İnsanın allah yaratmasının elmi şərhi

Niyə allaha ehtiyac duyuruq sualının olduqca geniş və çoxsahəli izahı vardır. Dəqiq və ya humanitar elmlər bu sualı müxtəlif yönlərdən araşdırmağa və açıqlamağa çalışırlar. Aparılmış elmi araşdırmaları ümumiləşdirərək Riçard Doukinz Məntiq və Elm Fondunun etibarlı üzvü, Virginiya Universiteti psixiatrı Anderson Tomson və tibb yazarı Klara Aukofer 2011-ci ildə “ Allah(lar)a niyə inanırıq?: İnanc elminə yığcam bələdçi ” adlı kitabını yazdılar. Onlar son illər aparılan psixoloji araşdırmaların nəticəsində insanın özünə allah yaratması ehtiyacını elmi şəkildə şərh edirlər.

Müəlliflər aşağıdakı mətndə kitabın məzmununu qısa məqalə şəklində çatdırdılar.

“ Sülh içində yaşayaq” oxuyub xəyal etməzdən öncə Con Lennon “ nə cənnət…nə aşağılarda cəhənnəm…. nə də din” misralarını bir-birinə calayıb söyləmişdi.

“Heç bir din” söyləyən Lennon insanları nəyə çağırırdı? Özündə Osama bin Ladenin aşkar zorakılığını “ilahi” ismarıc şəklində daşımayan bir dünyaya. “ Allahın istəyi” kimi don geyindirilən Katrina qasırğasının qarşısı alına bilincək itkilərinə yol verməyən səhvsiz bir dünyaya. Siyasətçilərin səmərəsiz və boşa sərf etdikləri səylə kimin daha çox inanclı olmasını sübut edəcək yarışlara qatılmaq məcburiyyəti olmayan bir dünyaya. Elə bir dünya ki, tənqidi düşüncə ideal olsun. Qısacası, məntiqlə idarə olunan bir dünyaya.

Son illərdə şüurla bağlı araşdırmalarda çalışan alimlər dinin “DNA” –sını aşkarladıqlarını açıqlayıblar. Onlar empirik sübutlara dayanan ( işləyərkən beynin “ xəyal qurma” funksiyanın araşdırılmasını da daxil etməklə) məhz insanın allah yaratması fikrilə nəticələnən güclü nəzəriyyələr yaradıblar. Bir sözlə, elmi nə qədər düzgün qavrasaq bir o qədər “ nə cənnət….nə cəhənnəm…..nə də din” fikrinə yaxınlaşmış olarıq.

Fizioloji DNA-miz kimi psixoloji mexanizmimiz də təbii seçmənin uzun-uzadı müddəti boyunca etiqad pərdəsi arxasında təkamül edib. Onlar bizim əcdadlarımıza bünövrəmizin qurulduğu məməli, primat vaxtımızdan tutmuş, Afrikalı ovçu-yığıcı keçmişimizə qədər kiçik qruplarda səmərəli işləməyə, həyatda qalmağa və artmağa kömək etmişdir; fərdi əlamətlərimiz isə tarixdən öncəki dövrə qədər artıq çoxdan inkişaf etmişdi.

1940-cı ildə psixiatr Con Baulbi tərəfindən tanınan və psixoloq Meri Eynsvors tərəfindən daha da genişləndirilən “ bağlılıq” ( özünü bir şeyə bağlı hiss etmə-tərc) hissinə güclü ehtiyac duyaraq doğuluruq. Anamızdan başlayan qoruyucularımız bizdə fərdi sağ qalma hissini artırır. Bağlılıq hissi beyin kimyası vasitəsilə psixoloji möhkəmlənir və tamamilə ona aid sinir şəbəkləri inkişaf etdirilib saxlanılır. Biz bizi qoruyanlara – istənilən kəsə, məsələn hakim fiqurları, dini rəhbərləri də daxil etməklə, daha bariz şəkildə isə allahlara- asanlıqla doğuşdan yaranan sözügedən ehtiyacımızı uzadıb genişləndirə bilirik. Allah hətta ölüm və ya uzaqlıq kimi maddi sistemlərin mövcud olmadığı reallıqlarla üzləşəsək belə bizi himayə edib, qayğımızı çəkən bir super güclü valideynə çevrilir.

Alimlər indiyədək dinin inşasında “ uyğunlaşma” kimi düşünülən 20 möhkəm bağı tanıyıblar. Bağlılıq kimi onlar da insanın qarşılıqlı təsir mexanizmlərindən biri kimi göstərilir. Milli Səhiyyə İnstitutlarında ( NİH ) beyin-xəyal araşdırmaları göstərir ki, din mövzusu haqda çıxışlar oxunduğu və onlarla razı olunub-olunmadığı soruşulduqda test zamanı insanın sosial davranışlarına – bizim digərlərilə münasibətlərimizi tənzimləyən bacarıqlarımız- cavab verən beynin həmin şəbəkləri məşğul olur.

