Nobel mükafatı almış ilk rus alimi Pavlov

Düyanın ilk fizioloqu hesab olunan İvan Petroviç Pavlov 14 sentyabr 1894-cü ildə Ryazanda ruhani ailəsində dünyaya gəlmişdir. Ailənin ilk övladı olan Pavlov kiçik yaşlarından etibarən oxumağa və öyrənməyə böyük maraq göstərmişdi. Kiçik bacısı İ.P.Andreyna qardaşı haqqında deyirdi: “Onun birinci müəllimi atam idi. İvan həmişə uşaqlarını əməyə bütün işlərdə dəqiqliyə və səliqə-səhmana qayda qanunlara alışdırmış atasını ehtiramla xatırlayırdı”.

Pavlov əyləncələrə meyl etmir, vaxtını daima səmərəli işlərə sərf edirdi. Bütün bunların müqabilində ailəsi onun daha yaxşı təhsil alması üçün əlindən gələni edir. Atasının kitabxanasında əlinə keçən Q.Levinin “Gündəlik həyatın fiziologiyası” kitabı alimin təxəyyülündə silinməz izlər buraxmışdır.pavlov

Məktəb vaxtlarında seminarında iştirak etdiyi bir müəllimin də təşviqi ilə İvan elm sahəsinə yönəldi və araşdırma həvəsi onda gedərək gücləndi. Təbiət elmlərinə xüsusi maraq göstərən İvan 1870-ci ildə Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət şöbəsinə daxil olur.

Məşhur rus alimi İvan Seçenovun “Baş beynin refleksləri” kitabı onda fiziologiya elminə marağı daha da artırmışdır. Bu kitabın onun həyatındakı önəmini ifadə etmək üçün alim sonralar demişdi: “Mənim o vaxtlar hələ dərk edə bilmədiyim qərarı qəbul etməyimə rus fiziologiyasının atası Seçenovun “Baş beynin refleksləri” kitabı böyük təkan verdi. Bundan başqa, tələbəlik illərində qatıldğı İ.Sionun mühazirələri alimdə güclü təsir buraxmış və onu ovsunlamışdı.

“Alimin ilk uğuru”

İvan Pavlovun ilk elmi işi mədəaltı vəzinin sekretor innervasiyasının tədqiqi ilə bağlı idi. Bu işə görə alim universitetin qızıl medalına layiq görülmüşdü. 1875-ci ildə təbiət elmləri namizədi adını alan Pavlov Sankt-Peterburg Tibbi-Cərrahiyyə Akademiyasının üçüncü kursuna daxil olur. Lakin o, mühazirələrinə heyranlıq duyduğu İ.Sionun assistenti olmağı bacarmır. Çünki görkəmli fiziologiya professoru o ərəfədə Rusiyanı tərk etməli olur. Gənc Pavlov Sionun varisi ilə işləməkdən imtina edir və Veterinar İnstitunda assistent vəzifəsinə qəbul olur. Burada iki il ərzində həzm prosesi və qan dövranı məsələlərini öyrənir.

“elm xəstəsi”

Bütün həyatını elmə və təcrübələrə sərf edən alim demək olar ki, elm aşiqi idi. Elmə aid olmayan heç nə onun diqqətini çəkə bilməzdi. Hətta 1917-ci ilin məşhur oktyabr inqilabı günü işə sadəcə on dəqiqə gecikən köməkçisindən niyə gecikdiyinin soruşmuş, köməkçisi isə cavabında laboratoriyadan kənarda aləmin bir-birinə qarışdığını bildirirmişdir. Bunun qarşılığında Pavlov “ çöldə nə baş verirsə versin bizi maraqlandırmamalıdır,  biz sadəcə elmlə məşğul olmalıyıq”-cavabını vermişdir.

“Şərti refleks”

Pavlovu  bütün dünyada tanıdan itlər üzərində etdiyi klassik şərtlənmə təcrübələridir. Laboratoriyasında mədə üzərində təcrübələr apararkən Pavlovun diqqətini bir məqam çəkmişdi. Itlərin yemək gətirilərkən ayaq səslərini duyduğundan etibarən ağız suları axmağa başlayırdı. Bütün bunları müşahidə edən Pavlov təcrübəsini bu sahədə etməyi qərara alır və beləliklə də “Şərti refleks” təcrübəsinə başlayır.

Alim gizli və qaranlıq bir otaqda ac saxladığı itlərə eyni anda zəng səsini çalaraq yemək verir və beləcə onların ağız suyunu hesablayırdı. Bir müddət itlərə zəng səsindən sonra yemək verən alim daha sonra yemək verməyi dayandırır və sadəcə zəng səsi ilə kifayətlənir. Bu təcrübəsi ilə də Pavlov it üçün yeməklə zəng səsini eyniləşdirmiş və bütün dünyada onu məşhurlaşdıran şərti refleks anlayışının təməlini qoymuşdur. Elmə gətirdiyi bu yeniliyə görə alim 1904-cü ildə Nobel mükafatına layiq görülür.

