Qarşılıqsız sevginin öhdəsindən necə gəlməli?

Əgər sən qarşılıqsız sevginin qurbanısansa..

1. Qəbul et ki, sevgi adətən şüurlu qərar olmur. Əgər bir şəxs onu sevdiyini bildiyi halda, sizə qarşı eyni hissi hiss etmirsə, buna xəyanət kimi və qəsdən edirmiş kimi baxma. O, ola bilər ki, sizi sevmək istəyir, lakin sadəcə olaraq alınmır, anlaya bilmir və bəlkə heç vaxt da anlaya bilməyəcək. Bəzən nə etsən də, o hisslər yaranmır. Çalış bunu şəxsiləşdirmə.
Image titled Deal With Unrequited Love Step 2
2. Ehtiyac hissinin kökünü kəs. Əgər sən depressiya, kədər, ağrı hiss edirsinizsə, böyük ehtimalla bunun səbəbi xoşbəxt olmaq üçün həmin şəxsə ehtiyac duymağınızdır. Lakin xoşbəxtlik haqqında olan tədqiqatlar göstərir ki, əslində bizim xoşbəxt olmaq üçün sağlam nikbinlik dozasına ehtiyacımız var.
Image titled Deal With Unrequited Love Step 6
3. Məsafə qoy. İstəmədiyin halda, o şəxslə yaxın olmağa məcbursansa, bu sənin üçün yaxşı olmaya bilər. Onunla yaxın olan şəxsə və ya şəxslərə hiss etdikləriniz haqqında danışmayın, əks təqdirdə onlar sizi olmayana inandırmağa və bağlamağa çalışa bilərlər. Onlara zəng etmə, onların tez-tez olduqları yerə getmə.
Image titled Deal With Unrequited Love Step 4
4. Subay olmaqdan zövq al. Qarşılıqsız sevginin öhdəsindən gəlmək, ayrılığın öhdəsindən gəlməyə bənzəmir. Bu əslində olmayan münasibəti bitirməkdir. Sən gərək həyatında heç kim olmadan zövq almağı öyrənəsən.
 
Əgər sizə qarşı qarşılıqsız hissləri olan biri varsa..
Image titled Deal With Unrequited Love Step 7
1. Yadda saxla, bu onun tərəfindən şüurlu verilmiş qərar 
deyil. O, səni narahat etməyə cəhd etmir, hətta özünü buna görə pis hiss edir. Sən ona dost kimi bağlı olsan da, o sənə qarşı güclü emosional hisslər bəsələyə bilər.
Image titled Deal With Unrequited Love Step 8
2. Onun sevgisini ya nəzərə al, ya da əngəllə onu. Bəzən biz haqsız yerə, keçmiş təcrübələrimizdən təsirlənərək bu insana qarşı şübhə duyuruq yaxud da onun sevgisini qəbul edə bilmirik.
Image titled Deal With Unrequited Love Step 9
3. Əgər bu şəxsi sevmədiyinə əminsənsə, qərarlı ol. Səninlə yaxın ola biləcəyinə inanmağına izn vermə. Ona bu hisslərin qarşılıqsız olduğunu izah etmək sənə çətin gələ bilər. Ona belə izah edə bilərsən: “sənin mənə qarşı hiss etdiklərini, mən sənə qarşı hiss etmirəm. Bilmirəm niyə, lakin mən necə hiss etdiyimə əminəm və inanmıram ki, bu dəyişsin”. O əsəbi ola bilər, depressiyaya düşə bilər, lakin sən bu anlaşılmaz vəziyyəti izah etsən, o tezliklə düzələcək.
Image titled Deal With Unrequited Love Step 10
4. Həmin şəxs sizin sərhədlərinizi anlamadısa, onunla olan əlaqənizi kəsin. Əgər həmin şəxs sizə dost kimi yanaşmır və daha çox yaxınlaşmağa başlayırsa, ən yaxşı yol onu dostluq pilləsində aşağı endirməkdir. Onunla olan söhbətlərinizi qısa kəsin, birlikdə vaxt az keçirin.
Tərcümə edən: Aidə
Mənbə linki: http://m.wikihow.com/Deal-With-Unrequited-Love

Comments

comments