Rudyard Kiplinqin oğlu ilə bağlı sirrin açılması

“Rudyard Kiplinqin ölümündən 80 il keçir. Cəngəllik Kitabının müəllifi Birinci Dünya Müharibəsi zamanı yoxa çıxan oğlunun başına gələnləri aşkara çıxara bilmədən vəfat etmişdi. Araşdırmaçılar Kiplinqi kökündən dəyişən bu sirri tamamən çözdüklərini düşünürlər” Hannah Sander yazır.

Karyerasının zirvəsində Rudyard Kiplinq Britaniyanın ən məhşur yazarı idi. Ədəbiyyat üzrə Nobel almış ilk Britaniyalı və hələ də ən gənc yaşda bu mükafata layiq bilinmiş şəxs olaraq qalır.

Kiplinq 1865-ci ildə Hindistanda doğulmuşdu, lakin sonralar Portsmaus ( Böyük Britaniya) yaxınlığında yaşamağa göndərilmişdi. “ O, çox sevdiyi Hindistanın rənglərini və həyəcanını, həmçinin Saussi bölgəsinin (Southsea) və himayəçi valideynlərinin rəngsiz bozluğunu göstərmişdi” Kiplinq bioqrafiyası yazarı Andryu Lisett deyir.

Yetişkin insan olaraq Kiplinq çox səyahət etmişdi. Ancaq Saussidə keçirdiyi acı illəri ona ən məhşur əsərini – Cəngəllik Kitabı-  yazmağa şövq etdi. 1894-cü ildə yazılmış sözügedən nağıl Kiplinqə qarlı Vermontda yaşamasına baxmayaraq fenomenal uğur gətirdi.

Əsgərlər hələ Birinci Dünya Müharibəsindən çox öncə Kiplinqə heyran olmuşdular- Kiplinq artıq “ Barrak Otağı Balladaları” adlı şeir toplusu kitabı ilə adını məhşurlaşdırmışdı ( Viktoriya dövrünün sonlarında İngiltərə ordusuna həsr olunmuş şeir və hərbi mahnılar toplusu- tərc. )

Kiplinqin oğlu Con 1914-cü ildə Britaniya ordusuna həvəslə qoşulmaq istəyənlərdən biri idi. Gözlərinin görmə qabiliyyəti zəif olması ona Hərbi Dəniz Donanmasında xidmət etməyə əngəl törədirdi. Con atasının əlaqələrindən istifadə edərək İrlandiya Mühafizəçilərinin 2-ci Batalyonunda piyada qoşununda xidmət etmək səlahiyyəti alır.

1915-ci il Avqustun 17-sində Fransaya gəlir – 18-ci doğum günündə- altı həftədən sonra isə Luuz Döyüşünə göndərilir.

Luuz döyüşü Müttəfiqlərin Alman müdafiəsini Fransanın şimalında qırmaq cəhdinin bir hissəsi olaraq Qərb Cəbhəsindəki döyüşüdür;  döyüş həmçinin Britaniya tərəfinin zəhərli qazdan ilk dəfə silah kimi işlətməsilə də qeyd olunur.

Britaniya və Fransanın birgə qismən uğurundan sonra Almanlar gücləndilər və Müttəfiq piyada qoşunları düşmən pozisiyalarında irəlilədikçə biçildilər.

“ Döyüş Britaniyalılar üçün tam bir fəlakət idi”  hərbi tarixçi Hyu Sisl deyir. “ Bu, könüllü əsgərlərin döyüşlərə qoşulduqları ilk cəhd idi. Döyüşün cəbhəni yarıb keçmə anı olacağına ümid edilirdi. Əslində isə olduqca böyük itkilər verildi.”

Sentyabrın 27-si Conun batalyonuna açıq sahələrə keçmək və Çok Pit Vuda tərəf baş almaq əmri verildi. Onlar Almanlara qarşı səngər qazdılar və qəddar avtomat atəşlərilə üz-üzə gəldilər. Təxminən növbəti saatlarda Con yoxa çıxdı.

“ Məhz bu an hekayələrin qarışdığı andır” araşdırmaçı Coanna Leqq açıqlayır. Onun Conun son fəaliyyətilə bağlı araşdırması bu həftə Qərb Cəbhəsi Asosasiyası tərəfindən nəşr olundu.

