İnsanları manipulyasiya edən sosyopatı necə tanımalı?

Əgər siz sosyopatla rastlaşsanız yaxud hansısa sahədə yoldaş olsanız bilməlisiniz ki, sosyopatla hər hansı bir münasibət təhlükəli ola bilər.

Sosyopat anti-sosial pozuntusu olan şəxs kimi müəyyənləşdirilir. Bu pozuntu digərlərinin hisslərinə qarşı diqqətsizlik, saxta vicdan əzabı yaxud saxta utancaqlıqla, manipulyativ davranışlarla, idarə olunmayan eqo mərkəzlə və yalan danışmaq bacarığı ilə məqsədinə nail ola bilmə kimi xarekterizə olunur. Əgər siz sosyopatla rastlaşsanız yaxud hansısa sahədə yoldaş olsanız bilməlisiniz ki, sosyopatla hər hansı bir münasibət təhlükəli ola bilər. Əgər siz sosyopatı necə tanımağı və ona qarşı necə ehtiyatlı olmağı, həmin şəxsin nələr dediyini yaxud nələr etdiyini bilmək istəyirsinizsə, 1-ci bənddən başlaya bilərsiniz.
Image titled Spot a Sociopath Step 1
1. Olmayan utancı axtar. Bir çox sosyopatlar çirkin hərəkətlər edə bilər və buna görə bir qram da vicdan əzabı keçirməzlər. Belə ki bu hərəkətlər fiziki sui-istifadədən yaxud digərlərini alçaltmaqdan ibarət ola bilər. Əgər bir şəxs həqiqi sosyopatdısa, digər insanları incitməkdən, yalan danışmaqdan, manipulasiya etməkdən, qəbul olmayan davranışlar sərgiləməkdən heç bir vicdan əzabı keçirməyəcək.
  • Əgər sosyopat səhv edibsə güman ki, edilən tənqidi qəbul etmək yerinə digərlərini günahlandıracaq.
  • Məqsədinə nail olmuş sosyopat nə vaxtsa, kimisə istəkli şəkildə incitmişdir. Bu bir çox sosyopatların nəyə görə uğurlara imza atmış olduğunu görtərir.
  • Sosyopatlar heyvanlara qarşı çox qəddar ola bilərlər, buna görə də vicdan əzabı çəkməzlər.
Image titled Spot a Sociopath Step 2

2. Həmin şəxsin daimi yalanlar söylədiyini gör. Sosyopatlar mükəmməl şəkildə yalanlar söyləyərək yaşayırlar. Bu faktdır ki, həqiqi sosyopat doğruları danışarkən narahatdır. Əgər onların yalanının üstü açılsa, onlar bunun üstünü örtmək üçün yeni yalanlar söyləməyə başlayacaqlar. Əgər siz onların yalanın üstünə sonuna qədər getsəniz, onlar sizin sədaqətinizi qoruyub saxlamaq üçün vəhşicəsinə etiraf etməyə başlayacaqlar.

  • Sosyopatlar keçmişləri haqqında yalan söyləməyi sevirlər. Onların hekayələrində ziddiyyəti axtarın.
  • Bəzi sosyopatlar sizi yalanlarına inandırmaq üçün əlindən gələn hər şeyi edəcəklər. Məsələn; sosyopat işsiz olduğu halda, hər gün işə getdiyini iddia edə bilər.
  • Bir çox sosyopat öz yalanlarının həqiqət olması yanılqısını yaşayır. Məsələn, Charles Manson deyirdi: “Mən heç kimi öldürməmişəm. Mənim heç kimi öldürməyə ehtiyacım yoxdu! (onun dediyinə görə o özü heç kimi öldürməyib, onun tərəfdarları öldürüblər.)
Image titled Spot a Sociopath Step 3

3. Əgər onlar nifrət oyandıracaq vəziyyətlərdə əsrarəngiz şəkildə sakit qala bilirlərsə.Sosyopatlar yüksək emosionallıq oyandıran hadisələrə qarşı səthi reaksiya verirlər. (səssiz nifrət) Onlar tez-tez “yaxşı yenilikləri” soyuq baxışla qarşılayırlar. Təhlükəli və qorxulu situasiyalara adi insanlarla eyni reaksiyanı vermirlər.

