Azərbaycanda rok qrupların yaranması

1960-cı illərdə Azərbaycanda rok musiqisinə həvəs güclənmişdir. Gənclər bu dövrdə “Animals”, “The Beatles”, “Led Zeppilin” kimi qrupları dinləyir, məktəblərdə universitetlərdə rok qrupları yaradırdılar.

İlk dəfə Azərbaycan SSR Komsomolunun rəhbərliyinin səyi nəticəsində, şərti olaraq ideoloji xarakter daşıyan, məğzinə görə isə gənclərin əsl musiqi baxışını əks edən, müxtəlif festival və müsabiqələr keçirildi.  “Qızıl payız” bu müsabiqələrin arasında ən genişmiqyaslı müsabiqə hesab olunurdu.

1960-70 ci illərdə “Eksulap” , “Xürrəmilər” , “Rəng” , “ Üvet”, “Ekspress-118” kimi rok qruplar yaradıldı və gənclər tərəfindən bəyənildi. Bu qruplar o dövr üçün yenilik və fərqlilik demək idi, bu səbəbdən də gənclər tərəfindən bəyənilir və dinlənilirdi.

“Xürrəmilər” ( “Xurramiti”) qrupu Azərbaycan Dövlət Universiteti ( Xalq Təsərrüfatı İnstitutu) tərkibində yaradılmışdı. Qrupun üzvləri Rizvan Mehdiyev ( zərb aləti), Elxan (ritm gitara) ,Tariyel (bass gitara), Rafiq Rəsulov (solo gitara) və Cabbar ( bek-vokal)  olub.

Bir çox festivallarda iştirak edən qrupun əsas repertuarını  xarici mahnılar təşkil edirdi. Onlar o dövrdə, dünyada məşhur olan rok qruplarının ifalarını təkrarlayırdılar. “The Rolling Stones” qrupuna bənzəmək istəyən qrup iştirak elədikləri festivallarda ayaqyalın, cins şalvar və uzun saçla cıxırdı. Azərbaycan səhnəsi üçün yenilik hesab olunan bu addımlar sayəsində, qrupa böyük maraq və rəğbət qazanmışdı. Milli rokda ifa edən qrup ilk dəfə “ Bakı sabahın xeyir “ mahnısı ilə efirə çıxıb.

“Eskulap”- Qrup 1966 -cı ildə Azərbaycan Tibb Universitetinin tələbələrinin təşkilatçılığı ilə yaradılıb.  “Eskulap” qədim yunan və roma mifologiyasına görə “Şəfa tanrısı” hesab olunur.

Eldar Bağırov (vokal), Murad Vəzirov (vokal), Əli Babayev ( (piano), Cəbrayıl Məstanov ( solo gitara), Abbas Vəlibəyov ( bass gitara), Emin Seyidəliyev (zərb aləti), Mehdi Əliyev ( saksafon), Fuad Vəlibəyov (organ)  qrupun üzvləri idi. Qrup repertuarında həm xalq mahnılarına həm də xarici mahnılara yer ayırmışdı.

1970-ci ildə Azərbaycan Dövlət Universitetinin 51 illiyi münasibəti ilə təşkil olunan rok festivalında “Eskulap” ikinci, “Eksperiment Ok” qrupu isə birinci yerə layiq görüldü.  1971-ci ildə “Qızıl Payız” festivalının laureatı olan qrup üzvləri diplom və medella təltif edildi. 1972-ci ildə qrup fəaliyyətini sonlandırdı.

1970-ci illərdən etibarən qruplar qərb musiqisinin təsirindən çıxıb öz stillərini və musiqilərini yaratmağa başladılar.  Artıq qruplar xarici musiqini təqlid etmək yerinə, yeni fikir və hisslər ifadə edən əsərlər yaratmağa çalışırdılar.  Daha çox caz-roka üstünlük verən “Cürbəcür” (1970-ci ildə Cahangir Qarayevin rəhbərliyi ilə yaradılıb) ,“Üç alov” 1967-ci ildə Azərbaycan Neft-Kimya İnstitunun tərkibinə Çingiz Ədibin rəhbərliyi ilə yaranıb) bu qruplardan idi.

Azərbaycanda rok musiqisinin yaranmasında ən əsas rolu peşəkar qruplarla rəqabət aparan iki qrup- “Eksperiment OK”  və “Aşıqlar” qrupu oynayıb.

Eksperiment- OK -1960-70-ci illərdə fəaliyyət göstərən Azərbaycanın ilk profesional rok qrupudur. 1967-ci ildə Azər Kərimov, Mahmud Kərimov, Mark Vaynbrandt və Harri İşxanov, 20 saylı məktəbin 8-ci sinifində oxuyarkən rok qrupu yaradırlar. Məşq etmək üçün təchizatı olan yer axtaran qrup, mədəniyyət evinə gəlir və burada yeni qrup yaradan Oqtay Kazımov bu qrupuda yaratdığı qrupa əlavə edərək yeni bir qrup olan “Eksperiment-OK” qrupunu yaradır.