 

 

Ağır atışma

Döyüşə gözlərilə şahid olanların söylədikləri bir-birindən fərqlənir. Bəziləri deyir ki, Con Almanlara qarşı irəlilədi. Digərləri iddia edir ki, o və onunla birgə olanlar sola, fermaya tərəf baş aldılar.

Sonralar Conun polkovniki yazırdı ki, onu düşmən xəttinin yaxınlığında görmüşdülər, başından zədə almış və qıvrılmış vəziyyətdə idi. “ Döyüş çox ağır avtomat atəşlərilə dolu idi” Miss Leqq deyir “ həmin kiçik sahədə mindən çox adam vardı.”

Con Kiplinqin cəsədi tapılmır.

Rudyard Kiplinq dörd il oğlunun cəsədini axtarır. O, Conun batalyonundan olanların izinə düşür, onları sorğu-sual edir. Tanıdığı ən ali hərbi rütbəli şəxslərə yazır, Qırmızı Xaç Cəmiyyətindən xahiş edir ki, axtarışlar aparsınlar.

O, hətta İsveçdəki əlaqələrindən istifadə etdi, neytral səfirdən öz adından Almaniya ilə əlaqə qurmağı və Conun tapılıb-tapılmadığı haqda maraqlanmağı xahiş etdi.

“ Həmişə bir ümidi vardı ki, ola bilsin Con tutulub, hərbi əsir kimi saxlanılır və ya düşmən xəttində tutularkən yaddaşını itirib” Miss Leqq deyir.

Kiplinq qorxurdu ki, onun öz şöhrəti oğlunu böyük təhlükədə qoya bilər. “ O, Almanlara qarşı təbliğatda olduqca həvəsli və çağırışcıl idi. Kiplinq qorxurdu ki, əgər onun oğlu tutulubsa Almanlar onun kim olduğunu aydınlaşdıracaq və atasının atmacalı – kinayəli hücumlarının qisasını ondan alacaqlar.” Miss Leqq deyir.

Kiplinq “hun” sözünü Almanlara qarşı təhqir kimi işlədən ilk insan idi. ( p.s. burada “ hun” sözü Hun xalqının adının “ barbar, vəhşi” kimi mənalandırılıb Avropalı xalqlar arasında işlənməsindən söhbət gedir- tərc)

Matəm Ədəbiyyatı

1919-cu ilin İyununda Kipling orduya məktub yazır və oğlunun çox güman, ölmüş olduğunu qəbul edir. Müharibədən sonra Kiplinq bir xadim kimi dəyişir. “ İçtimai xadimlikdən daha çox acıdil və qəzəbli birisinə çevrilir.” Kent Universiteti 20-ci Əsr İngilis Ədəbiyyatı üzrə professor Jan Montefior deyir.

“ Lakin yazıçı kimi onun əhatə dairəsi genişlənir. Gənc Kiplinq həvəsli və enerjili idi. Müharibədən sonra isə o, daha çox kədərə batır. O, öz töhfəsini indi daha çox hüzn ədəbiyyatına verirdi.”

Həmişə həvəsli müharibə tərəfdarı olmuş Kiplinq indi özünü tənqidçi kimi biruzə verirdi. Onun ürəksıxan “ Ümumi Forma “ adlı şeirində deyilir:

“Əgər bizim nə üçün öldüyümüz sualı verilsə,

deyin onlara

çünki atalarımız yalan danışdılar.”

Bəzi araşdırmaçılar Kiplinqin on altı yaşlı dənizçi Cek Kornvelin ölümünə həsr etdiyi “ Oğlum Cek” adlı şeirini də öz oğluna xitab etdiyini düşünürlər.

İlk bənddə deyilir:

“Oğlum Cekdən xəbərin varmı?

Bu dalğada deyil,

Səncə o nə zaman geri dönər?

Bu əsən küləklə deyil, heç bu dalğa ilə də yox.”

80 il Conun itmiş cəsədilə bağlı sirr açılmamış qaldı. 1992-ci ildə Müharibə Qəbirləri Komisyası Birliyi  naməlum əsgərin başdaşı üzərindəki yazını dəyişdirib Con Kiplinq etdi.

