Roman əsasında çəkilmiş ən yaxşı filmlər

1.“Rosemary’s baby” – ” Rozmarinin körpəsi”

Məşhur rejissor Roman Polanski tərəfindən çəkilən Rosmars baby İra Levinin eyni adlı kitabı əsasında ekranlaşdırılmışdır. Baş rollarında Mia Farrow və John Cassavetesin rol aldığı film 1968-ci ildə çəkilmişdir.

Tanınmış bir aktyor olmaq üçün çabalayan Guy və gözəllər gözəli Rosemarya New Yorkdakı yeni həyatlarına başlamaq üçün köhnə bir binada bir otaq kirayələyirlər. Qonşu evlərdən qəribə səslər gəldiyin eşidən Rosemariya yeni yaşam tərzindən narahatlıq və qorxu keçirdir. Yuxusunda şeytanvari bir canlı tərəfindən təcavüzə uğradığını görən qadın hamilə qalır. Hamiləliyi müddətini ağrılı keçirən Rosemarya süretli kilo itirir və çiy ət yeməyə başlayır.  Bütün bunlarla yanaşı Guy yaxşı bir rol təklifi alır və kariyerasında yüksəlməyə başlayır.

2.” Wild at hearts”- ” Vəhşi duyğular”

wild-at-heart1989-cu ildə eyni adı daşıyan Barry Giffordun romanı əsasında çəkilən filmin rejissorluğunu David Lynch etmişdir.  Filmdə Lula rolunu Laura Dern Sailor rolunu isə məşhur aktyor Nicholas Cage canlandırmışdır.

Lula və Sailor bir-birinə dəlicəsinə aşiq olan cütlükdür. Lakin Lulanın anası Sailora nifrət edir və cütlüyü ayırmaq məqsədilə Sailora zərər verməsi üçün adam tutur. Sailor isə həmin adamı öldürənə qədər döyür və ölümünə səbəb olar. Cinayət səbəbi  ilə həbsxanaya atılan Sailor həbsdən çıxdıqdan sonra Lulayla birlikdə Kaliforniyaya yola düşür. Bu dəfə isə onları bir dedektiv və kiralıq qatil təqib edəcəkdir.

3.“The Princess bride” – ” Şahzadə gəlin”

William Goldmanın eyniadlı romanına çəkilmiş film bir qəhrəman tərəfindən xilas edilən şahzadənin fantastik hekayəsindən bəhs edir. 1987-ci ildə Rob Reiner tərəfindən ekranlaşdırılan film babanın nəvəsinə imkansız bir eşq macərasın nəql eləməsi ilə başlayır. Hekayəyə görə Florin adlı xəyali bir ölkədə yaşayan Buttercup ilə Westley arasında güçlü eşq macərası yaşanır. Qəhrəmanımız sevdiyi qızla evlənə bilmək üçün gəmiylə səyahətə çıxır lakin piratlar tərəfindən təqibə məruz qalır. Westleyin öldüyü xəbərini alan Buttercup ümidsizliyə və kədərə qərq olur. Bütün bunlar yetməzmiş kimi  çarəsizcə bir şahzadə ilə evləndirilir. Film axıcı dialoqları və döyüş səhnələri ilə yadda qalıb. Filmdə səslənən “Storybook Love” saundtraktı “ən yaxşı musiqi” nominasiyasında Oskara namizəd göstərildi.

4.“The shining” – ” Parıltı”

“The shining” – “ Parıltı” Amerikalı rejisor Stanley Kubrickin “The shining” adlı filmi, 1980-ci ildə Stephen Kingin eyniadlı kitabı əsasında çəkilmişdir. Filmdə hadisələr yazıçı Jack Torrancenin ailəsi ilə birlikdə qış sezonu səbəbi ilə bağlı olan “Overlook” otelinə nəzarətçi olaraq gəlməsindən sonra başlayır. Jackın qeyri-adi güclərə sahib olan oğlu, zamanla otelin içində yalnız olmadıqlarını, keçmiş və gələcəkdən gələn ruhlarla birlikdə yaşadıqların görür və ailəsini buna inandırmağa çalışır. Qar fırtınası səbəbiylə dağdakı kimsəsiz oteldə, ailəsi ilə birlikdə yalnız qalan Jack, filmin sonlarına yaxın dəlilik həddinə çatır. Qorxu janrının şah əsəri sayılan filmin baş rollarında Jack Nicholson və Shelley Duvall çəkilmişdir.

