Həyatı necə bölüşdürməliyik?

Bİr gün bir fəlsəfə müəllimi əlində böyük bir qab və bir neçə qutuyla dərs otağına gəlir. Qabların birindən qolf toplarını çıxaran müəllim qabın içinə doldurur və uşaqlardan soruşur:
-Bu qab doludurmu?
Uşaqlar-Hə-deyə cavab verirlər. Müəllim digər qutudan çınqıl daşları çıxarıb qaba tökür və o daşlar boşluqlara dolurlar. Müəllim yenə sual verir:
-Qab doludurmu?
Uşaqlar yenidən-Hə-deyə cavab verirlər. Müəllim bu dəfə qutudan narın qumu çıxarıb qaba tökür və yenidən sual edir:
-Qab doludurmu?
Uşaqlar-Hə-deyə təkrar edirlər. Bu dəfə də müəllim bir bardaq şərabı qaba boşaldır və deyir:
-Bax qab indi doludur. Uşaqlar burda qolf topları sizin həyatınızdakı ən önəmli şeyləri; ailənizi, dostlarınızı, maraqlarınızı ifadə edir. Çınqıl daşlar ikinci dərəcəli məsələləri; evi, işi maşını və.s ifadə edir. Qum isə həyatınızdakı ən önəmsiz şeylərdir. Əgər qutunun içini öncədən qumla doldursanız toplara və daşlara yer qalmaz. Bu həyatınız üçün də keçərlidir. Əgər bütün gücünüzü boş şeylər üçün sərf etsəniz, dəyərli şeylərə vaxt qalmaz.
Uşaqlardan biri “bəs şərab nədir?” deyə soruşdu. Müəllim:
-Şərab o deməkdir ki, nə qədər dolu olursunız olun, hər zaman sevdiklərinizə ayıracaq vaxtınız vardır.

Comments

comments