  • Panik anlarında siz həyəcanlanmış görünürsünüz. Amma onlar sizin gəringinliklə qarşıladığınız hadisələrə qarşı gərgin olmurlar. Bunu iki tip insan edə bilir: Adətən cəsur qadınlar və ya kişilər də həmin anda gərginliyi aradan qaldırırlar. Digər tipə isə bu hadisə heç bir şəkildə toxunmur. Bu tip əlaməti daşıyanların empatiyası yoxdur. Bura saxta empatiyaya malik sosyopatlar daxildir.
  • Gözdən keçir, əgər bu şəxs təbii səbəblərdən heç narahat və əsəbi görünmürsə. Baxmayaraq ki bəzi insanlar digərlərinə baxanda daha sabitdirlər, amma çox insanlar bəzən ən nəhayətdə narahat olurlar.
  • Tədqiqatlar göstərir ki, sosyopatlar digərlərinin narahatlıq və qorxu hiss etdikləri situasiyalarda – narahat edici şəkillər göstərildikdə və ya elektro şok verildikdə narahatlıq nümayiş etdirmirlər.
Image titled Spot a Sociopath Step 4

4.Əgər onlar ilk baxışdan son dərəcə cazibədardırlarsa. Sosyopatlar güclü şəkildə insanları cəzb edirlər, çünki onlar istədiklərini necə əldə etməyi bilirlər. Onlar özlərini insanlara necə xüsusi hiss etdirməyi, insanlardan özləri haqqında düzgün suallar soruşmağı bilirlər və bunu ümumiyyətlə əyləncəli və maraqlı qəbul edilirlər. Doğrudur ki, uşaqdan böyüyə kimi insanları cəzb etmək qabiliyyətinə hər kəs sahib ola bilər. Əgər bir şəxs sizə ilk baxışdan cazibəli gəlirsə, sonra onun davranışları sizi çaşdırır yaxud narahat edirsə, ola bilər ki siz sosyopatla qarşı-qarşıyasınız.

  • Siz düşünə bilərsiniz ki, sosyopatlar sirli qalmağı bacaran sənətkarlardır. Onların istədiklərini əldə etmək üçün insanları necə cəzb etməyi bilməyə ehtiyacları var. Hədəflərinə doğru irəliləmək üçün onlar ilk növbədə kütləyə qarışmalıdılar. Bu o deməkdir ki, onların insanlarla necə tanış olmaq və onlara necə rahat təsir etməyi bilməyə ehtiyacları var.
  • Halbuki bir çox sosyopat inanılmaz cazibəsinin arxasında güclü anti-sosial meyllərini gizlədir. Onlar tez-tez və uzun müddət vanna otağında olurlar. Onlar inanılmaz cazibəli, soyuq və məsafəli ola bilərlər. Onlar həmçinin qarşılıqlı münasibətlərdə yetərli qədər səmimi olmurlar. Davranışlarındakı ziddiyyət psixi dağınıqlığın götəricisidir. Həmçinin öz imtina olunmuşluqlarını və əzab çəkdiklərini ortaya çıxarmağa cəhd edərək, bununla digərlərini idarə edə bilirlər. Onlar həmişə digərlərinin həyatına saxta hörmət və riqqət duyurlar. Lakin onların içində səmimiyyət hissi olmur, bu sosyopatik tendensiyadır.
  • Bir çox sosyopatlar təhrif olunmuş parıltıya malikdilər. Adətən onlar seksual cazibəyə malik olurlar.
Image titled Spot a Sociopath Step 5

5. Əgər həmin şəxsin qeyri-adi intellekti varsa. Bəzi məşhur sosyopatlar güclü əqli zəkaya malik olurlar və kitablarsız yüksək akademik bacarıq göstərə bilirlər. Onlar bunu tətbiq etməklə yüksək akademik bacarıqlar göstərə bilərlər. Onlar bunu tətbiq etməklə yüksək dərəcə əldə edirlər. Lakin sosyopatlar insanlara kömək etmək yerinə, yüksək intellektlərindən insanları incitmək və manipulasiya etmək üçün istifadə edirlər. Onların bu ifrat intellektləri, onları təhlükəli edən şeyin bir hissəsidir, çünki onlar tez-tez özlərindən öndə olan insanları izləyəcəklər və onların izini tutacaqlar.