Qrup Mahmud Kərimov (ritm gitara), Azər Kərimov ( vocal və zərb alətləri), Mark Vaynbrand  (solo gitara), Harri İşxanov ( bass gitara), Eldar Mansurov,(piano), Elxan Şıxəliyev (saksafon), Natiq (truba), müğənnilər Eldar Axundov və Sofiya adlı qızdan ibarət olur.

Qrup bu üzvlərlə cəmi bir il fəaliyyət göstərir. Sonradan bəzi üzvlər qrupu tərk edir və Azər Kərimov, Mark Vaynbrad, Harri İşxanov, Oqtay Kazımovun başçılığı ilə  Tibb Universitetinin tərkibində fəaliyyətlərinə davam edirlər. Bir müddət sonra isə Azər Mehdiyev də Qrupa qoşulur və grup bu tərkiblə tanınıb sevilməyə başlayır.

Grupun vokalisti Azər Kərimovun sözlərinə görə Oqtay Kazımovun yeni bəstələdiyi mahnıları ilk dəfə bu qrupda səsləndirdiyinə görə qrupun adı da Oqtay Kazımovun eksperimenti adlandırılıb.

“Eksperiment –OK” 1976-cı ildə  “Qızıl Payız”, “Bizim Dağlar”, “Gəmi”  1981-ci ildə isə “Çoban-Bayatı”, “Qəriblik” və “Dağlar” mahnıları ilə televiziyada çıxış edir.

Daha sonralar Eldar Mansurov Estrada musiqisi ilə məşğulliyyətinə son qoyur. Mahmud Kərimov isə öz ixtisasına qayıdaraq təhsilinə davam edir. Mahmud Kərimov 2001-ci ildən 2013-cü ilədəl Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışmışdır.

28021_srcAşıqlar grupu – qrup özfəaliyyət məqsədilə yaranmışdı və həmin vaxt qrupun əksər üzvləri musiqi təhsili alırdılar. Qrup Elxan Şıxəliyev (saksafon), Rauf Bünyətov (zərb aləti), Hüseyn Hüseynov (saksafon), Eldar Şıxəliyev (gitara), Muxtar Yəhyayev (piano), Zaur (truba), Yura Zaqarulka (trombon), Albertdən (klavişnik)  ibarət idi.

Qrup 1973-cü ildə Vladimir İliç Ulyanov adına Mədəniyyət Evində keçirilən festivalda Respublikanın 100-ə yaxın qrup arasında birinci yerə layiq görülüb.  Bu onların “Aşıqlar” grupu adı altında iştirak etdikləri ilk festival olur.

1980-ci illərdə Bakıda dağılan qrupların yerinə ansambllar yaranır. Bu dövrdə rok musiqisini peşəkar kollektivlərdə eşitmək mümkün olurdu. Onların arasında ən yaddaqalan isə “Qaya” orkestri nəzdində yaradılmış “ Talisman” qrupu idi.  Qrup heyətinin və istiqamətinin sürətlə dəyişməsinə baxmayaraq “Talisman” Moskvadakı 12-ci Beynəlxalq gənclər və tələbələr festivalı çərçivəsində müvəffəqiyyətlə çıxış edir.

80-ci illərdə yaradılan qruplardan biri də “Yuxu”dur. Qrup 1988-ci ildə grupun bass-gitaristi İbrahim Emin tərəfindən Sumqayıt şəhərində yaradılıb. Qrup İbrahim Emin ( bass gitara), Cəsur Nemətov ( vokal), Namiq Nağdəliyev ( gitara), Çingiz Eyvazovdan (zərb alətləri) ibarət idi.

270_640Yuxunun  ilk çıxışı 1987-ci ildə Sumqayıt şəhərində “Kimyaçı” Mədəniyyət sarayında baş tutub. 1989-cu ildə keçirilən “Qızıl Payız” festivalında isə qalib olub.

Qızıl festivalda qrupu dinləyənlər arasında Fransadan gəlmiş bir menecer onları Fransaya dəvət etdi. Qrup Fransada həm konsertlər verəcək, həm də albom çıxaracaqdı. Onlar albom buraxmaq üçün öncə Türkiyəyə getdi və musiqi firmalarının birində ilk albomlarını buraxdı.

Qrupu Fransaya aparmaq üçün Türkiyəyə gələn menecer, burada albomu buraxan firma ilə razılıq əldə edir. Fransalı menecer qrupun Fransaya getməsi üçün əlindən gələni etsə də bu heç cür mümkün olmur. Çünki Azərbaycandan qrupa Fransada müvəqqəti yaşamaq üçün lazım olan icazə sənədləri verilmir. Bu səbəblə də qrup fəaliyyətinə Türkiyədə davam edir.

