Alimlər ölü beyni canlandırmaq istəyirlər

Bu yaxınlarda ABŞ alimləri insan beyninin canlandırmaq üçün təcrübələrə başlayacaqlarını açıqlamışdılar. Artıq kəllə-beyin travması səbəbiylə beyin ölümü diaqnozu qoyulan xəstələrlə işləmək üçün icazə alınıb.

Ölmüş beyinləri həyata qaytarmağı  ABŞ-ın Bioquark biotexnologiya şirkəti planlaşdırır. Onların ReAnima layihəsi  ABŞ da etik məsələlər haqda qərar qəbul edən İnstitutional Review Board  (Rəylər Şurası İnstitutu ) komitəsi tərəfindən təsdiqləndi. ReAnima-nın əsas tapşırığı ən müasir biotibbi texnologiyaların hərtərəfli öyrənilməsi və onlardan ölü beynin funksional bərpası üçün tətbiq imkanlarının müəyyən edilməsidir.  Kliniki tədqiqatlar ABŞ və Böyük Britaniyada rəsmi ölü kimi tanınmış və aparata bağlı olan 15-65 yaş arası insanlar üzərində aparılacaq.

Daily Mail-in xəbərinə görə, layihə rəhbəri  Ayra  Pastor (Pastor İra) məqsədlərini elə də fantastik bir hadisə hesab etmir, mümkünlüyünə inanır. O qeyd edir ki, bir çox canlı orqanizmlər (suda-quruda yaşayanlar, bəzi balıq növləri) beyinlərinin bəzi hissələrini yeniləmək və hətta təhlükəli xəsarətlərdən də sonra bərpa eləmək xüsusiyyətinə malikdirlər. İnsanlarda mərkəzi sinir sisteminin bərpası funksiyası olmasa da, onlar bunu yeni texnologiya vasitələrinin köməyilə həyata keçirə bilərlər. Alimlər, ölüm diaqnozu qoyulmuş beyinlərin funskiyalarının bərpa edilməsi üçün peptidlər, lazer, kök hüceyrələr və sinir stimmulaşdırıcılarından istifadə etməyi nəzərdə tuturlar.

İlkin nəticələr iki və ya üç ay ərzində gözlənilir: onurğa beynin yuxarı hissəsində və aşağı beyinsapı sahələrində canlanma simptomları tomoqrafiya cihazlarında görünməlidir. Həmkarlarının tənqidlərinə baxmayaraq, ReAnima şirkəti tədqiqatlarının perspektivliliyinə inanır və artıq 2017-ci ildə bu sahədə işlək texnologiyaya sahib olacağına ümid edir.

Hazırladı: Pərvanə Əliyeva

Volo.az

Comments

comments