Sənət və estetika stressin dərmanı kimi

(Fotoqraf: Reuters)

İtaliyada aparılan bir araşdırma, sənət və estetikanın stress səviyyəsini azaldaraq sağlamlığa müsbət təsir etdiyi faktını ortaya çıxartdı.

İtaliya universitetlərindən birində dərs deyən professor Enzo Grossinin rəhbərliyi altında həyata keçirilən araşdırmada, sənət əsərlərinə baxmanın stress hormonu kimi bilinən kortizolun səviyyəsinin 60% aşağı düşməsinə səbəb olduğu müəyyən edilmişdir.

Sənətin sağlamlığa təsirini yoxlamaq məqsədilə 100 nəfərdən ibarət bir qrup sınaq testi aparmaq üçün Cuneo şəhərinde yerləşən Vicoforte Kilsəsinə aparılmışdır. İki saat çəkən gəzintidən əvvəl və sonra insanlardan tüpürcək analizləri götürülmüşdür.

Testin nəticələrinə görə insanlarda kortizolun səviyyəsi təqribən 60%  aşağı enmiş, sorğular nəticəsində isə insanların 90%-i özlərini yaxşı hiss elədiklərini bildirmişlər.

tərcümə etdi: Pərvanə Aliyeva

Volo.az

Comments

comments