Zamanla Türkiyədə və Azərbaycanda rok sevərlər tərəfindən rəğbətlə qarşılanan “Yuxu” Türkiyədə baş verən zəlzələ səbəbi ilə fəaliyyətini sonlandırmaq məcburiyyətində qalıb. Bunun  da səbəbi zəlzələ zamanı qrupun çalışdığı firmanın maddi zərər görməsi idi.

1992-cı ildə “Coldünya” rok grupu yaradılır və Alim Qaımovla birgə Azərbaycan muğamını rok musiqisi ilə sintez edərək  qərb dünyasına yeni bir “rok stili” bəxş etdi.coldunya

Qrupun üzvləri Teymur Nadir (vokal piano), Rövşən Kərimov (gitara vocal), Samir Cəfaəli ( zərb aləti, sintezanorlar ), Aydın Hacıyevdən (bass gitara dodaq garmonikası) ibarət idi.

Coldünya- Qərbdən inglis və Şərqdən Azərbaycan musiqi mədəniyyətini birləşdirdi.  1996-ci ildə qrupun “Note Bene” adlı ilk albomu işıq üzü gördü. Grup ilk klipini “Sehrbaz” mahnısına çəkdi. 1996-cı ildə “Sehrbaz” BBC radiosundan ən yaxşı xarici hitlər onluğuna düşdü və iki həftə ərzində yeddinci yerdə durdu. 1997-ci ildə qrupun ikinci klipi “Aşiq və Aldadılmış” mahnısına çəkildi. 1991-ci ildə qrup Tiflisin Mərkəzi parkında 7000 nəfərlik auditoriya qarşısında çıxış etdi.

1999-cu ildə “Demo” albomu yazıldı və”Kaş ki biləydin” mahnısına klip çəkildi. 2002-ci ildə qrup 9 ay üzərində işlədikəri “Məktub” albmunu çıxardı. Qrupun dördüncü klipini “Aç balaca qanadlarını” mahnılarına çəkdi.

2003-cü ilin dekabr ayında bu işin yekunu yeni musiqi istiqaməti – rok – muğamın əsasını qoyan əfsanəvi “Oyanış” albomu oldu.

2008-ci il 7 fevrala qədər Bakıda “Coldünya” yeni “Əhatə Dairəsi Xaricində” albomu üzərində işləyir.

1998-ci ildə Təbriz şəhərində yaranan “Zeytoon” rok qrupu Azərbaycan xaricində yaradılan ilk rok qrupu olur. İran dövləti tərəfindən daim dağıdılma təhlükəsi olan qrup 2007-ci ilə qədər fəaliyyətini davam etdirə bilir.

2005-ci ildə qrup “ Laçın”, “Apardı Sellər Saranı”, “Sarı gəlin” mahnılarını rok janrında ifa etdikdən sonra isə qrupun dağıdıma təhlükəsi daha da artdı. 2007-ci ildə qrup İran qanunlarına zidd hesab olunduğu üçün dağıdıldı.

2001-ci ildə  Bakıda “Unformal” rok grupu yaradıldı. Rüstəm (gitaraçı) və Yevgeni (barabançı) bir neçə artist və musiqiçilərlə birgə otaq kirayəyə götürüb qrup yaratmaq istəyirlər. Bir müddət sonra isə qrupa ölkədə yeganə qadın bass gitara ifaçısı qoşulur.

Qrup 2001-ci ilin oktyabrnda “ B.İ.C.” prodüser mərkəzi tərəfindən təşkil edilən “Azərbaycan Rock Award Competition” mükafatının təqdimetmə mərasimində ilin ən yaxşı qrupu elan edilərək “Qızıl Aypara” mükafatına layiq görülür.

2004-cü ildə Sumqayıtda “Sirr” rok qrupu yaradıldı.  Qrupun əsası “Yuxu”-nun bassisti və əksər mahnılarının müəllifi olan İbrahim Emin tərəfindən qoyulub. İbrahim Emin 2003-cü ildə Türkiyədən qayıdan zaman milli musiqi anlayışı olan gitarist axtarışına başlayır və öncələri “Spark” qrupunda ifa edən Eldəniz Mirzoyevlə tanış olur. Bir müddət sonra isə “Spark” qrupunun daha bir üzvü olan Oqtay Abdullayev də onlara qoşulur.

“Sirr”- qrupu Oktay Abdullayev (vokal), Anar Əliyev ( gitara), Orxan Culfa ( gitara), Zaur Cavadov (bass-gitara), Cahangir Ağayevdən ( zərb aləti) ibarətdir. 2008-ci ildə qrupun ən uğurlu mahısı hesab olunan “Yaşamaq gözəldir” yazıldı. 2012-ci ildə isə “Yoruldum” mahnısına klip çəkilərək Azərbaycan rok dinləyicilərinə təqdim olundu.

hazırladı: Ayşən Rizvan

volo.az

Comments

comments