“İkinci dünya müharibəsi və İvan Petroviç Pavlov”

Itlər üzərində ilk dəfə belə bir təcrübə keçən alimin o zamanlar ağlına belə gəlməzdi ki, bu elmi metod bir gün İkinci dünya müharibəsinin taleyinə əsaslı yön verəcək. İkinci dünya müharibəsində almanların çox təhlükəli bir hal aldığı ərəfədə yəni 1942-43-cü illərdə SSRİ-kəşfiyyatı onların qarşısın almaq üçün bir sıra üsullara əl atdı. Alimin onlara faydalı olacağından əmin olan SSRİ-i kəşfiyyatı Pavlova müraciət edir. Beləliklə də laboratoriyasından çıxmayan və fasiləsiz olaraq çalışan Pavlov razılıq verir.

İşə əvvəlcə yüz it üçün sığınacaq tikdirməklə başlayan alim bütün itləri ilk on gün ac saxlayır və ac itlərin refleksi üzərində öz təcrübəsinə başlayır. Onuncu günün sonunda ac itlər yavaş-yavaş əraziyə buraxılır. Hər birinin altında ət parçaları olan xüsusi tanklar itlərin olduğu əraziyə sürülür. Uzun müddət aclıq çəkən itlər tankların altına qaçıb oraya yerləşdirilən ət parçalarını yeyirlər.  Qarınları doyduqdan sonra itləri yenidən qəfəslərinə aparıb daha bir on gün də ac saxlayırlar. On günün sonunda yenidən bu xüsusi tanklar itlərin olduğu əraziyə gətirilir. Tankları yemək mənbəyi olaraq görən itlər bu dəfə də qaçıb ət parçalarını yeyirlər.

Pavlovun sınağı uğurlu alınmışdı. Bu təcrübədən sonra itləri Alman ordusunun olduğu döyüş meydanına buraxmaq olardı. Sovet ordusu Pavlovun bütün itlərinə bomba bağlayaraq onları alman tanklarının hərəkət etdiyi zonaya buraxır. Alman tanklarında ət olacağını düşünən itlər tanklara hücum edir, bu zaman SSRİ-kəşfiyatı uzaqdan idarə olunan bombanı işə salaraq itlərlə bərabər tankları da havaya uçurdurlar. Alimin bu sınağı nəticəsində xeyli alman ordusunun axırına çıxıldı. Bundan başqa alimin bu təcrübəsindən insan davranışlarını incələyən psixoloqlar da faydalandı. Özəlliklə də Carl Jung və William Sargant alimin bu təcrübələrindən təsirlənmişdir.

“Nəyə görə itlər”

Pavlovun nəyə görə təcrübələridə itlərdən faydalanması daima insanları maraqlandırmışdır. Alim bu mövzuda ona yönəldilən suala bu cür cavab vermişdir: “Əvvəlcə deməliyəm ki, heyvanlar arasında həzm sistemi insanınkına ən çox bənzəyən məməli itdir. Dovşanların cərrahi müdaxilələrə dözümlülüyü çox zəifdir. Donuzlar isə fizioloji təcrübələr üçün çox həssasdırlar. Bu səbəbləri nəzərə alaraq itlər üzərində təcrübəni seçdim”

“ Pavlovun təcrübələrindəki əsas məqsəd”

Bir müddət sonra alimin heyvanlar üzərindəki təcrübələrinin səbəbi daha da aydınlaşır. O,  heyvanların davranışlarını anlayaraq insanlarınkıları da öyrənə biləcəyini və onlardakı bir çox xoşagəlməz davranışları dəyişdirə biləcəyini düşünürdü. Alim bütün bu məqsədlərinə çatarsa insanların inkişafını surətləndirə biləcəyini bilinməyən hər şeyi isə bilinəbilən etməyi hədəfləyirdi. Reflekslər şərtlənmələrlə bağlı olduğu üçün şərtlənmələri dəyişdirərək refleksləri də dəyişdirə biləcəyinə qərar verər. Sirklərdəki heyvanların öyrədilməsinin təməlində də əslində şərtli reflekslər yatmaqdadır. Çünki heyvanların instinktləri onlara onlardan istəniləni edərlərsə mükafatlandırılacaqlarını deyir.

“Elm insandan onun bütün həyatını tələb edir”

Həkim, təbiətşünas, pedaqoq, ilk rus nobelçi, alim kimi fiziologiya elmini kökündən dəyişmiş, təbabət, psixologiya, pedaqogika və insan haqqında digər elmlərləri zənginləşdirmiş olan İvan Petroviç Pavlov 27 fevral 1936-cı ildə dünyasını dəyişdi. Elm vurğunu bu insan son nəfəsini verərkən belə keçmiş tələbələrindən biri olan nevropotoloq bir dostu ilə xəstəiyinin səbəblərini müzakirə etmişdir.

Pavlov sadəcə böyük fizioloq olmaqla kifayətlənməyib, həm də insanın inkişafında bir sıra strateji istiqamətlərin onun təhsil və tərbiyyəsi ilə bağlı vəzifələrini müəyyənləşdirmişdir. Bu günə qədər öz əhəmiyyətini itirməyən ideyaları ilə alim pedaqoqika və psixologiya elmlərinin hərtərəfli inkişafına əvəz olunmaz töhfələr vermişdir. Alimin qəbri üzərində bu sözlər yazılmışdır: “Yadda saxlayın elm insandan onun bütün həyatını tələb edir. Əgə sizin iki həyatınız olsa belə onlar elm üçün çatışmayacaq”

hazırladı: Ayşən Rizvan

volo.az

Comments

comments