Yeraltı Ədəbiyyatı – düşünməkdən və danışmaqdan qorxub çəkindiyimiz mövzuları sərt bir şəkildə ifadə edir

Yeraltı ədəbiyyatında  insana və əxlaqa tərs hesab edilən hər şey təbliğ edilir və bütün “normallara” qarşı çıxılır. Yeraltı ədəbiyyatı yazarları öz əsərlərində  ironika, cinsəllik, alkoqolizm və söyüşlərdən istifadə edərək standartlıqdan qaçırlar, düşünməkdən və danışmaqdan qorxub çəkindiyimiz mövzuları sərt bir şəkildə ifadə edirlər.  Ədəbiyyatın bu qolu 19-cu əsrin ortaları, 20-ci əsrin əvvəllərində meydana gəlmiş hesab edilsə də əslində kökləri daha qədimlərə Marguis De Sadeyə gedib çıxır.

Dünya ədəbiyyatının ən mübahisəli simalarından biri hesab olunan Sade 1740-1814 cü illərdə yaşamış Fransız aristokrat və fəlsəfə yazarıdır. Yazılarında erotik hekayələrə və pornoqrafiya geniş yer ayırması onu bugünə qədər ən müzakirə edilən yazarlar siyahısında saxlayır.

Yazdıqları səbəbindən ömrünün 29 ilini həbsxanada, 13 ilini isə ruhi dispanserdə keçirən Sade ən önəmli əsəri hesab edilən “Sodomun 120 günü”-nu də elə həbsxanada yazmışdır. download (2)Sade əxlaqı qanunları, dini diqqətə almadan, ifrat azadlığı, hətta əxlaqsızlığı dünyada ən böyük gerçək və zövq hesab edirdi.

Insan təbiətinin qaranlıq tərəflərini araşdıran Sade, hələ 18-ci əsrdə deyirdi ki, insanın davranışları onun instinktləri, gizli arzuları, seksual istəkləri ilə bağlıdır. Fransız şairi Giyom Apollinein “ Sadenin ideyaları 20-ci əsrdə dominant olacaq” fikri özünü doğrultdu və psixoanalizin banisi hesab edilən məşhur psixoanalist Sigmund Freyd, insan davranışlarının əsas tənzimləyicisinin təhtəlşüurdakı istəklərlə əlaqəli olduğunu elmi nöqteyi-nəzərdən təsdiqlədi.

Sade əsərlərində əxlaqi məhdudiyyətlərə və doğmalıq hisslərinə qarşı çıxırdı. O, insanın təbiətini, ondakı vəhşiliyi şər saymırdı, əxlaq, din, hüquqla sərhədlənməyən tam azadlığının tərəfdarı, ənənəvi əxlaq normalarının önə cıxmasına qarşı idi. Sadeye görə əsl cinayət insanın öz təbiətinə qarşı gəlməsi, özünə sərhəd cəkməsidir.

Marrguez de Sade ömrünün sonuna qədər din anlayışına qarşı çıxdı, bütün dinləri mövhumat və mənasızlıq adlandırdı. Onun fikrincə, din insanı əsarəti altına almışdır, elə buna görədə insanlar dinlərə etiraz eləməli və öz təbiətlərinin vəhşi səsini dinləməlidir.

Seksual zorakılıqlara görə həbs olunan Sade elədiklərinin cinayət olmadığını bildirirdi. “Tanrı bizə bu təbiəti veribsə biz də ona əməl etməliyik. Mən pozğunam ancaq cinayətkar deyiləm”

Sadın əsərləri uzun müddət qadağan edilmiş və Fransada bütün külliyatının çapına yalnız keçən əsrin 60-cı illərində icazə verilmişdir. Marguez De Sade  bugünə qədər bir çox yazara ilham qaynağı olmuşdur. Onlardan ən məşhuru yeraltı ədəbiyyatı deyilincə ağıllara ilk gələn isimlərdən biri də Amerikalı yazıçı və şair Charles Bukowskidir.

1920-ci ildə Almaniyada dünyaya gələn Bukowski əsərlərinin bəzisini Henry Chinaski adı ilə yazmışdır.  O, əsərlərində cəmiyyət xarici insanları və depressiyasını mövzu götürməsi və alkoqolimə yaxın bir həyat tərzini izah etməsiylə tanınır.  Uşaqlıqda atası tərəfindən şiddətə məruz qalan yazarın uşaqlıq illəri səssiz və içinəqapanıq keçmişdiri. Ibtidai məktəb illərindən etibarən qorxusuz olan Bukovski məktəb müəlliminə “sevişək” dediyini etiraf etmişdir.

Yeraltı ədəbiyyatının əsas özəlliklərindən biri olan anti-qəhrəman yaratmaq işini Bukovski müvəffəqiyyətlə bacarmışdı.  Əsərlərində söyüşlərə, jarqolara geniş yer ayıran Bukovski kitablarını küçə danışıq tərzində qələmə almış və qəribə bir şəkildə oxucular tərəfindən bəyənilib yeraltı ədəbiyyatının ən önəmli simasına çevrilmişdir.

Bukovskinin şer və əhvalatlarından ibarət cəmi 45 kitabı var. Ən məşhur kitabı “Qadınlar” romanıdır.tumblr_n1040eZFg21rsyg73o1_500 Kitabda 55 yaşlı əyyaş yazıçı özünün də daim vurğuladığı iyrənc, sallaq qarnı olan və çox pis geyinən Henry Chinaskidən və onun həyatında oan qadınlardan danışılır. Yataq səhnələrinə geiş yer ayrılan kitab demək olar küçə dilində yazılmışdır. Yarı bioqrafik olan bu kitabın üz qabığındakı şəkli yazar özü çəkmişdir.

Yeraltı ədəbiyyatının yerüstü kralı adlandırılan Chuck Palahniuk 1962-ci ildə dünyaya gəlmişdir. images (3)Satirik nihilist kimi tanınan Palahniuk əsərlərində istehlakçı cəmiyyəti onun dəyərlərini, şöhrətpərəstliyini, mediyanı və siyasəti yerdən- yerə vurur.  Ilk romanı olan “Görünməzlər” kitabı biyabırçı adlandırılaraq nəşrindən imtina edilmişdir.

Daha sonra “Döyüşçü klubunu” yazan Palahniuk elə bu kitablada bütün dünyada tanınmağa başladı. Bəzi mənbələrə görə Palahniuk bu romanı yay düşərgəsində iştirak etdiyi bir əlbəyaxa döyüşdən sonra yazmışdır. images“Xöşbəxtlik” sorağında adlı hekayələr toplusunda kiçik hekayə kimi ilk dəfə işıq üzü görən “Döyüşçü klubu” haqqında sonradan yazıçının planları daha da böyüyür və üzərində işləyərək çap etdirməyə qərar verir. Kitabda  istehlakçı cəmiyyətin və Amerika mədəniyyətinin qurbanına çevrilmiş qəhrəman  bütün bunlarla mübarizə aparmaq üçün radikal psixoterapiya yolunu seçir və gizli döyüşçü klubu yaradır. 1999-cu ildə David Fincher tərəfindən  kitab əsasında eyniadlı film çəkilmiş və böyük uğur qazanmışdır.

hazirladı: Ayşən Rizvan

volo.az

Comments

comments