Rejissor bu filmi çəkərkən bir sıra əsaslı dəyişikliklərə yol vermişdir. Stephan King rejissorun bu addımını müsbət qarşılamasa da, film izləyicilər və tənqidçilər tərəfindən olduqca yüksək qiymətləndirilmişdir.

5.“The silence of the lambs” -” Quzuların səssizliyi”

Baş rollarında Anthony Hopkins və Jodie Fosterin oynadığı triller janrındakı film, 1990-cı ildə ABŞ-da istehsal edilmişdir. Thomas Harrisin eyni adlı kitabı əsasında çəkilən film, 2011-ci ildə Konqres Kitabxanası tərəfindən “mədəni tarixi və estetik olaraq mühüm film” kateqoriyasına aid edilmiş və ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmidir.

Filmdə naməlum qatil qadınları oğurlayır, üç gün saxladıqdan sonra öldürür və dərilərini soyur. Bu səbəbdən onun axtarışına çıxmış FTB həmkarları, ona “Buffalo Bill” ləqəbini verirlər. Davranışların təhlili üzrə şöbənin rəisi Cek Krouford hesab edir ki, Bufallo Billi tutmaq üçün istənilən məlumat yararlı ola bilər. Qatili tapmaq FTB üçün asan olmur və onlar keçmiş psixiatr və manyak Hannibal Lecter-ə müraciət etməyə məcbur olurlar. Lakin Lecter heç kimlə ünsiyyətə girmək istəmir. Yalnız akademiyanı ən yaxşı nəticələrlə bitirmək üzrə olan və FTB-də təcrübə keçən agent Klarissa Starling, Lecterin rəğbətini qazana bilir və Lecter onunla qarşılıqlı sazişə razı olur.

Washington Universiteti Kriminoloji professor Robert Keppel və Ted Bundy arasındakı real münasibətlərdən bəhs edən film, ardıcıl 5 həftə Us Box Office siyahısında ilk sırada qalan və premyera həftəsi gəliri xərcini ötən nadir filmlərdəndir.

6.“Anna Karenina” -” Anna Karenina”

Anna-KareninaRus yazıçısı Lev Tolstoyun 1877-ci ildə yazdığı Anna Karenina romanı ən çox ekranlaşdırılan əsərlərdən biridir. İlk dəfə Alman imperiyasında 1910-cu ildə səssiz olaraq, bütövlükdə isə otuz dəfə ekranlaşdırılmışdır. Sonuncu dəfə 2012-ci ildə Co Rayt tərəfindən ekranlaşdırılan filmdə Anna Karenina rolunu Keira Knightley canlandırmışdır.

Filmin əsas sujeti, evli və gözəl Annanın gənc zabit qraf Vronskiyə olan faciəvi sevgisi fonunda, qarşılıqlı sevgi olan və xoşbəxt ailə ilə bitən Kiti Şerbatskaya və Konstantin Levin haqqında olan hekayəsdir.

 

7.”Breakfast at Tiffany’s” – ” Tifanidə səhər yeməyi”

“Breakfast Tiffany’s”  adlı qısa roman 1958-ci ildə Truman Capote tərəfindən yazılmış, 1961-ci ildə Blake Edward tərəfindən ekranlaşdırılmışdır. Filmdə Holly Golighty rolunu Audrey Hepburn canlandırmışdır.

