Ziya Balıyev-İlyas peyğəmbərin möcüzəsi

İlyas peyğəmbərin möcüzəsi.

Tövrat 1 Padşahlar 18-də İlyas peyğəmbərin bir möcüzəsindən bəhs edir. Tövratdakı əhvalata görə İlyas peyğəmbər insanları Allaha inanmağa səsləsə də, onlar Baal adlı tanrıya inanırlar. Bundan qəzəblənən İlyas, Baalın peyğəmbərlərini duelə çağırır. İlyas onlara deyir ki:”Bir qurbangah düzəldib buğanı ora atın və Baaldan oranı alovlandırmasını istəyin”. Baalın peyğəmbərləri belə edirlər, lakin nə qədər yalvarsalar da qurbangah alovlanmır. Ondan sonra İlyasa növbə çatır. İlyas 12 böyük daşdan qurbangah düzəldir. Sonra qurbangahın ətrafında xəndək qazdırır və qurbangahın üstünə odun tökmələrini istəyir. Ardından bura 4 səhəng su tökməklərini istəyir. Belə edirlər. Bunu ikinci dəfə istəyir və yenə edirlər. İlyas həmin şeyi üçüncü dəfə etmələrini istəyir və belə edirlər. Ardından qurbangah alışır.
Əslində Tövratda buna tanrının möcüzəsi kimi baxılsa da, bu o dövrdə çox az bilinən bir metod idi. Bu barədə eradan əvvəl İsrail ərazisində yaşamış Julius Africanus bəhs edir. Metod necə idi? Bu metod üçün insanlara 4 şey lazımdır. Su, əhəng, kükürd və neft. Bristol universitetinin professoru, kimyaçı Tim Gallagher bu metodu sınaqdan keçirir və nəticəni əldə edir. Metodda su ilə əhəng bir birinə qarışdıqda olduqca böyük bir istilik yaranır. Həmin bu istilik kükürdə və neftə toxunduqda isə bundan alov meydana çıxır. Burda İlyas peyğəmbərin 3 dəfə səhəngdə su gətirilməsini istəməsi hər şeyi açığa çıxarır. Əvvəlcədən qazılmış xəndəyə əhəng və kükürd tökən İlyas ilk iki dəfə gətirilən səhənglərdə neft gətizdirir. Üçüncü səfər gətirilən 4 səhəngdə isə su olur. Odunların üstünə tökülmüş neftdən sonra kükürd və əhəngə toxunan su böyük istilik yaradır və neftə toxunduqda alov yaranır. İlyasın etdikləri hamısı əslində bu metodun olduğunu göstərir, lakin həqiqətənmi belə idi, ya Allah odu göndərmişdi, bunu bilməyimiz mümkün deyil.

Comments

comments