Qotik tərzin memarlıq, ədəbiyyat və incəsənətdə ifadəsi

Qotika (it.gotica)- german qəbiləsi qotların adından götürülmüşdür. Özünəməxsus özəlliyi olan Gotik sənəti 12-ci əsrin ikinci yarısında Romanesk sənətinin dəyişməsi ilə Latın sənətinə bir reaksiya olaraq ortaya çıxıb. Bu anlayış memarlıqdan tutmuş rəsm sahəsində, musiqidən tutmuş ədəbiyyatda hətta bəzək və gündəlik əşyalarda da özünü göstərmişdir. Bu tərzdən ilk dəfə memarlıqda istifadə olunmuşdur.

“Qotik memarlıq”

Qotik memarlığı Qərbi Avropa ölkələrinin bir çoxuda yayılmış 12-13-cü əsr memarlıq üslubudur.  Bu üslub Orta Əsrlər Avropa İncəsənətinin ən son mərhələsidir. imagesGotik memarlıqdan ilk dəfə Fransızların istifadə etdiyi bilinsə də əslində Fransızlarla birlikdə Avropanın bir çox yerlərində bu tərzdən istifadə olunmuşdur. Bütün qərb və xristian ölkələrinə yayılan Qotik memarlığını hər ölkə öz zövqünə görə dəyişdirirdi. Lakin memarlıq deyilərkən ilk ağla gələn ölkələrdən biri olan İtaliyada Qotik memarlığı özünü yetəri qədər göstərməmişdir.  Qotik memarlığı 16-cı əsrə qədər Avropanın quzeyində ikişaf mərhələsi keçmişdir.

Qotik memarının başlıca əsəri kilsələrdir. 13-cü əsrdə insanlar böyük həyəcanla kilsələr yaratmağa və onları bəzəməyə vaxt ayırırdı. Bu memarlığın ən önəmli nümunələri Parisdəki “Notre Dame Kilsəsi” “Chartres Kilsəsi”, “Reims Kilsəsi” və “Strasbourg Kilsəsi”, Danimarkada “Roskilde Kilsəsi”, İngiltərədə “Salisbury Kilsəsi” İtaliyada isə “Milano Kilsəsi”-dır.

Qərbi Avropada bu üslubdan ən çox dini binaların inşasında istifadə olunmuşdur. “Fransadakı Saint Denis Manastrı” ilə “Papalar Sarayı” və “Batalhar Manastrı” bu üslubda yaradılmış ilk memarlıq abidələri hesab olunur.

Memarlığın bu üslubu çatma günbəzləri olan daş karkasın səciyyəvi konstruktiv sistemi ilə, daş üzərində naxışların, heykəllərin bölgüsü və rəngli şəbəkələrin istifadəsi ilə xarakterizə olur. Divarlar yonulmuş daşlardan deyil kərpicdən kəsilir pəncərələr qoyulur və onlar vitraj texnikası ilə bəzədilirdi. 15-ci əsrin sonunda qotika üslubu tədricən aradan çıxır və sənət aləmində yeni mərhələlər başlayır.

“Qotik musiqi”

Ilk başlarda kilisələrdə dini məqsədlə istifadə olunan Qotik musiqi daha sonralar ayrıca bir musiqi növü olaraq ortaya çıxmışdır. Kilsədən başlayaraq xalq arasında yayılmağa başlayan bu musiqi 70-ci illərin sonu 80-ci illərin əvvəllərindən başlayaraq punk metal kimi musiqinin başqa növlərində istifadə olunmağa başlamış bugün isə dark metal black metal hətta power metal ilə qarışdırıla bilən musiqi axımı halın almışdır.

Adını da elə sənətin bu növündən alan “Qotik metal” əsasən qaranlıq olması ölüm və ya ölümsüzlüyü vampirizm kimi mövzuları ilə ilə tanınır. Qaranlıq ifadəsi burada “dərin, depressiv, romantik tutqulu ” mənasına gəlir. “Paradise lost” “Celtic Forest” “My Duing Bride” “Anathema” “Type o Negative” “Gathering” grupları Qotik musiqisini öndəgələn grupları hesab olunur. Hətta “Paradise lost” qrupunun ikinci albomları da “Gotik” adlanır.Paradise-Lost-band-intervista-2012-570x379 Qotik musiqinin öndəgələn qruplarından olan “Anathema” mahnılarında həyatın mənasızlığını və intihar mövzularını işləyərkən “Paradise Lost” qrupu depressiv tərəfini hər zaman ön plana çıxarmışdır.

