Karikatura tarixindən

Bugün bütün dünyada istər sosial, siyasi istərsə də tənqidi və əyləncəli karikaturalar məşhurdur. Bu məqsədlə nəşr olunan jurnal və qəzetlər günümüzdə kifayət qədər çoxluq təşkil edir. “Karikatura” – sözü italyancadan tərcümədə “məna yüklənilmiş rəsm” anlamına gəlir. Bu ifadədəni  ilk dəfə İngilis həkim Sir Thomas Browneun 1716-cı ildə nəşr elədiyi “Christian Morals” kitabında istifadə etmişdir.download

Karikaturanın tarixi çox qədimlərə qədər gedib çıxır. Zamanla daşların, divarların, vazaların üzərinə çəkilən karikaturalar, kitablarda, qəzet və jurnallarda yayımlanmağa başladı. Pompey və Herculanın qazıntıları zamanı divar və vazalar üzərində müxtəlif karikatura rəsmlərinə aid nümunələr tapılmışdır.( şəkildə qədim Yunanıstanda siyasətçini təsvir edən karikatura nümunəsi görürürük)220px-Graffiti_politique_de_Pompei

Karikatura hər hansı bir insanın, ideyanin və ya bir hadisənin rəsm vasitəsilə gülünc, ironik və tənqidi şəkildə anladılmasıdır. Əksər hallarda siyasi məzmunlu olan karikaturalarda çox vaxt söhbət mövcud dəyərlər və ya siyasi münasibətlərə tənqidi əhatə edən satiranın şəkil formasından gedir.

Karikaturaların əsas özəlliyi anlaşıqlı və gülməli çizimlərlə bir hadisənin və ya insanın detallara varmadan, qısa, düşündürücü bir fikir vermək, bilərəkdən verilmiş hadisənin və ya şəxsin xarakterik cizgilərini şişirdilmiş və təhrif olunmuş formada təsvir edərək əldə edilən reallığın kontrastı və etirazı əsasında kənar şəxsləri düşünməyə vadar etmək,  əksər hallarda isə güldürməkdir. Karikatura rəsm sənətinin bir qoludur və bu işlə məşğul olanlara “karikaturaçı” deyirlər.

Ilk karikatura rəsmlərinin tarixi Antik dövrlərə qədər gedib çıxır. Qədim Misir papiruslarının Yunan vazalarının üzərində və ya Roma divar rəsmlərində qədim karikaturaların izlərinə rast gəlinir. Orta əsr kilsələrinin divarlarında və sütunlarında kitablarda satirik motivli şəkillər vardır. Lakin rəsmə mövzu olan insanların kimlikləri bilinmədiyi üçün Chamfleury o zaman çəkilən rəsmləri karikatura hesab eləmir və bu rəsmləri “Burlesk” ( fransızca Burlesgue adlanan bu anlayış teatrın bir növüdür) adlandırdı. .

Caricature-of-a-Man-with-Bushy-HairBilinən ən qədim karikaturalar Leonardo Da Vinçinin adı ilə bağlıdır. Da Vinçi insanları və onların qüsurlarını karikaturalar vasitəsi ilə diqqət çəkən bir şəkildə göstərmişdir. 16-cı əsrdə Karraci qardaşları da karikatura sənəti ilə məşğul olmuşlar. Ilk dəfə bu dövrdə insanları karikatura vasitəsi ilə həcv şəklində canlandırmağa başlamışlar. 16-cı əsrdə tanınmış karikaturaların birində kiçik əl arabasında mədəsini tutan və bir yandan da qusan bir insan təsvir olunmuşdur.

17-ci əsrdə Hollandiyada mənəvi-satirik qrafiklərə rast gəlinir. Bu sahədəki ilk sənətçilərdən biri də Gian Lorenzo Berninindir. O bir insanı üç-dörd çizimlə gülünc şəkildə təsvir etməsi ilə məşhurlaşmışdır.

Cəmiyyətlə bağlı karikaturaların inkişafı 18-ci əsrdə İngiltərədə baş verir.  Bu dövrdə siyasi mövzularda olan karikaturalar geniş yayılmıdı.  Xüsusilədə 18-ci əsrdə yaşamış İspaniyalı rəssam Goya (1476-1828), siyasi xarakterli karikaturaları ilə məşhurlaşmışdı. Eyni əsrdə yaşamış olan, İnglis rəssam William Hogarth (1967-1764) da,  əsərlərində karikaturaya geniş yer vermişdir.  O dövrdə karikatura sahəsində adları ən çox hallanan isimlər isə İngilis Thomas Rowlandson (1756-1827) və James Gillray( 1757-1815) idi.

Jurnalistikaya karikaturanı ilk dəfə Fransız rəssamı Charles Philipon gətirir. Charles Philipon hətta Parisdə “ La Caricature” adlı qəzet də nəşr eləməyə başladı.  Bundan sonra isə İnglislər və Almanlar qəzetlərdə karikaturalara geniş yer ayırmağa başladılar. Ingiltərədə nəşr olunan “Puch” qəzeti karikaturanın sürətlə yayılmasında böyük rol oynamışdır. Dünyada nəşr olunan ilk karikatura kitabı isə “A BooK OF Caricaturas” hesab olunur. Kitab 1762-ci ildə İngiltərədə yayımlanıb. Son zamanlarda beynəlxalq səviyyədə məşhur olan karikaturistlərə Fransadan Sempe, Ronald Searle, Guerin və Effeli İngiltərədə Sir David Loüw, Almaniyada isə P.Simmeli misal göstərmək olar.

er_komik_karikatürler_yeni_komik_karikaturler73_–_aşk_sözleri,_aşk_.Türkiyədə ilk karikatura Teodor Kasapın 1870-ci ildə çıxardığı “Diyojen” jurnalında yayımlanıb.  Bilinən ilk Türk karikaturisti Ali Fuat Beydir. Ən tanınmış türk karikaturaçılarına Abdülkadir Demirhindi, Abdülkadir Elçioğlu, Ahmet Yılmaz, Behiç Ak, Altan Erbulak, Oğuz Aral, Bahadır Baruter, Bedri Koraman,Semih Balcıoğlu,2000 Cemal Nadir Güler, Cengiz Üstün, Cihan Demirci, Dağıstan Çetinkaya, Erdil Yaşaroğlu, Faruk Bayraktar, Latif Demircini misal göstərmək olar.

