Həyat belə bir şey……

  1. Yalanlar – söyləyib həyat boyu özümüzə yük etdiyimiz; doğrular – isə söyləyib qurtulacağımız şeylərdir.
  2. Təbiətin bütün bu olanlardan xəbəri yoxdur.
  3. Sevgi elə bir oyundur ki, varını yoxunu masaya qoyan mütləq uduzacaq!
  4. Xəyallarınızın arasında geniş məsafələr olsun, biri devriləndə hamısı devrilməsin.
  5. Gələrkən yanında eşq gətir, bir az şərabdan danışaq…
  6. Bir insanı bitirdiyi məktəblərdən daha yaxşı, bitirdiyi eşqləri izah edər.
  7. Kimin arxasıyca getdiyinə diqqət et, bəlkə o da yolunu azıb?
  8. Çox vaxt hətta qalstukunu taxa bilməyən kişilərin telli- duvaqlı gəlinliyini geyinə bilən qadınları anlamasına ümid etdik.
  9. Adının nə qədər gözəl olduğunu ancaq sevdiyinizin ağzından eşidəndə anlayırsan.
  10. İnsan sevdiyini rahat buraxmır.
  11. Səndən xəbərsiz sevmələrim oldu səni, bəlkə bir gün əvəzləşərik.
  12. Nə qədər dil bilirsən bil, səni sadəcə gerçəkdən dinləyənlər anlayacaqlar.
  13. Zaman həyat içindəki acılar üçün ən yaxşı məlhəm, həyatın özü üçünsə ən ölümcül zəhərdir.
  14. Həmən təslim olmuş sanma, başını əyərək yeriyən insan, bəlkə də rüzgara dirənir..
  15. Bir insanı həyatından çıxarmaq çətin deyil, çətin olan bu qərarı verə bilməkdir.
  16. Susmaq istəyirəm, amma doğru kəlmələri tapa bilmirəm.
  17. Səni möhkəm qucaqlamayanı həmin anda olmasa da, nə zamansa buraxacaqsan.
  18. Bütün güclü insanlar ağlayır. Onları fərqli edən gözyaşlarını silmədən savaşa davam etmələridir.
  19. Sevgini bilirəm, tərk etməyi bilirəm, vaz keçməyi bilirəm, unutmağı da bilirəm, sadəcə bunların heç birini edə bilmirəm.
  20. Mükəmməl insan yoxdur, aşiq olduğum insan vardır.
  21. Daim bağıran birisi ancaq susduğunda diqqətimizi çəkər, daim susan birisi isə bir gün bir şey pıçıldayarsa qulağımızı şəkləyərik.
  22. Əgər heç nədən qorxmursansa cəsur sayılmırsan, qorxduğun şeyin qarşısına çıxa bilirsənsə cəsursan.
  23. İnsan qəribədir, bildiyi şeyə inanmamaq kimi bir bacarığı var.
  24. Kaş vecimizə olmayan birinə aşiq ola bilərdik.
  25. İnsanlar yaratdıqları problemlərdən daha tez ortadan yoxa çıxırlar.
  26. Susmağın ən gözəl şəkli gülümsəməkdir.
  27. Bir insanın əsl xarakterini onu qucaqladığın an deyil, ondan ayrıldığın an anlayarsan.
  28. Qadına göstərilən ən uyğun şiddət onu şiddətlə sevməkdir.
  29. Bir şeyi görmək istəməsək başqa tərəfə baxarıq, düşünmək istəməsək başqa şey düşünərik, sevmək istəməsək başqa şey sevə bilmərik.
  30. Marketə gedərkən ananın istədikləri sadəə bir siyahıdır: çörək, şəkər, yuyucu toz; atanınkından isə bir roman çıxar: “ bir böyük rakı”
  31. İnsanın çox özəl olmadığını etiraf edə bilməsi, onu özəl biri edə bilər.
  32. Eşqimiz bura qədərmiş, bundan sonra yola eşşəklərlə davam edəcəyik.
  33. Bəzən də qışqırığımızı çölümüzə deyil, içimizə atarıq.
  34. Uşaqkən zaman keçmək bilmirdi, onun geri döndürülə bilinmədiyini anladığımda isə zaman su kimi axmağa başladı.
  35. Yalnızlıq sevmədiyin biriylə birlikdə olmaqla müqayisədə cənnət kimidir.
