Elşən Mehdi-Qışqırıq

Çəkin ayağımızdan,
Qurulan tələləri.
Dünyamızı qaytarın,
İblisin kölələri.

Yalançı vicdanınız,
sülh bağırır arada
Lənət olsun sizə də,
Atom silahına da.

Körpələrin harayı
göy üzünə çəkilsə
Nə məscid kömək olar,
Nə monastır, nə kilsə.

Alqış səsləri ilə
oyanasan ki səhər.
Gül düzülüb Hələbdən
Yerusəlimə qədər.

Comments

comments