  •  Bir çox məlum olan seriyalı qatillər yüksək IQ- yə sahibdilər; bunun bir səbəbi isə onların uzun müddət polisdən qaça bilməsidir.
Image titled Spot a Sociopath Step 6

6. Əgər o manipulasiya edirsə. Sosyopatlar insanın zəifliyini anlayır və bundan maksimal dərəcədə istifadə edirlər. Onlar qərarlı şəkildə fərdləri hər şeylə manipulasiya edə bilər. Zəif insanlar sosyopatlar üçün qənimətdir və güclü insanlardan uzaq dururlar. Onlar kədərli, müdafiəsiz insanlar axtarırlar, çünki belə insanların zəif hədəf olduqlarını bilirlər. Başqa sözlə heçnəyə nail olmamış insanları manipulasiya etmək daha asandır. Əgər şəxs digər insanları əldə edə bilirsə, onun nə istədiyini gözdən keçir.

  • Sosyopatlar bir şəxsi özü bunu anlamadan yavaşca üzərində üstünlük əldə edib, idarə altına keçirirlər. Onlar hər situasiyada idarəni xoşlayırlar və ətraflarında güclü insanların olmasından narahat olurlar. Onlar həmişə müdafiəsiz qalmaqdan narahat olurlar. Güclü insanlar ətrafda olanda açığa çıxmaqdan qorxurlar. Onlar güclü insanlardan bacardıqca uzaq qalırlar, onlarla zəif əlaqələri olur. Lakin sosyopatlar üçün güclü insanları aldada bilmək, görünməz qalmaq qənimət kimidir. Bir dəfə açığa çıxdıqlarını hiss etsələr, sonuncu kartlarını oynayacaqlar yaxud da bəhanə taparaq uzaqlaşacaqlar. Onlar psixoloji hərbdə üstünlük qazanırlar, sonra digər şəxsdə özlərindən asılılıq yaradırlar. Onların oyun planı vaxtaşırı insanları zəiflətməkdir, bu zəhərə oxşayır. Zərər verərkən görünməz qalmaq onların obrazıdır.
  •  Gözdən keçirin, əgər bu şəxs istədiyini əldə etmək üçün rahat şəkildə insanları aldadırsa və açıq-aşkar yalanlar söyləyirsə. Eyni yolla izləyin, həmçinin kiçik yaxud emptiyası yox dərəcəsindədirsə, kasad dürüstlüyü varsa.
Image titled Spot a Sociopath Step 7

7. Davranışda təhrik edici zorakılıq axtar. Uşaqlar kimi bəzi sosyopatlar da müdafiəsiz heyvanlara – qurbağalara, it və pişik balalarına və hətta insanlara işgəncə edirlər. (Bu yeniyetməlik dövründə üzə çıxmış ola bilər, sonra isə travma zehni və ya duygusal istismar yoluyla nəql edilə bilər.) Bu zorakılıq həmişə təhrikedicidir və müdafiəsiz zorakılıq deyil. Onlar heçnədən dram yaradaraq qarşı tərəfin buna nə deyəcəyini gözləyəcəklər. Onlar bununla qarşı-qarşıya qaldıqda, bunu digər yolla qiymətləndirir, qarşı tərəfin empatiya və qayğısını umaraq özlərini müdafiə altına alır və uzun müddət bilinməz qala bilirlər. Onların digər yolla qiymətləndirmə cəhdi həm sis pərdəsində üzə çıxmaq və digər yandan situasiyanı dəyişməkdir.

  •  Əgər sizdə bir hiss varsa ki, bu şəxs zahirən sakit olarkən istənilən an zorakılıq edə bilər, bu insan ola bilsin ki, sosyopatik davranışları nümayiş etdirir.
Tərcümə edən: Aidə
Mətnin originalı: http://www.wikihow.com/Spot-a-Sociopath

Comments

comments