“Anlamaq üçün özümü yox etdim” Fernando Pessoa

Bu mənim dəliliyim, qəbul et olduğu kimi,

Qorxmayan qarşı çıxsın sonuçlarına.

Dəli deyilsə, bəs nədir ki insan?

Mədəsini düşünən bir heyvan,

Yarı canlı bir cəsəddən başqa?

Şeytanın saatı”

“ – Bəs siz kimsiniz, cənab? Niyə maska taxmısınız?

  • İki sualınıza birdən cavab verim: Maskalı deyiləm.
  • Necə yəni?
  • Mən şeytanam, xanım. Bəli, Şeytanam. Ancaq qorxub həyəcanlanmağınıza gərək yoxdur.

…….. Doğrudan da mən Şeytanam. Yenə də qorxmayın, çünki mən gerçəkdən Şeytanam və dolayısıyla pislik edə bilmərəm. Yür üzündəki və Yer üstündəki bütün təqlidçilərim təhlükəlidirlər, çünki mənim var olma səbəbimi bilməzlər. Tez-tez ilhammlandığım Şekspir haqqımı təslim etdi: mənim bir centlmen olduğumu söylədi. Bu üzdən içiniz rahat olsun: əmin əllərdəsiniz. Bir xanımı incidəcək bir söz demək, bir hərəkət etmək əlimdən gəlməz. Bu, təbiətimə uyğun olsaydı belə Şekspir məni buna məcbur etdi. Amma doğrudan da lazım deyil.

…………………… İnsanları pis yola çəkərəm, doğrudur, çünki onlara xəyal etdirərəm. Amma Tanrı daha  pisdir- ən azından bir anlamda, çünki o, daha az estetik olan, pozula bilən bədən yaratdı. Xəyallar heç olmasa çürümür. Keçir. Bu daha yaxşı deyilmi?”

 “ Narahatlıq kitabı”

“ Doğru hiss edən, dürüst düşünən insan dünyadakı pislik və ədalətsizliklərdən narahatdırsa əlbəttə, təbii olaraq bunun öncə ona təsir edən hissəsini düzəltməyə çalışmalıdır, yəni özünü. Bu, zatən bir ömür boyu sürər…

Tələffüz etdiyimiz hər bir söz bizi ələ verər.

Özünü tanımamaq yaşamaqdır. Özünü yalnış tanımaq düşünməkdir.

Hər şey marağımı çəkər, amma heç nə məni ovucunda tuta bilməz.

Anlamaq üçün özümü yox etdim.

Rahat otağımda kədər içində yazıram, necə ki indiyə qədər yalnız idim və bundan sonra da o şəkildə yalnız olacağam. Maraqlıdır, görəsən heç bir dəyəri olmayan səsim  minlərcə səsi, minlərcə həyatın özünü anlatmağa olan susqunluğunu, gündəlik talelərin içində faydasız xəyalların, iz qoymayan ümidlərin əsiri olmuş mənim kimi minlərcə ruhun səbrini təmsil edirmi?”

postais-lisboa-historica-19Portuqaliyalı şair, rəssam və yazar Fernando Pessoa 1888-ci ildə dünyaya gəlmişdir. Kiçik yaşlarında atasını itirən Pessoanın  anası ikinci dəfə ailə qurmuş və Güney Afrikaya köçərək uzun müddət burada yaşamışlar. Pessoa burada yaşadığı dövrlərdə ingliscə təhsili almış və təhsilini bitirdikdən sonra yenidən doğulub böyüdüyü yerə dönmüşdür.

Lissabona qayıdaraq burada özünə həyat quran Pessoa yaşamını İnglis və Fransızca məktublar yazaraq qazanar. Jurnal və qəzetlərə yazmağa başlayan Pessoa qısa bir zamanda diqqət çəkər və Portuqaliya modernizminin öndə gələn yazarlardan biri olaraq tanınmağa başlayar.

Inglis dilində təhsil aldığı və bu dili mükəmməl məmimsədiyi üçün Pessoaşerlərini elə bu dildə də yazır. Ilk şerini İnglis dilində qələmə alan yazar onu 1912-ci ildə yayımlayır. Yazarın ilk şerlərində Shakspeare, Edgar Allen Poe, Walt Whitman, Milton, Charles Baudelaire və Byronun təsiri hiss olunur.

Portugaliya ədəbiyyatını dünyaya tanıdan yazar qaraciyər xəstəliyinə tutulmuş və bu xəstəliyin nəticəsində 30 Noyabr 1935-ci ildə dünyasını dəyişmişdir.

hazırladı: Ayşən Rizvan

volo.az

Comments

comments