Ölüm orucuna yatdığı hücrəsindən çıxdıqdan sonra hər tərəfin həbsxanaya dönmüş olduğunu görmənin bədbəxtliyi ilə. Bu dəfə isə “Sosializm uğrunda bu qədər vaxt həbsxanadamı qaldın?” deyən bir Gürcü qızının xəyal qırıqlığı ilə bir söz orucuna yatır…

“Sonbahar”

“İndi də Özcan Alperin Sonbaharında Yusuf susur.  Ölüm orucuna yatdığı hücrəsindən çıxdıqdan sonra hər tərəfin həbsxanaya  dönmüş olduğunu görmənin bədbəxtliyi ilə. Bu dəfə isə “Sosializm uğrunda bu qədər vaxt həbsxanadamı  qaldın?” deyən bir Gürcü qızının xəyal qırıqlığı ilə bir söz orucuna yatır… 80-ci illərdə başlayan ölümcül səssizliyin kinoteatrda sədasıdır bu susqunluq…”

Can Dündar

Turk rejisoru Özcan Alperin ilk uzunmetrajlı filmi olan “Sonbahar” 90-cı illərin gəncliyinə xitab edir.  Üç dildən istifadə olunan filmin çəkilişləri Hopa Çamlıhemşin və Kemalpaşada gerçəkləşmiş və filmin çəkilişləri 6 həftəfə tamamlanmışdır.

Film 22 yaşında universitet tələbəsi ikən  siyasi etirazlar səbəbi ilə həbsə girən və on il sonra ciyərləri məhv olmuş şəkildə azadlığa buraxılan Yusufun hekayəsindən bəhs edir. Bütün gənçliyini dörd divar arasında bitirən Yusuf sərbəst buraxıldıqdan sonra uşaqlığının və yeniyetməlik illərinin keçdiyi ana yurduna qayıdır və iki ay boyunca burada səssiz-sakit ölümün gəlişini gözləyir.

Filmin toxunduğu başqa bir mövzu isə Sovet İttifaqının dağılması ilə müstəqillik qazanan ölkələrdə yaşanan faciələrdir. Ailəsinə baxa bilmək üçün Türkiyədə fahişəlik etmək məcburiyyətində qalan Gürcü qadın Elka ilə Yusufun yolları kəsişir. Onların bu qarşılaşmasından həm bir sevgi hekayəsi doğur, həm də sosializmin dağılmasının iki tərəf üçün də nə ifadə etdiyi incələnir.

bscap0014-1Melanxolik abu-havası ilə yanaşı film həm də möhtəşəm təbiət mənzərələri ilə yadda qalır. Son günlərini gözəl təbiətin əhatəsində keçirən Yusuf bu gözəllikləri son dəfə izləyəcəyini bilərək yavaş -yavaş ölümə yaxınlaşır… Yusufun hüznü bütün həyatını itirən, sevgisiz, gələcəksiz ömrünü boş keçirən bir insanın hüznüdür. Çox az dialoqların keçdiyi filmdə aktyorlar mimikalardan məharətlə istifadə etmişlər. 2008-ci ildə çəkilən filmin baş rollarını Onur Saylak, Megi Kobaladze, Serkan Keskin,  Raife Yenigül canlandırmışdır.

Sonbaharın ssenarisi kitab olaraq yayımlandı. Kitabda filmin ssenarisindən başqa rejisorun iki müsahibəsinə  və film barədə məqalələr də yer alır. Bundan başqa, kitab haqqında Alin Taşçıyan Can Dündar və Yıldırım Türkerin tanıtım yazısı verilmişdir.

Hazırladı: Ayşən Rizvan

volo.az

Comments

comments