Siyasi gündəm yaratmış karikaturalardan…..

Karikatura rəsmləri bəzən böyük siyasi qalmaqallara gətirib çıxarıla bilir. Bunlardan biri də “İran karikatura qalmaqalı” hadisəsidir.  Belə ki 12 may 2006-cı ildə İranın dövlət qəzeti olan “İran” qəzetinin uşaq səhifəsində Azərbaycan millətini və dilini təhqir edən karikatura dərc olunmuşdur.Qəzetdə fars uşaq tarakanla farsca danışmaq istəyir ancaq tarakan uşağa Azərbaycan dilində “Nə?” deyə cavab verir. Qəzetin çap olunmasından sonra Təbrizdə, Ərdəbildə, Xoyda, Urmiyada, Naqadada, Qoşaçayda, Marağada və Zəncanda yaşayan azərbaycanlılar küçələrə çıxaraq mitinqlər təşkil edirlər. Mitinq iştirakçıları on gün ərzində etiraz edib bəzən isə polislərə hücum edirlər. Rəsmi məlumatlarda göstərilir ki mitinqdə dörd nəfər vəfat edib, 330 nəfər isə həbs edilib. Daha sonra isə “İran” qəzeti bağlanıb.feULy45

30 sentyabr 2005-ci ildə Danimarkada nəşr olunan “Jyllands Posten” qəzeti İslam peyğəmbəri Məhəmmədi təsvir edən 12 karikaturanın nəşr etdi. Karikaturaların birində İslam peyğəmbəri terrorçu şəklində təqdim olunmuşdu.  Bu hadisə peyğəmbərlərinin karikaturasının çəkilməsini dinlərinə təhqir hesab edən  müsəlmanların etirazına səbəb oldu. Onlar bütün müsəlmanların terrorçu adlandırılmasına və peyğəmbərlərinin bu şəkildə təhqir olunmasına etiraz etdilər. Danimarkada yaşayan müsəlmanlar karikaturanı dərc edən qəzetdən şikayətçi oldular və bu məsələ dünya səviyyəsində etiraz aksiyalarına gətirib çıxardı. Qəzet isə ifadə azadlığının onlara bu hüququ verməsini əsas gətirərək etirazçılardan üzr istəməyi rədd etdi. Hadisə genişmiqyas alaraq bütün dünyanın gündəminə gəldi və tarixə “Danimarka karikatura böhranı” olaraq düşdü.

hazırladı: Ayşən Rizvan

volo.az

 

Comments

comments