“Etdiyin hər axmaq hərəkətin əvəzini ödəməli olursan” Edit Piaf

Fransanın ən məşhur hüzünlü və gözəl səslərindən birinə sahib olan Edith Piaf 19 dekabr 1915-ci ildə Parisdə dünyaya gəlmişdir. Atası Liuz Alfonz Qassion küçələrdə oyunbazlıq edən bir kəndirbaz, anası Annetta Covanni isə yarı əfqan, yarı italyan bir köçəri tayfadan idi. Atasının müharibədə olduğu zamanlarda anası tərəfindən alkaqolik nənə və babanın yanına qoyulan Editi çətinliklər uşaqlıq yaşlarından təqib etməyə başlamışdı. Müharibədən qayıtdıqdan sonra atası  Luiz Alfonz Qassion  Editi də özü ilə fahişəxanaya anasının yanına gətirir və Edit burada 3 il yaşayır.Edith-Piaf_2700431k Digər uşaqların valideyinləri fahişəxanada yaşayan uşaqla öz uşaqlarını eyni məktəbə göndərməkdə imtina etdikləri üçün Edit Piaf cəmi bir il məktəbə gedə bilmişdi.

Editin gözləri konyuktivitdən kor olan zaman fahişələr Editə qulluq edir, gözlərinin açılması üçün Müqəddəs Terezadan kömək istəyirlər. Kor olma təhlükəsindən qurtulan Edit bundan sonra hər çətinliyə düşdüyü zaman Müqəddəs Terezaya dua edir.

14 yaşından etibarən küçələrdə atası ilə gəzib mahnı oxuyan  Editin ən yaxşı bildiyi mahnı Fransanın milli himni olan Marselyoza idi. 16 yaşında Louis ilə tanış olub onunla yaşamağa başlayan Editi bu zaman ərəfəsində də yoxsul və ağrılı günlər gözləyirdi.  17 yaşında ilk və son dəfə ana olan Editin Marcelle adlı qızı doğulduqdan iki il sonra meningitdən dünyasın dəyişir. Qızının ölümündən sonra içki aludəçisinə çevrilir və içki düşkünü olur.

Atasının başqa bir qadından olan qızı Simone ilə Editin həyatı küçələrdə mahnı oxumaqla və ucuz barlarda keçir. Albert adlı sevgilisi onu bədənini satmağa məcbur edir. Bu çətin günlərdə Edit küçədə oxumağa və pul qazanmağa davam edirdi. Elə kaberinin sahibi Lui Leplenin Editi kəşf etməsi də bu zamana təsadüf edir. Lui Leple ilə tanışlığı Editin həyatının dönüş nöqtəsi adlandırmaq olar. Əsl adının Edith Giovanna Gassion olan Editə Piaf ləqəbini də elə həmin kaberin sahibi Lui Leple vermişdi.  Şəhər jarqonunda Piaf “sərçəcik” mənasına gəlirdi.  Edit ilk albomunu 1936-cı ildə çıxardır.images (1)

Atası kimi sevdiyi Lepleenin gözlənilmədən gerçəkləşən ölümü Editin şöhrətinə kölgə salır. Xalq və mətbuat bu cinayətdən Piafı təqsirkar bilir və müğənni verəcəyi konsertlərdə bu səbəblə çətinliklər yaşayır.

Editi kəşf edən Leplee olsa da, onu böyük səhnəyə çıxardan və məşhurlaşdıran Raymond Assondur. Tezliklə səhnədə parlamağa başlayan Edit 1936-cı ildə “Medrano” sirkinin səhnəsində Fransız estradasının Moris Şevalye, Mistangett, Mari Dübua kimi məşhur ulduzları ilə eyni səhnəni paylaşıb.

1950-ci illərdə ifa elədiyi “Hymne a Lamour”, “Padam…Padam”, “Sous Le Ciel De Paris”, “La Foule” və “Les Amants Dun Jour” mahnıları Piafı daha da məşhurlaşdırdı.  Editin mahnıları Fransada və dünyada ən çox dinlənilən mahnılar siyahısında yer alır və Edit dinləyicilər tərəfindən sevilməyə başlayır

Dövrünün peşəkar boks üzrə dünya çempionu olan Marsel Serdan ilə tanışlığını və onunla yaşadığı eşq macərası Editin həyatının ən maraqlı anları idi. Marselin evli və üç uşaq atası  olmasına baxmayaraq cütlük o dövrdə güclü eşq macerası yaşamışdır. Bu sevgi Marselin New-Yorkda təyyarə qəzasında həlak olmasına qədər davam edir. Təyyarəyə minməsi üçün sevglisinə təzyiq edən Piaf onun ölümündən sonra özünü təqsirkar bilir və dərin depresiyaya düşür. Həyatda ən çox sevdiyi insanı itirməsindən sonra Piaf ağrı kəsicilərdən, içkidən və morfindən aslı hala gəlir. 1962-ci ildə isə Piaf özündən iyirmi yaş kiçik Theo Sarapo ilə evlənir. Lakin o həyatının sonuna qədər Marseli sevgisin içində yaşadır.

1945-ci ildə yazdığı “ La Vie en Rose” mahnısı  Piafın ən məşhur mahnılarından biridir. Bu mahnını gecə qatarında ikən görüşlərinin birinin təsiri altında olduğu zaman yazan Edith onu ifa etmək üçün Mariann Mişelə təqdib edir.  Müğənninin sözlərinə görə bu mahnı da daxil olan valın tirajı 3 milyon nüsxə ilə satılıb. Piafın vizit kartına çevrilən bu mahnını daha sonralar Bing Krosbi və Luyi Armstrong da ifa etmişdi.

Edit Piaf hələ sağ ikən özü haqqında bioqrafik kitab hazırlayır. Sonralar kitaba ögey bacısı Simone  Berteaut öz əlavələrini edib. La Vie en rose adında Piaf haqqında iki film çəkilmişdir. Birincisi 1998-ci ildə Raquel Bittonun arxivindən faydalanaraq çəkilmiş sənədli film, ikincisi isə 2007-ci ildə Oliver Dahan tərəfindən  çəkilən Piafın bioqrafik filmi La Vie En Rosedir. Filmdə Edith Piafı canlandıran aktrisa Marion Kotillard ən yaxşı aktrisa nominasiyasına layiq görülür.  Bundan əlavə film 5 nominasiyada Sezar mükafatı da qazanır.

1963-cü ildə 48 yaşında ikən ağ ciyər xərçəngindən düynasını dəyişdiyi zamani Paris Katolik Kilsəsinin keşişi Editə dəfn mərasimi keçirilməsini rədd edir. Buna səbəb kimi də müğənninin əxlaqsız həyat tərzi keçirməsini göstərir. Buna baxmayaraq 100.000-dən çox fanatı Editin tabutunu əlləri üstündə Per-Laşez qəbirsanlığına aparırlar. Fransız müğənnisi Şarl Aznavurun Edit Piafın dəfn olunmasın belə xatırlayrdı.

“Mən ikinci dünya müharibəsindən bəri Parisdə bu qədər adamın bir yerə toplaşdığın görməmişdim”

hazırladı: Ayşən Rizvan

volo.az

Comments

comments