Dinlə bağlı psixoloji uyğunlaşmalar arasında qarşılıqlı fəaliyyət duyğusu, insanın azad davranışlarını müəmmalı hadisə hesab etməyə meylimiz, romantik sevgi bacarığımız, “ qrupdan olmama” münasibətinə qarşı qızğın reaksiyamız, qohum-əqrəba və digər müttəfiq qruplaşmalar içində də eyni qızğınlıqla sədaqət göstərmə ehtiyaclarımız özünə yer tapır. Din bu xüsusiyyətləri oğurlayır. Sünni və Şiə müsəlmanları arasındakı rəqabət və ya Protestant və Katoliq arasındakı doktrin mübarizə bizim “qrup” meyillərimizin olmasını əks etdirir.

Bu uyğunlaşmalara əlavə olaraq, insanlar həm də digər insanların beyinlərində nə baş verdiyini fikirləşmək və “gözə görünməyən” başqa birisilə mürəkkəb qarşılıqlı əlaqədə olmaq kimi nəzərəçarpan bacarıq yaradıb, inkişaf etdirib, təkrar istifadə edirlər. Beynimizdə zaman, yer və şərtlərlə bağlı idraki anlayışımızı cütləşdirə bilirik. Əgər başqa birisi bizim yerimizdə olsaydı nə edərdi kimi sualı götür-qoy edə bilirik; gələcək planlarımızı qururuq; keçmiş hadisələri təkrar nəzərdən keçiririk. Bu kimi əqli bacarıqlarla ölülərlə söhbət etmək, allahları göz önünə gətirmək  və ya onlara dua etmək asanlaşır deyə bilərik.

Mənəviyyat allahlar və ya din tərəfindən azğın insanlara göndərilmiş dəyər kimi görülür, elm isə onu təbii seçmə nəticəsində nəsillərdən-nəsillərə ötürülən adaptasiya oluna bilinən strategiyadan başqa bir şey hesab etmir.

Yale Universiteti psixologiya üzrə professor Paul Blum qeyd edir:“ İnsanlar üçün birgə çalışmaq olduqca faydalıdır…, bu belə bir məna verə bilər: başqa fərdlərin yaxşı və pis yönlərini dəyərləndirmək də uyğunlaşdırıla bilinən fəaliyyətdir. İnqilabi hesab edilən araşdırmasında o və komandası körpələrin həyatlarının ilk illərində doğru və yalnışı, yaxşı və pisi, hətta ədalətli və ədalətsizi anadangəlmə duyğuları ilə necə nümayiş etdirdiklərini aşkarlayıblar. Yüksəkliyə dırmaşan bir kuklaya başqa bir kuklanın kömək etdiyini və ya mane olduğunu göstərdikdə körpələr kömək edən kuklaya doğru istiqamət alırlar. Onlar dəyərləndirici sosial mühakimələrini duyğularındakı mənəvi cavabla verə bilmişlər.

Almaniyanın Leipziq şəhərində Təkamül Antropologiyası Maks Plank İnstitutuna həmsədrlik edən inkişaf psixoloqu Maykl Tomasello da az yaşlı uşaqlarda mənəviyyatla bağlı araşdırma aparmışdır. O və yoldaşları uşaqlarda başqalarını düşünmə xüsusiyyətlərini nümayiş etdirən zəngin araşdırmaya sahibdirlər. Müəllif bizim hamımızın altruist doğulduğumuzu, lakin sonralar öz maraqlarımızı qoruyan strategiyalar öyrəndiyimizi iddia edir.

Psixoloji uyğunlaşma və mexanizmlərdən savayı, alimlər həm də ilahi varlıq kimi şərh edilən dəlillərin nevroloji izahını açıqlayırlar. Kanadalı psixoloq Maykl Persinger görməni və səsi əngəlləyən, lakin baş beyin yarımkürələrinin  gicgah payını stimullaşdıran “ ilahi dəbilqə” adlandırdığı anlayış yaradıb; müəllif qeyd edir ki, aşkarladığı bu anlayış “ başqa birinin” mövcudluğuna inanma hissinə cavabdehdir. Şəxsi hekayəsindən və mədəni irsindən asılı olaraq insanlar bu hissi mövcudluğu ya fövqəltəbii ya da dini fiqur kimi şərh edirlər. Müqəddəs Paulun Dəməşq yolunda özündən gedib yıxılması hadisəsi reallıqda baş beyin neyronlarının güclü tutmasından yaranan epilepsiya kimi başa düşülə bilinər.

İnsan psixologiyasını və nevrologiyasını daha yaxşı başa düşdükcə dinin təməllərini daha aydın şəkildə açıqlaya biləcəyik. Bu təməllərdən bəziləri, məsələn bağlılıq hissi bizi allahlara tərəf itələyir və onlardan ayrılma olduqca çətinləşir. Ancaq bu mümkündür.

Dini insanın yaratdığı konsepsiya kimi tanısaq daha yaxşı insan olacayıq. Biz dini inamın real köklərini ən cüzi şəkildə də olsa özümüzə yaxın buraxmaqla həyatı olduğu kimi qəbul edə, zəkamızın bəlkə də ən böyük adaptasiyasının üstünlüklərindən – ağlımızı işlətmə bacarığımızdan-  faydalana biləcəyik.

Sadəcə bunu təsəvvür edin.

tərcümə etdi: Aygün Qurbanlı

volo.az

Comments

comments