Azərbaycanda karikatura nümunələrinə 19-cu əsrin ortalarında təsadüf edilir. Şərqdə ilk dəfə olaraq 1906-cı ildə aprelin 7-də Azərbaycanda “Molla Nəsrəddin” jurnalı çap olundu.  Azərbaycan xalqının ictimai və mədəni şüurunun ikişafında mühüm rol oynamış bu jurnalda müxtəlif karikaturalar yayımlanırdı. satirik jurnal olan Molla Nəsrəddində xüsusilə tənqidi siyasi irnoik karikaturalar yer alırdı. Karikaturalar məşhur Azərbaycan rəssamı Əzim Əzimzadəyə məxsus idi. Əzim Əzimzadə bir müddət jurnalın baş rəssamı olmuş və onun nəşrində fəal rol oynamışdır. Jurnalda Əzim Əzimzadə ilə yanaşı Qəzənfər Xalıqov İsmayıl Axundov Hüseyn Əliyev kimi digər karikaturçu rəssamlar da fəaliyyət göstərirdi. Milli karikatura sənətimizin inkişafında Tiflis Rəssamlıq Akademiyasının məzunu Xəlil Musayevin də böyük rolu olmuşdur. Molla Nəsrəddin Tiflisdə nəşr olunduğu müddətdə Xəlil Musayevin xeyli karikaturası jurnalda çap olunmuşdur.

Bugün Molla Nəsrəddin jurnalının ideyalarının davamçıları müxtəlif veb-saytlarda və sosial şəbəkələrdə eyniadlı səhifələr yaradır və jurnalın müxtəlif saylarındakı məqalələri və kraikaturaları oxucularla paylaşırlar.

Zənbur jurnalında çalışan Odessa Rəssamlıq Akademiyasının məzunu olan Bededikt Telinqatorun da milli karikaturamızın inkişafında əvəzolunmaz xidmətləri vardır.

Kirpi jurnalı isə karikatura sənətimizin inkişafına böyük təsir göstərmişdir. 1952-ci ildə nəşr olunan bu jurnalda Nəcəfqulu İsmayılov, Hüseyn Əliyev, Vsevold Ternavski, Ziya Kərimbəyli, Pyotor Şandin, Sadıq Şərifzadə,  Ələkbər Zeynalov, Arif Ələsgərov, Adil Quliyev kimi rəssamlar milli karikatura sənətimizin yeni nümunələrini çap etdilər.  Kirpi jurnalı sovet hakimiyyəti illərində öz cürətli çıxışları ilə cəmiyyətdəki nöqsan və problemləri əsasən karikaturalar vasitəsilə əks etdirirdi.

1950-60-cı illərdə Azərbaycanın görkəmli rəssamları M.Abdullayev ,T.Salahov, O.Sadıqzadə, K.Kazımzadə, A.Hacıyev, G.Mustafayeva və başqaları bu sahədə layiqli əsərlər yaradıb

1960-70-ci illərdə R.Qədimov, A.Ələsgərov, E.Abdullayev, F.Əliyev, M.İsmayılov, E.Avalov, M.Məmmədov və başqa rəssamların bu sahədə peşəkar işləri milli karikatura sənətimizi zənginləşdirməyə xidmət edib.

1980-90-cı illərdə Azərbaycan karikatura sənəti yeni müstəviyə çıxıb. Müasir dünya krikaturası ilə səslənən eyni zamanda milli-mənəvi köklərə bağlı olan karikaturaçıların beynəlxalq karikaturalara müsabiqələrində iştirakı və uğurları Y.Əsədov E. Mirzəyev H.Nəsiroğlu S.Cəfərli K.Abdin G.Əlizadə R. Şərif S.Soltanlı B.Hacızadə kimi rəssamların adı ilə bağlıdır.

2006-cı ildə ölkəmizdə Azərbaycan Karikaturaçılar Birliyinin orqanı olan “Biz və karikatura” jurnalı nəşr olunmağa başladı. Bu jurnalın məqsədi milli karikatura sənətimizi inkişaf etdirmək və karikaturaçı rəssamların öz sənətlərini nümayiş etdirmək üçün imkanlar yaratmaq idi. “Biz və karikatura” ölkəmizdə peşəkar rəssamlar üçün nəzərdə tutulmuş yeganə toplumdur. Jurnal “Molla Nəsrəddin”-in 100 illik yubileyi münasibəti ilə yaradılıb. Azərbaycn Karikaturaçı Rəssamlar İctimai Birliyi Dünya Karikatura Təşkilatları Federasiyasının üzvüdür.

Müasir Azərbaycan karikaturaçısı Gündüz Ağayevin ” Selfie” kariakaturası.

187751_1

Hazırladı: Ayşən Rizvan

volo.az

 

Comments

comments