  36. Həyatda da bəzən rol dəyişimi olur, bu dəfə o sənin üçün darıxar, sənin vecinə olmaz.
  37. Eşq bir yaddaş oyunudur, ilk unudan qazanır.
  38. Kişilər sevgililərinin başqasıyla yatmasından, qadınlarsa başqasına aşiq olmasından qorxarlar.
  39. Birini görməzdən gələcəksənsə, bunu, o səni hələ də görərkən etməlisən.
  40. Bəzən də ən gözəl mənzərəni uçurumun kənarına varınca görürsən.
  41. Özümü içkiyə verə, filmə baxmaqla məşğul edə, kitab oxumağa həsr edə, musiqiyə sığına, boşluğa ata bilərəm, sevgili yoxdursa ediləcək çox şey var.
  42. Bilgisayar dilinin 1 və 0 üzərində qurulmasından çox öncə, babalarımız bunu nağılları “ biri vardı, biri yoxdu” kimi başlayarlardı.
  43. Eşq hər zaman möcüzə kimi başlar, kabus kimi bitər.
  44. Səhv edən insanı sevirəm, çünki bir şey etməyə çalışmışdır.
  45. Kralların dimdik durmaqlarının bir səbəbi də taclarının düşməməsi üçündür.
  46. Sən nə qədər unudarsan, o bir o qədər xatırlar.
  47. Sırf o, anlatdı deyə gözəl olan hekayələr var.
  48. Müasir insanın ünsiyyət üçün bu qədər vasitəsi olduğu halda, qədim insanların duman vasitəsiylə daha yaxşı ünsiyyət bağlaya bilməsi fikri tükürpədicidir.
  49. Və bir gün şans qapını döyər, amma həyatın qonaq qəbul etməyəcək qədər dağınıqdır.
  50. Biri yenə bizdən uzaqda yatır və qollarımız ona uzanacaq qədər uzun deyil.
  51. Düşmənlərinin olması pis bir şey deyil, dostlarını görmənə imkan yaradar.
  52. Bəzi insanlar o qədər pisdirlər ki, həyatımızdaykən anlaşılmaz olduqları azmış kimi, çıxıb getdikdən sonra da unudulmaz olurlar.
  53. Necə olsa da bir gün gedəcəksən, boşuna gəlib də ruhumda iz buraxma, silmək çətin olur.
  54. Sevəcəksənsə bir düşüncəni sev, bir daşı sev, bir elementi sev; geridə qalan hər şey səni yarıyolda tərk edəcək.
  55. Sonsuza qədər ayrılmayacayıq deyərdi; ya o “ sonsuz”un anlamını bilmirdi, ya da sonsuzluq mən sandığımdan qısadır.
  56. Qüsursuz insan qədər darıxdırıcı bir şey ola bilməz.
  57. Aşiqlər sevişərkən bir-birinin içində itməyə çalışırlar.
  58. Öncə tutunmaya, sonra dırmaşmağa, sonra da zirvəyə, sadəcə bir an dura biləcəyin bir nöqtəyə çatmağa çalışırsan; həyat belə bir şeydir.
  59. Özünü başqalarında axtarma..
  60. Düşünəsi şeyləri və xəyalı olanlar heç vaxt yalnız qalmazlar…
  61. Uçurumu dibsiz olanın düşməkdən qorxusu olmaz.
  62. Qanımızı tökənə düşmən, canımızı incidənə aşiq deyirik.
  63. Birini unutmağa çalışmaq, onu düşünmənin bir başqa şəklidir.
  64. Önəmli olan daxili gözəllikdir deyirsiz, ləkəli qarpızı belə almazkən
  65. Bu həyat belədir: kefin istədiyin kimi yaşarsan sərsəri, qəlbinə görə yaşarsan dərbədər olarsan.
  66. Çox səhv edənlər, heç səhv etməyənlərdən daha yaxşı bilirlər bu həyatı.
  67. Gənckən öncə bədən, sonra zehin oyanır; yaş artdıqca öncə zehin, sonra bədən oyanmağa başlar.
  68. Harda yüzdə yüz xoşbəxt insanla qarşılaşsan bil ki, yaxşı aktyor ilə qarşı qarşıyasan.
  69. Hər şeyini itirmək insana dərin və qaranlıq bir güc verir.
  70. İnsanların danışa-danışa anlaşa biləcəyi nəzəriyyəsi tamamilə uydurmadır, qoxlaşaraq anlaşanlar daha az dava edərlər.