Qotik musiqi Qotik ədəbiyyatdan  bəhrələnmişdir. Özəlliklə də Cadaveria, Cradle Of Filth, Moonspell, Theatres des Vampires və Xandria kimi gotik metal gruplar gotik ədəbiyyatının qorxu və romantizmindən təsirlənmişlər.709db0c396b540c29cb25eccce0c2423

Digər metal qrupları ilə müqayisədə Qotik metal gruplarında qadın vokalistlərə daha geniş yer ayrılır. Tristania, Nightwish, Within Temptation, Lacuna Coil, Lacrimosa və başqa grupları buna missal gətirmək olar.

“Gotik ədəbiyyat”

Ədəbiyyata ilk dəfə gotik qavramını18-ci əsrdə Horace Walpole gətirmişdir. Onun 1764-cü ildə yazdığı “Otranto Qalası” adlı kitabı Qotik ədəbiyyatın ilk nümunəsi hesab olunur. Bu əsər daha sonralar Villiam Beckfordun 1786-cı ildə yazdığı “Vathek” , 1974-cü ildə yazılan “The Mysteries of Udolpho” , Ann Radcliffenin 1796-cı ildə yazdığı “The İtalian” və “Matthev Levisin 1797-ci ildə yazdığı “The Monk” romanlarına ilham qaynağı olur.

Le Fanunun “Carmilla” adlı əsəri isə qotik -romantik ədəbiyyatın ən yaxşı nümunələrindəndir. “Carmilla” ilk qadın vampir olaraq ədəbiyyatta yeni bir cığır açmış və “Vampirella” kimi əsərlərin yaradılmasına təsir etmişdir.  Bundan başqa Carmilla həm də lezbiyan bir obraz olaraq diqqət çəkmiş ilk vampir romanıdır.

Qotik ədəbiyyat deyilərkən ağla gələn bir başqa isim isə Ann Radcliffedir. Ann Radcliffe insan yalnızlığını və müasir yaşam tərzini əsərlərində mükəmməl bir şəkildə dilə gətirmişdir. Yazarın “Siciliyada bir eşq hekayəsi” əsəri 18-ci əsrdə yazılmış və günümüzdə klassik gotik ədəbiyyatının ən bilinən örnəkləri sırasına daxil edilmişdir.

Müasir dövrdə isə Qotik ədəbiyyatının ən görkəmli siması Edgar Allen Poe-dir. 76652-004-60D7B595Poenin əsərləri bugün də sadəcə Amerikada deyil, dünyanın dörd bir tərəfindən oxucuların marağına səbəb olur. Hətta qorxu janrının ustalarından olan Stephen King əsərlərini qələmə alarkən Poedən təsirləndiyini açıq-aydın dilə gətirmişdir.

Poenin ən bilinən hekayəsi “Qara pişik”dir. Bu əsər yazıçını digər bir əsəri olan “Döyən ürək”lə bənzərlik təşkil edir. Hər iki qəhrəmanın psixi durumu şübhə doğurur. Bundan başqa içki aludəçisi olan Poe bu hekayəsində alkoqolizmi ağır şəkildə tənqid edir. “Qara pişik” hekayəsinin əsasında 1934 və 1941-ci il tarixlərində iki film çəkilmişdir.  1981-ci ildə Luiso Fulci 1990-cı ildə isə Dario Argento Qarapişik hekayəsinin motivlər əsasında qorxu filmləri çəkdilər.

Bundan başqa şair dramaturg naşir və ədəbi tənqidçi olan Poenin “Anabel Li” ,“Ru Morj küçəsində qətl”, “Zıngırovlar”, “Xanım Ligeya”, “Lenor” “Quzğun” və s. əsərləri bugündə Qotik ədəiyyatı heyranlarının ən çox müraciət etdiyi əsərlərdir.

“Qotik geyim vəz aksesuarları”

l_cfcc7c5e8a334da98c2baefa164661be1970-80-ci illərdən etibarən “Qotik moda” tərzi dəbə düşdü. Orta əsrləri mistik egzotik qarışıq yönlərini ön plana çıxardan bu dəb ağır metalın aqressiv havasını və rokun qaranlıq və melanxolik tərzini özündə birləşdirirdi. Qotik geyimlərdə qara rənglərdən istifadə olunur digər rənglərə isə ya çox az yada heç yer verilmir. Bu geyimlər ən çox dəridən və tüldən hazırlanır.

Ağır diqqət çəkən və böyük ölçülü aksesuarlardan istifadə olunur. Böyük və nəzərə çarpan üzüklər, zəncirlər və pirsinglər Qotik stilin ən nəzərə çarpan əzəllikləridir.

Qotiklərin makiyajları da özlərinə məxsus şəkildə edilir.  Bu dəbi sevənlər ən çox qara göz makyajına, tünd rəngli dodaq boyalarına müraciət edir, saçlarını isə əksər hallarda qırmızı və qara rənglərdə boyadırlar.

hazırladı: Ayşən Rizvan

volo.az

Comments

comments