir. O, müəlliməsinə belə bir qeyd yazır: “Dediyiniz kimi həyatda mənə ağıllı olmaq üçün ikinci bir şans verildi və bunun üçün çox xoşbəxtəm. Çünki bu dünyada var olduğunu belə bilmədiyim çoxlu şeylər öyrəndim və onları çox az da olsa, görə bildimsə, çox xoşbəxtəm.”Charlinin daha son istəyi isə belə idi: “Xahiş edirəm, vaxtınız olarsa, Algernonun arxa bağçadakı məzarına bir neçə çiçək qoyun.”

Comments

comments