Psixoanaliz əsasında çəkilmiş 10 maraqlı film

Əgər siz insan qəlbinin gizli guşələrini araşdırmaq, onun hərəkətlərində, arzularında, hətta, qeyri-şüuri dilə gətirilmiş ifadələrində məna, simvol axtarmağı, öz dərinliyinizə qərq olmağı sevirsinizsə, onda dərin psixoanaliz əsasında çəkilmiş bu filmlər tam sizlikdir.

Ziqmund Freyd sevənlər üçün onun fəlsəfəsini əsasında çəkilmiş 10 film:

1)  “A Clockwork Orange” – ” Mexanizm Portağal”

Stenli Kubrikin rejissorluq etdiyi bu film, yəqin ki, insan davranışlarını açıqlayan ən parlaq nümunədir. Film əsəbləri zəif  insanlar üçün məsləhət deyil. Filmdə insanın təbiəti, zorakılığa meylliliyi araşdırılır. Baş qəhrəman, antisosial, şəxsiyyət pozğunluğu olan bir insandır. Bəs, hökumət bu antisosiallığı müalicə etmək üçün necə bir qərar verəcək?

2) “Where the Wild Things Are” – “Qulyabanıların yaşadığı yerdə

Moris Sendakın eyniadlı kitabının motivləri əsasında 2009-cu ildə rejissor Spayk Con tərəfindən ekranlaşdırılmış film, uşaq psixoloqları, müəllimlər və gənc valideynlər üçün çox faydalıdır. Əslində uşaq filmi kimi çəkilsə də uşaqların bu filmdən öyrənəcəyi bir şey yoxdur. İnsanların qarşılıqlı münasibətləri haqda düşünənlər, şüuraltımızda əriyib yox olmuş gizli fikirlərin təsvirini görmək istəyənlər üçün çox maraqlı olacaq, çünki yuxularımızdakı kabuslar özümüzün əksidir, onlar bizim həyəcanlarımızın alt şüurumuzdakı təzahürüdür.

3) “The Science of Sleep” – “Yuxu elmi”

Yuxular – bizim şüuraltımızın təhrifolunmuş ifadəsidir. Öz dünyasında yaşayamağı sevən utancaq Stefan, Parisdə kiçik bir binanın mənzillərindən birində yaşayır. Yan mənzilə köçən Stefaniyə aşiq olmağa başladığını anlayınca, hisslərini idarə etməkdə çətinlik çəkdiyinin fərqinə varır. Xəyal dünyası o dərəcədə genişdir ki, bir müddət sonra yuxularındakı hadisələri öz məqsədləri üçün istifadə etməyi bacarır.

the-science-of-sleep

4)”Black Swan” – “Qara Qu quşu”

Bakirə, saf və gözəl qız. Bir qu quşunun bədəninə sıxışıb qalıb. Azad olmağa can atır. Sadəcə həqiqi və güclü məhəbbət bu tilsimi qıra bilər. Arzusu çin olmağa az qalıb deyərkən şahzadəni qara qəlbli əkizi – Qara Qu quşu yoldan çıxarır. Qu Quşuna vurulan şahzadənin daha çıxış yolu olmur. Arzuları qırılan Ağ qu quşu uçurumun təpəsinə çıxıb özünü aşağı atır. Ölüm onu azadlığa qovuşdurur.

Bu, dünya şöhrətli bəstəkar Çaykovskinin məşhur “Qu gölü” baletinin qısa məzmunudur. “Qara Qu quşu” (Black Swan) filminə girişi də məşhur rejissor Darren Aronofski məhz bu baletdəki rəqslə başlayır. Filmin qəhrəmanı Nina (Natali Portman) adlı balerin qızdır. O öz rəqibləri arasında hər zaman birinci olmağa can atır. Baletdə baş rolu ifa etmək üçün dəridən – qabıqdan çıxır. Amma o heç ağlına belə gətirə bilmir ki, bu rolu alandan sonra o özündə bu obrazın bütün keyfiyyətlərini tapacaq. O saf, təmiz qızın içində qəddar, amansız biri peyda olacaq. Hadisələr daha da gərginləşməyə başlayır. Çünki Ninanın həqiqi və dəyərli rəqibi Lili (Mila Kunis) meydana çıxır. Nina bütün şər qüvvələrin ondan gəldiyinə əmindir, ta ki filmin son akkordlarına qədər. Filmin digər dramatik nöqtəsi Ninanın anası (Barbara Xerşi) ilə olan münasibətləridir. Anası da bir vaxtlar balerina olub amma heç vaxt məşhur səhnələrdə çıxış etməyib. Bunu hər nə qədər arzulasa da, nə cəsarəti, nə də istedadı buna imkan verir. Karyerasını bitirib özünü qızına həsr edir və Ninanın peşəkar balerina olması üçün hər cür fədakarlıq edir. Amma eyni zamanda, o, bir balerina kimi qısqancdır… İçində gizli-gizli, bilmədən, bildirmədən böyüyən qısqanclıq var…black-swan