Bu, geniş mübahisələrə səbəb oldu. Coanna Leqq və Qraham Parker mübahisəli məzar daşının altında basdırılan cəsədin sirrini açdıqlarına inanırlar.

“ Burada üç məsələ var” deyir Miss Leqq. “ Birincisi, göstərilən məlumatlara görə bu cəsəd Conun savaşdığı yerdən üç mil kənarda tapılıb. Və biz indi göstərə bilirik ki, bu sadəcə bir bürokratik xətadır.”

İkinci məsələ budur ki, başqa bir leytinant da həmin tarixdə itkin düşənlər siyahısında idi. “ Biz indi bilirik ki, ikinci ofiser döyüş vaxtı hospitala aparılır və daha sonra döyüş səhnəsinə bir qədər yaxınlıqda basdırılır.”

Son sirr isə Conun rütbəsilə bağlıdır. Sağalmış bədən birinci leytinantın ulduzlarını taxır, Kiplinq rəsmi şəkildə ikinci leytinant olur. Miss Leqq inanır ki, məhz məlumat ötürücüsünə görə belə alınıb- fakt burasındadır ki, Conun rütbəsi İyun ayında qaldırılmışdı.

“ Biz görə bilirik ki, ona birinci leytinantın maaşı verilirmiş.” Con öz batalyonundan sağala bilməyən yeganə birinci leytinant idi və buna görə də Miss Leqq bu əsədin ona aid olması fərziyyəsi ilə fikrini tamamlayır.

“ Ən böyük istehzalardan biri budur ki, Kiplinq bütün naməlum əsgər cəsədləri üçün “ Allahın yanında tanınmış” ifadəsini işlədən kəs idi və daha sonra öz oğlunun başına nə gəldiyindən xəbərsiz oldu.” Filip Malet -“Kipling: Ədəbi Həyat” əsərinin müəllifi – deyir.

Kiplinq Vinston Çörçillə birgə  hərbi rütbələrindən aslı olmayaraq bütün hərbiçilərin qəbirlərinin eyni ölçüdə və formada olması üçün çalışdı. Müharibə qəbirstanlıqlarında sıralanan bütün məzarların eyni uzunluqda cərgələnməsi onlardan qalan mirasdır.

Böyük təsir

Ölümündən sonra 80 ildə Kiplinqin şöhrəti kiçildi. “ Mən müasir yazarlardan J.K. Roulinqdən başqa heç kimin adını çəkə bilmərəm ki, onun kimi məhşur olsun” cənab Malet deyir.

“ Birinci Dünya Müharibəsindən az öncə hər kəs Kiplinq oxuyurdu. Onun savaş yazarlarının üzərində böyük təsiri vardı, məsələn bura Rupert Bruku, İvor Qurneyi, Sieqfried Sassonu aid etmək olar. Lakin müharibədən sonra Kiplinqin çağırışları azaldı. O, daha çox imperiyanın tərəfdarı idi. İnsanlar gah ona nifrət edirdilər, gah da dəstəkləyirdilər. Yalnız indi, son 20 ildə insanlar yenidən Kiplinqi daha ətraflı oxumağa başlayıblar. Onun yazıları dahiyanədir” cənab Lisett deyir.

“ Düçünmürəm ki, oğlunun itkisi onu daha yaxşı yazıçı edib. Ümumiyyətlə bu hadisə onu uzun müddət yazarlıqdan kənar tutdu. Və “Oğlum Cek” şeiri müharibə mövzusundan doğan ən hərəkətli yazı parçalarından biridir” deyir cənab Malet.

“Gücün mənzərəsindən bihuş olsaq belə, biz uduzmuşuq,

Zəhm basmış vəhşi dillərdə yoxsan Sən,

Dinsizlərin işlətdikləri belə öyünmələr,

Yoxsa Qanun olmadan daha az doğulur.

Ey hər şeyin Sahibi Allah, bizimlə ol Sən

Daha az unudarıq..

Daha az unudarıq!”

“ Durğunluq” şeirindən.

18 Yanvar, 2016. BBC

tərcümə etdi: Aygün Qurbanlı

volo.az

Comments

comments