Varlı sevglisinin hesabına yaşayan yazıçı Pol Varjak yeni mənzilə köçür və burada qonşusu Holly Golighty ilə tanış olur. ikili arasında yaşanan münasibətlər filmin əsas məğzini təşkil edir. Audrey Hepburnun filmdə ifa etdiyi “Moon River” mahnısı bəstəkar Henri Manciniyə və sözlərin müəllifi Conni Mersere 1962-ci ildə “Oskar” qazandırır.

 

8.”Great Gatsby”-” Möhtəşəm Getsbi”

Scott Fitzgeraldın 1925-ci ildə yazdığı eyniadlı romanı əsasında 2013-cü ildə çəkilmiş 3D formatlı 142 dəqiqəlik ekran əsəridir.  Filmin baş rollarında  Leonardo Di Caprio Tobey Maguire Carey Mulligan çəkilmişdir.

Yazar olmaq üçün New Yorka gələn Nick Carrawayın yolları milyoner Gatsby və onun mühiti ilə kəsişir.  Kasıb bir oğlan olan Gatsby zəngin bir qıza vurulur, onu əldə eləmək üçün varlanmağı həyatının bir nömrəli məqsədinə çevirir. Bu yolda o, cinayətlər işləyir, kriminal dünyanın lordlarından birinə çevrilir, bahalı ziyafətlər təşkil edir. Nəhayət  Nick Carravayn da əmisi qızı olan bu qadın Getsbiylə görüşür.

9.“The other Woman”- ” Digər qadın”

Xoşbəxt bir evliliyi olduğunu düşünən Kate King və hüquqşünas Carlyın ideal münasibətləri vardır. Bir gün Carly sürpriz eləmək məqsədilə sevgilisi Markın evinə gəldiyində onu Kate qarşılayar. Hər iki qadın nə edəcəyəni bilməzlər. Zamanla aralarında dostluq münasibətləri başlayar və birlikdə intiqam planları qurmağa başlayarlar. Bu dəfə isə onları başqa bir sürpriz gozləyir. Markın bu iki qadından başqa Ambera adlı biri ilə də münasibəti vardır. Melissa Stackın kitabı əsasında komediya janrında çəkilmiş filmin rejissoru Nick Cassavetesdir. Filmin baş rollarında isə Cameron Diaz, Leslie Mann, Kate Upton çəkilmişdir.

10.”Legends of the fall”- ” Payız əfsanələri”

Jim Harrisonun eyniadlı romanı əsasında çəkilən filmdə hadisələr XIX əsrin sonlarında cərəyan edir. Albay William Ludlow üç oğlunu anaları olmadan böyütmüşdür. Oğlanların birinin nişanlısı olan Suzannanın Ludow və oğlanları ilə eyni evdə yaşamağa başlamasından sonra işlər gözlənilmədən dəyişəcəkdir.

Filmin baş rollarında Brad Pitt, Antony Hopkins, Aidan Quinn, Julia Ormond oynamışdır.  Filmin rejissoru isə Edward Zwickdir.

 

11.”Trainspotting”- ” İynəyə oturma”

trainspottingTrainspotting 1996-cı ildə Danny Boyle tərəfindən çəkilən İrvine Welshin yazdığı eyni adlı romanı əsasında çəkilmişdir. Film Edinburghda yaşayan bir qrup narkoman gəncdən bəhs edir. Baş qəhrəman Renton dəfələrlə narkotikdən qurtulmağa çalışsa da, buna nail ola bilmir. Son cəhdində ölümlə burun-buruna gələn qəhrəman bir anda bambaşqa bir insana dönüşür. Filmdə kitabın müəllifi İrvine Wellsin də narkotik satıcısı obrazında kiçik bir rolu var. “Total Film” jurnalı Trainspotting filmini bütün zamanların ən yaxşı dördüncü ingilis filmi adlandırmışdır. Filmin baş rolunda Ewan McGregor, Ewen Bremner, Jonny Lee Miller oynamışdır.

