Hüquqlarınızı tanıyın

Bir çox zaman insanların öz haqq, azadlıq və vəzifələrini bilməməsi onların bilməyərəkdən hər hansi hüquq pozuntusu törətmələrinə, məmurlar tərəfindən aldadılmalarına və s. kimi mənfi nəticələrə səbəb olur. Bu dəfə mən İnzibati Xətalarla bağlı məsələlərdə insanların qanunvericiliyin tələbini bilmədiyi üçün necə aldadıldıqlarından yazmaq istəyirəm. Belə ki, AR İnzibati Xətalar Məcəlləsinin 153-ci maddəsi “Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması” adlanır: (yalnız bizi maraqlandıran hissəni qeyd edəcəm)
153.1. Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:
153.1.1. piyada svetoforunun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə;
153.1.3. yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına;
338.1.4. qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə görə-
iyirmi manat məbləğində cərimə edilir.
153.2. Sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə-
otuz manat məbləğində cərimə edilir.
153.3. Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:
153.3.1. svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə;
153.3.2. sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına;
153.3.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına;
153.3.4. sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə;
153.3.5. nasaz velosipeddən istifadə etməyə;
153.3.6. piyadaların hərəkətinə maneə yaradılmasına;
153.3.7. keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə-
qırx manat məbləğində cərimə edilir.
153.6. Bu Məcəllənin 153.3 və 153.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə-
yetmiş manat məbləğində cərimə edilir.

Burda 153-ci maddənin 153.1-153.3-ci hissələrini nəzərdə keçirsək burada cərimələrin miqdarlarının göstərildiyini görəciyik. Həmçinin İnzibati Xətalar məcəlləsinin bu normaları AR Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə tənzim olunur. Bu fərman “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahisi” adlanır. Həmçinin bu fərmana Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə AR Prezidentinin 25 iyun 2011-ci il tarixli Fərmanı ilə dəyişikliklər edilmişdir. Fərmana görə İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı aşağıdakı kimi müəyyən olunub: (yalnız bizi maraqlandıran maddə üzrə hissəni qeyd edəcəm)

2.2. Məcəllənin 151.1-151.4-cü, 151-1 – 151-4-cü, 152.1-152.3-cü, 152-1.1-ci, 152-2.1-ci, 152-2.2-ci, 152-1.1-152-1.3-cü, 152-2.1-ci, 152-3-cü, 152-4-cü, 152-5-ci, 153.1-153.5-ci, 154.1-ci, 155.1-155.3-cü, 155.6-cı,156.2-ci, 156-1–160-cı, 162-ci, 163.0.1-ci, 163.0.2-ci maddələrində, 161-ci, 163.0.3-163.0.10-cu, 163.0.13-cü maddələrində (öz səlahiyyətləri daxilində), 163.0.11-ci, 163.0.12-ci maddələrində, 163-1.1 – 163-1.3-cü, 164-cü maddələrində (öz səlahiyyətləri daxilində), 165-ci, 166-cı, 221.2-ci, 253-1.3-cü (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bu Məcəllənin 429-5.3-cü maddəsinə uyğun olaraq bilavasitə aşkar edildikdə) – Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, onun müavinləri, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi məlumat xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi, onun müavini, ərazi polis orqanlarının dövlət yol polisi idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının dövlət yol polisi bölmələrinin rəisləri, ərazi polis orqanlarının dövlət yol polisi qruplarının rəhbərləri;
2.2-1. Bu Məcəllənin 151.1, 151.2, 151.3, 151.3-1, 151.3-2, 151-1, 151-2.1, 151-3 və 158-1.3-cü maddələrində nəzərdə tutulmuş və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara dair elektron protokoldan (qərardan) bu Məcəllənin 429-3.6 və 429-3.7-ci maddələrində qeyd olunan vəsatət (şikayət) verildikdə – Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, onun müavinləri, Mərkəzi məlumat xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi, onun müavini, ərazi polis orqanlarının dövlət yol polisi idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının dövlət yol polisi bölmələrinin rəisləri, ərazi polis orqanlarının dövlət yol polisi qruplarının rəhbərləri.
2.3. Məcəllənin 151.1–151.3-2-ci, 151-2-ci, 151-3-cü, 151-4-cü, 152.1-152.3-cü, 152-1.1-ci, 152-2.1-ci, 152-2.2-ci, 152-1.1-ci, 152-1.2-ci, 152-2.1-ci, 153.1-153.5-ci maddələrində, 154.1-ci maddəsində (fiziki şəxslər barəsində), 155.1-155.3-cü, 155.6-cı, 156.2-ci, 156-cı, 156-1-ci 157-ci, 158.1-ci, 158-1-ci, 166.1-ci, 253-1.3-cü (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə) maddələrində (foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – dövlət yol polisinin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş: Baş Dövlət Yol Polisi İdarəsinin, dövlət yol polisi idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının dövlət yol polisi şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları.
Belə ki, siyahıya diqqət etsək burda yol hərəkəti ilə bağlı inzibati xətalar üzrə cərimə yazmaq səlahiyyəti olan şəxlərin içərisində ən aşağı səlahiyyəti olan şəxlərin yol patrul xidməti baş inspektorları və inspektorların olduğunu görəciyik. Lakin təəssüflər olsun ki, şəxsi müşahidələr və bir çox insanların müşahidəsi göstərir ki, bir çox vaxt bu cərimələri yazmaq səlahiyyəti olmayan şəxslər (əsasən serjantlar) cərimələri yazırlar. Bunun baş verməsi “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı” haqqında AR Prezidentinin Fərmanına ziddir. Və bu qaydanın pozulması İnzibati qanunvericilik normalarının kobud pozuntusu hesab edilir. Bu məsələ ilə bağlı haqqınızın təmin edilməsi üçün sizə cərimə yazan şəxsin siyahıda göstərilən şəxs olduğunu yoxlamanızı (səlahiyyətli şəxsin vəzifəsini soruşmaqla) tövsiyyə edirəm. Əgər şəxs cərimə yazmağa səlahiyyəti olmayan şəxsdirsə (əksər halda belə olur) bunu ona bildirə və qanunvericiliyin tələbini dilə gətirə bilərsiniz.Onsuz da,bu cərimələr səlahiyyətli olmayan şəxs tərəfindən yazıldığı üçün qanunvericiliyə görə hüquqi qüvvəsi olmayan hesab edilir. Yəni bu cərimələrdən cərimənin sizə yazıldığı yerə görə aidiyyəti üzrə məhkəməyə müraciət etsəniz,məhkəmə bu protokolun əsassız hesab edilməsi üzrə qətnamə(qərar) qəbul edəcəkdir.Hətta qanunvericiliyin tələbini bildirdikdə sizin bu məsələni tənzim edən normani bildiyinizi görən şəxs(hansı ki cərimə yazmağa səlahiyəti yoxdur) cərimə yazmayacaqdır. Sadəcə bunun kütləvi baş verməsi vətəndaşların bu məsələni tənzim edən qanunvericiliyi bilməməsindən irəli gəlir. Biz haqqlarimizi, azadlıqlarımızı və vəzifələrimizi öyrənərək və öyrədərək bu cür halların baş verməsinin qarşısını ala bilərik.
Hazirladı: Natiq Əliyev
volo.az

Comments

comments