Ceylan Mumoğlu-Düşüncədə rast gəlinən məntiq xətaları (Logical fallacy) (“Aydınlanma səyahəti” kitabından)

Bir düşüncəni ortaya qoyarkən, yaxud anlamağa çalışarkən edilən yanlış nəticələrin bütününə məntiq xətası deyilir (İng. Logical fallacy). Köhnə Osmanlı dilində Kıyas-ı batıl adlanır. Həqiqət bəzəyi verilmiş yalanlar ilk baxışda etibarlı və inandırıcı kimi görülə bilər, lakin yaxından baxıldığında əsassız olan qiyasdır, özlərini ələ verən saxta arqumentlərdir. Boş, əsilsiz sözləri fərq etmək, onları etibarlı və möhkəm arqumentlərdən ayırmaq vacib bir tənqidi düşünmə bacarığı istər. Müasir dövrümüzdə daha çox rastlanan məntiq xətası nümünələri aşağıdakılardır:

1. Argumentum ad hominem: Bir sübuta, dəlilə cavab verərkən sübutu tənqid etməkdən çox onu ortaya qoyan adamın əlaqəsiz bir xüsusiyyətini gündəmə gətirməklə fikirləri çürütməyə çalışmaq.

Nümunə:

O avtomobildən nə anlayar, qadın deyilmi?

Dediklərində haqlı ola bilərsən, lakin bunları ifadə etmək üçün yetərli savadın yoxdur.

Ziqmund Freyd əxlaqsızın biri olub, ona görə söylədiklərini ciddiyə almağa ehtiyac yoxdur.

Gülgəz dedisə, inanmayın, çünki o yalançıdır.

2. Argumentum ad populum: Çoxluğun mənimsəməsinin doğru olması məntiqi xətası.

Məsələn, “Hər kəs belə edir”, “Hər kəs belə düşünür” və s.

3. Argumentum ad ignorantiam: Tərsi isbatlanmayanın doğru olması məntiqi xətası.

Nümunə:

UNO-ların Dünyanı ziyarət etmədiyi yolunda heç bir dəlil yoxdur, deməli edirlər.

Yadplanetlilər olsaydı, Dünyaya gələrdilər, demək ki, yoxdular.

Ruhların olmadığı sübut edilmədiyinə görə, deməli varlar.

Elmir Aydından daha yaraşıqlı olduğunu söylədi, ancaq bunu isbatlaya bilmədiyinə görə, demək ki, deyil.

4. Non causa pro causa: İki hadisədə kifayət qədər dəlilin olmamasından birinin digərinin meydana gətirməsinə səbəb olan məntiq xətası.

Nümunə:

Televiziya izləmək şiddətə səbəb olmaqdadır. Çünki TV-nin evə girməsindən sonra cəmiyyətdəki şiddət nisbəti artmışdır.

Nəvə sahibi olmaq infarkt olma ehtimalını artırır, çünki nəvə sahibi insanlarda infakrt keçirmək nisbəti yüksəkdir.

5. False Dilemma, Black And White Fallacy:  Ya qara, ya ağ.

Nümunə:

Məni sevmirsənsə, məndən nifrət edirsən.

Ya mənə qarşısan, ya da mənim yanımdasan.

İnsanlar ya mələkdir, ya da şeytan.

Ölkəni ya sev, ya da tərk et.

Fuad: Mən orta məktəblərə din dərsinin qoyulmasını dəstəkləyirəm.

Rəşad: Mən belə bir şeyin faydasına inanmıram.

Fuad: Yoxsa sən ateistsən, Rəşad?

6. Fallacy of Insufficient Sample: Yetərsiz nümunə qiyası: (Az sayda nümunə ilə tez ümumiləşdirmə etmək səhvi)

Nümunə:

Bir feminist olan Rəna kişilərə nifrət edir. Belə olduqda bütün feministlər kişilərə nifrət edir. (Bir tək Rəna nümunəsi ilə feministlərlə əlaqədar bu nəticəyə gəlmək olmaz)

Kəndin girişində iki cırtdan boylu adam gördüm, demək bu kəndin insanlarında irsi anormallıq var. (İki liliputu görmək, bütün kənd üçün  bu ümumiləşdirməyə gəlmək demək deyil)

7. Argumentum Ad Verecundiam, Argument From Authority:  Bir bilən ehtimalı.

Nümunə:

Eynşteyni hamımız tanıyırıq, o da eynilə mənim kimi düşünür.

Tarix müəllimim Aya enmənin bir hiylə olduğunu söylədi, ona inanıram, çünki məndən daha çox təhsil almış biridir.

Sənin fikrini qəbul edə bilmərəm, bizim məscidin imamı əksini söyləyir.

8. Fallacy Of Unqualified Source: İrrasional nüfuz qiyası. (Bir iddianı dəstəkləmək üçün o mövzuda bilik sahibi olmayan kəsləri mütəxəssis olaraq göstərməkdən yaranan səhv nəticə)

Nümunə:

Anam uşağın ağlamasının yaxşı olduğunu, ağlayarkən ciyərlərinin şişdiyini söylədi, mən də buraxdım ağlasın.

Qonşu mədə ağrısı üçün kəklikotunun tam yaxşı gələcəyini dedi, mən də dəmlədim.

9. Petitio Principii:  Sonsuz dövretmə qiyası. (Silsilə səbəb, öz-özünü sübut edən mülahizə)

Nümunə:

Dostum məni sevdiyini söylədi, ona inanıram, çünki onun sevdiyi insanlara qarşı yalan söyləyəcəyini zənn etmirəm.

Yalançı deyiləm, bu səbəbdən bütün söylədiklərim doğrudur.

Comments

comments