12.”Dead Poets Society “ – ” Ölü şairlər cəmiyyəti”

Film John Keating adlı fərqli və savadlı ədəbiyyat müəlliminin çox dissiplinli bir oğlanlar liseyinə gəlməsi ilə başlayır. Keating şagirdləri ədəbiyyat və şeirin bambaşqa dünyası ilə tanış edir.  Məktəb direktoru şagirdlərə azadlığı dünyaya fərqli tərəfdən baxmağı öyrədən  bu yeni ədəbiyyat müəllimini şagirdlərin birinin intiharında səbəbkar görür.

Filmin baş rollarında Robin Williams, Ethan Hawke, Robert Sean Leonard və başqaları çəkilmişdir. Film Tom Schulmana ən yaxşı ssenari mükafatı qazandırmışdır.

 

13.”A clockwork orange” – ” Mexanizm Portağal”

1971-ci ildə Anthony Burgessin eyni adlı kitabı əsasında çəkilmiş film İngiltərədə yaşayan gənc Alexin dörd nəfərlik qruplaşması ilə törətdiyi vəhşiliklər ilə başlayır. Azğın ruhu olan Alex qadın, qoca, uşaq – fərq etmədən özünəməxsus cəsurluqla müxtəlif vəhşiliklər, cinayətlər törədir. Lakin bu dominatlığı digər üç dostunun ürəyincə olmur və onlar Alexi tələyə salırlar. Beləliklə Alexin həbs həyatı başlayır. Sevimli içkisi süd olan, Bethovenin musiqisindən heyrətamiz dərəcədə zövq alan 14 yaşlı gənc Alex həbsxanada və həbsxanadan sonra gözlənilməz hadisələrlə qarşılaşır.

Stanley Kubrickin çəkdiyi filmin baş rolunda Malcolm McDowel Patric Magee və başqaları çəkilmişdir.

14.”Kıskanmak”

kiskanmak2009-cu ildə Zeki Demirkubuz tərəfindən ekranlaşdırılan film Nahid Sırrı Örikin eyni adlı romanı əsasında çəkilmişdir.

Ana və atasını itirən 40 yaşlarında Seniha və Halit birlikdə yaşayırlar. Halit özündən 10 yaş kiçik Mükerrem ilə evlidir. Halitin işi səbəbi ilə İstanbuldan Zonquldağa gələn üçlü arasında gözlənilməz hadisələr yaşanır.  Mükerrem burada varlı və gənc Nüzhet ilə tanış olur və münasibət qurur. Ikilinin sevgi macerasından xəbərdar olan Semiha isə olanlara göz yummaqdadır. Bütün bunlardan xəbərdar olan Nüzhet bir gecədə hər kəsin həyatını dəyişir.

Filmin baş rolunda Nergis Öztürk, Serhat Tutumluer və Berrak Tüzünataç oynamışdır. Seniha rolu ilə Nergis Öztürk  46-cı Antalya Altın Portakal Film Festivalında ən yaxşı qadın oyunçu adına layiq görülmüşdür.

15.”Forrest Gump” – ” Forest Qamp”

Forest Gump 1986-cı ildə Winston Groomun eyniadlı romanı əsasında çəkilmişdir.

Filmdə İQ səviyyəsi aşağı olan və öyrənməkdə çətinlik çəkən, ancaq fiziki bacarıqları olduqca inkişaf etmiş Forest Gumpun yaşadıqlarından bəhs edilir. Robert Zemeckis tərəfindən çəkilən filmin baş rollarında Tom Hanks, Robin Wright, Gary Sinse və Sally Field oynamışdır.  Film, ümumilikdə 13 nominasiyada Akademiya mükafatına namizəd göstərilmiş və ən yaxşı film, ən yaxşı baş rol, aktyor, ən yaxşı rejissor, ən yaxşı uyğunlaşdırılmış ssenari kimi önəmli nominasiyalar da daxil omaqla 6 nominasiyada Oskar qazanmışdır. Qeyd edək ki, Forest Gump 8.8 İMDB xalı ilə dünyada 14-cü sıradadır.

Hazırladı: Ayşən Rizvan

Volo.az

Comments

comments