  71. Vermədiyimiz halda tutduğumuz sözlər vardır, çünki onları içimizdən vermişik.
  72. Uçuruma düşən kənarda durana görə bir addım öndədir.
  73. İnsanlar zəif olduqları üçün deyil, uzun sürə güclü olmaq məcburiyyətində qaldıqları üçün və sonda yorulduqları üçün ağlayırlar.
  74. Mənə gələrkən başqalarında buraxdığın bütün izləri sil.
  75. İçi və çölü bir olan yeganə adam Qaradamıdır.
  76. Eşqlə ölümün yeganə ortaq nöqtələri hər ikisində də təkbaşına olmağındır.
  77. Yalnışım varsa düzəltmə, bəlkə bilərək edirəm?
  78. Sevgi səbəbsiz ola bilər, amma nifrət yox.
  79. Hər zaman çöldən gələn səslərə fikir ver, içindən gələni dinlə.
  80. Sevgidəki prespektiv xətası: İnsan uzaqlaşdıqca böyüyür.
  81. Məncə qadınlar həyatdan heç nə öyrənmirlər, həyata artıq öyrənmiş gəlirlər.
  82. Əsl sual budur: Kimsə sənə baxmadığında, kimsə səsini duymadığında, kimsə yazdıqlarını oxumadığında sən kimsən?
  83. Nəzəri baxımdan insanları sevməli, əşyaları işlətməliyik, ancaq biz əşyaları sevir, insanlardan istifadə edirik.
  84. Boyundan böyük işləri etməyə çalış, cəhd etmədi yerinə, bacarmadı desinlər.
  85. Sənin əlin çatmadığı biri, başqasının başından edə bilmədiyi birisi ola bilər.
  86. Gecələr də bir başqa yorğunuq, yükümüz yalnızlıqdır.
  87. Bir insanın qüsurlarını xoş görürsənsə onu sevirsən, amma o qüsurlara belə heyransansa aşiqsən.
  88. Sevmək üçün qısa, unutmaq üçün nə uzundur həyat.
  89. Sahib olduqların deyil, itirməkdən qorxduğun şeylər gerçəkdən sənindir.
  90. Nədən peşman olursan ki? Kim ikinci dəfə yaşayır bu həyatı? İlk dəfə yaşadığın bir həyatda nəyin doğru nəyin yalnış olduğunu necə bilə bilərdin ki?
  91. Siz biri üçün darıxarkən, başqa birisi də ondan bezə bilər.
  92. Xəyallarımızı təxirə salmaqla yorar, bəhanələr gətirməklə öldürərik.
  93. Varlığın deyil, yoxluğunun fərqinə varılırsa önəmli birisisən.
  94. Dünyanın ən böyük sevgisini istəmirik, dünyanın ən bəsit xoşbəxtliyini istəyirik.
  95. Gələnlər deyil dostlarımız, qalanlardır.
  96. Qalman üçün savaşmırsa, get, qayıtmağın üçün savaşar bəlkə.
  97. Fərqlisənsə ilk səni görəcəklər və çox güman ilk də səni qoparacaqlar.
  98. Yol sən harda dursan, orda bitəcək.
  99. Tərk edən mütləq tərk etdiyinə dönər baxar; orada bir yıxılma görərsə çıxıb gedər, ancaq sapsağlam bir bina görərsə təkrar geri dönmək istər.
  100. Həyat qəribədir: keçmişdə qalan xoşbəxtliklər acı verir, keçmişdə qalan acılarsa xoşbəxtlik.

O9ck1EYpYuxarıdakı yazılar Nafer Ermişin ” Həyat belə bir şey” kitabından çıxarışlardır. Nafer Ermiş Denizlidə doğulub, 1990 -cı ildə Almaniyaya getdi, Bremen Universitetində fəlsəfə, mədəniyyət və Alman filologiyası oxudu,  ” Ekonomi Türkçesi” fənnindən dərs dedi. Almancadan Stefan Sveyq, Kafka, Brecht olmaqla iyirmidən çox tərcüməsi vardır. 2011-ci ildə Türk-Alman Tarabya Çeviri Mükafatı aldı. İndiyədək ” Göy üzünə ağır gələn quş”, ” Ötəki eşq”, ” Hayat belə bir şey” romanlarının və bir sıra şeirlərin müəllifidir.

volo.az

Comments

comments