5)  “Persona” – “Persona”

Bu filmdə, izləyici, bir həyatın məhv olmasının və yenidən bərpa olunmasının heyrətamiz və eyni zamanda ürküdücü mənzərəsi ilə qarşılaşır. Film, tamaşa zamanı gözlənilmədən, səbəbi bəlli olmadan susan və bir də heç kimlə danışmayan məşhur aktrisanın hekayəsindən bəhs edir. Xəstəxanada isə psixiki cəhətdən tamamilə sağlam olduğu qənaətindədirlər.

Film sizin fikirlərinizi qarışdıra bilər, lakin eyni zamanda da, özünüzü dərindən analiz etməyiniz üçün katalizator təsiri də göstərə bilər. persona

6)  “The Paradise Trilogy” -“Cənnət trilogiyası”

«Любовь», «Вера» və «Надежда» adlı üç qadının həyatından bəhs edən üç hissəli filmdir. Əgər mövzuya insan və təbiət münasibətləri aspektindən baxarsaq, Freydin nöqteyi-nəzərindən, “Cənnət trilogiyası”  siyahının zirvəsində duracaq bir filmdir. Filmin hər üç qəhrəmanı, ayrı-ayrılıqda, yalnızca özünə məlum olan və həll olunmamış problemləri, daxili savaşı və keçmişi ilə mübarizədədir.

7)  “Repulsion” – “İkrah”

Bu, uşaq vaxtı atalığı tərəfindən zorakılığa məruz qalmış bir qızın gənclik illərinin hekayəsi olmaqla yanaşı, Freyd psixoanalizinin parlaq nümunələrindəndir. Uşaqlıqda yaşadığı travma səbəbindən yetkinlik yaşına çatmış qadın hələ də insanlarla ünsiyyətdən qaçır, evdən çıxmağa qorxur. Daxilində sevgiyə ehtiyac duysa da, əks cinsə qarşı xüsusi bir nifrət bəsləyir ki, bu da başadüşüləndir. Filmdə, kişilərin, qadınların ləyaqətini alçaltmaqla, hətta həyatını da məhv edə biləcəyinin psixoloji tərəfləri təsvir olunur.

8)  “The Double” – “Bənzər”

İncəsənətdə, xüsusən filmlərdə bənzərlik mövzusu psixoloji cəhətdən maraqlı hesab olunduğuna görə kifayət qədər çox yer alan mövzulardandır. İnsan, həyatında özünə bənzər biri peyda olduğu zaman, qeyri-iradi onunla özünü müqayisə edir və bu zaman da öz daxilinin dərinliklərində hər kəsdən gizlətdiyi qaranlıq tərəfləri ortaya çıxır. Dostoyevskinin eyniadlı əsəri əsasında ekranlaşdırılan bu filmdə də məhz bu psixoloji məqamlar izləyicilərə təqdim olunur. Son zamanların ən yaxşı psixoloji filmlərindən hesab olunur.

9) “Shame” -“Utanc”

Bu seks asılılığı, süstlük və yorğunluq haqqında təxribat xarakterli bir film hesab olunur. Hər şeydən yorulmaq: həyatdan, insanlardan, mənasız münasibətlərdən, sonu təxmin edilə bilən yersiz mübahisələrdən və barışmalardan, xəcalətverici davranışlardan, ofisdə qutu kimi otaqda qapalı işləməkdən, heç kimlə heç nədən danışa bilməməkdən. İzləyərkən qarşılaşacağınız mənzərə, sizi öz həyatınızı bir daha analiz etməyə vadar edəcək.

10) “We Need to Talk about Kevin” – “Biz Kevin haqda danışmalıyıq”

Film, ana ilə oğul arasındakı kəskin sosial münasibətlərdən bəhs edən dramdır. Baş qəhrəmanın övladı dünyaya gəldiyi zaman, ilk gördüyü şey anasının soyuq, mənasız baxışları olur. Bu əhval ana ilə oğlu arasındakı sonrakı münasibətlərdə də özünü göstərəcək. Beynəlxalq ictimaiyyət nə qədər aborta qarşı olsa da, arzuedilməyən uşaq dünyaya gətirmək və onun həyatını beləcə məhv eləmək daha dəhşətlidir.

hazırladı: Pərvanə Əliyeva

volo.az

Comments

comments