Stefan Sveyq ” Şahmat”

“Şahmat” dahi Aavstriyalı roman və biografiya yazarı araşdırmaçısı və publisisti Stefan Sveyqin Braziliyada sürgündə ikən yazdığı romandır. Almaniyada 1.200.000 dən çox satılan kitab yazarın son və ən məşhur əsəridir.

Hekayədə hadisələr Nyu Yorkdan Buenos Airesə gedən bir gəmidə cərəyan edir. Gəmiylə səyahət edən şahmat üzrə dünya çempionu Mirko Czentoviçi görənlər böyük sevinc və təəccüb yaşayırlar. Bir grup yolçu həm səyahətlərini maraqlı etmək həm də bütün dünyada şahmatın dahisi hesab edilən bu adamın necə şahmat oynadığını canlı olaraq izləmək üçün onu şahmata dəvət edir.

Kiçik yaşlarında nitq qüsurları və qavrama problemi olan Czentoviç əslində şahmat oynamaqdan başqa heç bir şey bacarmayan sadə bir kəndlidir. O, kiçik yaşlarında dindar olan atasının dostları ilə oynadığı şahmat oyunlarına baxaraq bu oyunu mənimsəmişdir. Bir axşam atasının dostu ilə yarımçıq qalan oyununa davam edən bu qəribə uşaq oyunda rəqibini məğlub edir. Onun bu qəribə istedadı atasını çox təəcübləndirir və atası oğlunu şəhərdəki şahmat klubuna apararaq istedadını hər kəsə nümayiş elətdirir. Hər kəs Czentoviçin oyununa heyran qalır lakin bu uşağın bir problemi var idi. problem bundan ibarət idi ki  Czentoviç ona verilən suallara axmaq və yersiz cavablar verirdi. Bu problemi aradan qaldırmaq üçün o mümkün qədər az danışır və insalarla ünsiyyətdən qaçırdı.

Gəmi ilə şahmat yarışına gedən Czentoviç milyonçu McConnor ilə pul qarşılığında şahmat oynamağı qəbul edər. Ilk yarışda uduzan McConnor bu güclü rəqibinə ikinci dəfə oun təklifi edər. Bu oyunda da uduzmağa doğru gedərkən bir səs McConnora yalnış oynadığını ona bildirir.

Bu naməlum səsdən sonra oyun daha da qızışır və bayaqdan tez-tez oynayan Czentoviçin hesablamaları vaxt aparmağa başlayır. Artıq gəmidə olan hər kəs xüsusilə də iki jurnalist oyunun gedişatını böyük bir maraqla izləməkdədir. Naməlum səsin köməyi ilə oyun Czentoviçlə bərabərə qalır. Bu vəziyyət gəmidəki hər kəsin marağının daha da artmasına səbəb olarkən Czentoviçi qıcıqlandırmağa başlayır.

Oyundan sonra McConnor ona kömək edən səs sahibinin adını öyrənir.O Dr.B. adlanan bu şəxsə Çzentoviçlə qarşılıqlı şahmat oynamasını təklif edər. Lakin bu qəribə adam oyundan sonra çox utanmış və hərəkətindən peşiman olmuşdur. Təkbətək oyun təklifini geri çevirən Dr.B iyirmi beş ildən artıqdır ki şahmat oynamadığını əsəbi və təşviş halda etiraf edir. Lakin McConnor və gəmidəki digər sərnişinlər Dr.B dən əl çəkmir və israrla onun bu oyunu oynamasını tələb edirlər. Dr.B bütün bu təziqlərdən və xahişlərdən sonra hekayəsini danışmağa başlayar.

Dr.B illər əvvəl atası ilə birlikdə çalışdığı iş yerindən hökumətdən gizli işlər görmək adı ilə həbs edilir. Lakin Dr.B-ni həbs edənlər onu həbsxana əvəzinə içində bir divanı bir pəncərəsi olan alçaq tavanlı bir otağa gətirirlər. Onun bu qəribə hekayəsi də bu otağa qapadıldıqdan sonra özü ilə tək qalıb bütün dünyadan təcrid olunmuş vəziyyətdə ağlını itirməmək üçün bir şahmat kitabına sığınmasından sonra başlamışdır. Balaca bir otağa həbs olunan Dr.B üçün ağla gəlməyəcək qədər çətin günlər başlamışdır. Onun imtahanı “Yalnızlıqdır”

Bu otaqda sadəcə ona yemək gətirən keşikçidən başqa heç kimin üzünü görməyən Dr.B danışmağa adam məşğul olmağa iş tapmır. Beləliklə də burada o saatın günün hətta ayın neçəsi olduğunu unudur. Onun üçün keçən hər saniyə böyük əzab əziyyətə çevrilir.

Zaman-zaman sorğuya çəkilən Dr.B yenə sorğuya getdiyi günlərdən birində divarda asılan əsgər pencəyinin cibində bir kitab görür. Böyük bir cəhd göstərərək kitabı oğurlamağı bacaran Dr.B otağına qayıtdığı zaman böyük həyəcan yaşayır. Bu kitab onun üçün sadəcə bir kitab deyildir. Kitab onun üçün müqəddəs bir əşyaa çevrilir. O, kitabla çox mülayim rəftar edir hətta ilk başlarda onun nə haqqında olduğunu belə öyrənmək istəmir. Lakin bütün bu sarsıntı və həyəcalarına qalib gələrək kitabı açır və onun sadəcə bir şahmat kitabı olduğunu görür. Bu isə Dr.Bnin məyusluğuna səbəb olur.

Edəcək başqa bir məşğuliyyəti olmadığından qəhrəmanımız kitabı vərəqləməyə və öyrənməyə başlayır. Zamanla öz xəyal gücünü işə salıb düzəltdiyi şahmat taxtası ilə şahmat oynamağa başlayan Dr.B üçün həyatdakı ən önəmli iş şahmat olur. O, bütün beynini və zəkasını işə salaraq şahmat tək başına şahmat oyununa başlayır və bu oyunlar saatlar günlər hətta həftələr boyu uzanır. Özü ilə oynadığı oyunlarda uduzduğu zaman özünə əsəbləşən Dr.B oyun zamanı böyük gərginlik və həyəcan yaşayır.  Hətta oyunların birində uduzduğu üçün əsəb pozuntusu keçirir və əli ilə pəncərəni qırır. Bütün bunlardan sonra müayinə üçün xəstəxanaya aparılan Dr.B ni xəstəxanada həkim soyadı səbəbi ilə tanıyır və qaçmasına kömək edir.

Azadlığına qovuşan Dr.B bir daha əsla şahmat oynamayacağına and içər ta ki gəmidəki hadisələrə qədər. Bütün bu başından keçənləri danışdıqdan sonra Dr.B Czentoviçlə oynamağa razılıq verir. Bərabərə qalınan oyunun sonlarına yaxın Dr.B yendən əsəb pozuntusu keçirdir və oyun yarımçıq qalır.

hazırladı: Ayşən Rizvan

volo.az

Comments

comments