Fridrix Nitsşe fəlsəfəsi

Nitşe 1844-1900-ci illərdə yaşamışdır. Nitşe Bonn və Leypsiqdə təhsil alıb, 22 yaşında Bazel universitetinin professoru olub, 25 yaşında isə Leypsiq universiteti ona filologiya doktoru dərəcəsi verib. 1876-cı ildə Nitşe xəstəlik səbəbindən pedoqoji fəaliyyətindən istefa verməyə məcbtır olub. 1889-cu ildə ruhi xəstəliyə mübtəla olmuşdur.

Əsas fəlsəfi əsərləri: «Musiqi ruhundan fəciənin doğuluşun, «lnsani, hədsiz insani», «Zərdüşt belə söyləmiş», «Xeyir və şərdən o tərəfdən kimi məlumdur».

«Antixristin» VƏ «Hakimiyyət əzmi» əsərləri ölümündən sonra nəşr olunmuşdur.

Nitşe fəlsəfəni ayrıca mütəfəkkirin, onun subyektivliyini ifadə edən şəxsi yaradıcılığı kimi başa düşürdü.

Dünya həyat axını, əbədi hərəkət və əmələgəlmədir. Varlıq yoxdur, filosof qeyd edirdi ki, yalnız əbədi əmələgəlmə var. Dünya quruculuğunun əsas qanunu tükənməz hakimiyyət əzmi, bütün canlıların: özünütəsdiqə can atmasıdır.

Nitşenin fikrincə mənasız xaos böyük, lakin sonlu sayda kombinasiyalar törədir, onlar isə nəhəng zaman müddətində sonra yenidən, təkrarlanır. İndi baş verən hər şey dəfələrlə baş verib və baş verəcək. Başqa sözlə tərəqqi mövcud deyil.

Nitşeyə görə dünyada daimilik və dayanıqlılıq yoxdur, hər şeyin dərki insana sağ qalmağa və özünün «hakimiyyət əzmini» gerçəkləşdirməyə kömək edən Aksiyalar hazırlayır. «İdrak hakimiyyət aləti kimi işləyin» – Nitşe yazırdı. Və hər şeyin dərk olunmasının Əsas məqsədi yanlışlığa bərabər olan həqiqətin bərqərar olması deyil, dünyada sahib olmaqdır.

Hakimiyyət – dünyanın, onun dərin qatlarında kök salmış «ruhudur». Bu yaradıcılıq prosesidir. Hakimiyyətə cəhd insanın dəyişməz daxili mahiyyətidir.

Nitşe öz idealını yaradıb: bu öz təbiətinin zəif cəhətlərindən azad olmuş fövqəlinsandır. Fövqəlinsan özünü bilir. Əxlaqi normalardan xeyir və şərdən kənar tutur o yer həyatının total yalanını xüsusi qəddarlıqla dəf edir. Fövqəlinsanda bir az Bethovendən, bir az Zərdüştdən, bir az Prometeydən var, bütövlükdə o Xristos ruhlu Sezardır. Fövqəlinsan «yeni əxlaqın» subyektidir. Nitsşe yazırdı: «Fövqəlinsanın gözəlliyi kölgə kimi mənə aşkar oldu. Oh qardaşlarım! İndi Allahlar mənə nə lazım!».

İnsanlara zəiflik aşılayan, qorxu hissi yaradan ehkamçı xristianlıq. Xristianlıq bütün məhkum olmuşları nəzarəti altına alan iztirab dinidir. Bəşəriyyət üçün xristian iztirabı qədər qeyri-sağlam və məhvedici heç nə yoxdur.

Nitşe xristian əxlaqına qarşı, onun fikrincə hakimiyyət əzmini təmin edəcək hiss və instinkti qoyurdu. O hesab edirdi ki, zəka mahiyyətcə bir heçdir, məntiq absurddur, çünki həyat dinamikasın! zidd olan donuq formalarla əlaqəlidir. Bir neçə minillik ərzində hakimiyyət əzmi tədricən zəifləmiş, insanlar cırlaşmışdır, ona görə? də Nitsşenin «qullar exlaqı» adlandırdığı xristian əxlaqmdan imtina etməli və xeyir və şərdən kənarda dayanan, heç bir əxlaqi norma ilə buxovlanmayan fovqəlinsamn əxlaqmı qəbul etmək lazımdır.

Nitşe fəlsəfəsi həyat fəlsəfəsi, praqmatizm, ekzistensializm kimi fəlsəfi fikir cərəyanlarına əhəmiyyətli təsir göstərmişdir.

Şükürov-Hamı üçün fəlsəfə

Comments

comments