“Beat” cərəyanı- ABŞ sonra isə bütün dünyaya səs salan ən məhşur hərəkat

“Beat” cərəyanı-  Kolumbiya Universitetinin tələbə dairəsində formalaşmağa başlamışdır. Bu cərəyan 1940-cı illərdə Böyük böhrandan sonra Nyu Yorkdakı Kolumbiya Universitetində  bir grup gənc Amerikanı gəzməyə başlayır və getdikləri yerlərə yeni insanlarla tanış olurlar. Onlar adı hələ qoyulmasa da sistemə, ənənəyə və həyat tərzlərinə müxalif kiçik bir cəmiyyət qururlar. Bu qruplar əsasən Denver və San Fransiskoda toplaşırdılar. Beləliklə də “Beat” cərəyanı (özəlliklə də ədəbiyyat sahəsində) ortaya çıxır. “Beat” yersiz, yurtsuz, başıboş, bezgin, emosional mənalarına gəlir. “Beat cərəyanı” termini ədəbiyyata gətirmiş John  Kerouac isə bu termini “220px-GO_Scribners_1952Beatific” yəni müqəddəs mənasında işlətmişdir.

“Beat” ədəbiyyatının ilk romanı John Clellon Holmesin yazdığı “Go” kitabı sayılır.  Lakin bu kitab oxucular tərəfindən yaxşı qarşılanmamış və heç bir hərəkat başlatmamışdır. Beş il sonra isə Jack Kerouacın “On the road” kitabı yayımlanmış və “Beat” ədəbiyyatının ən önəmli romanı olaraq tarixə keçmişdir. Bu səbəbdən də “Beat” cərəyanı deyərkən ilk ağla gələn isim John Keroucdur. Kerouacın bütün kitablarının avtobiografik olduğu deyilir. Ilk kitabı olan “The Town and the city” 1950-ci ildə “John Kerouac” imzası ilə nəşr edilmişdir. Müəllifini heç gözlənilməyən halda məşhur edən “On The Road” kitabı 1951-ci ildə yazılsa da 6 il sonra nəşr edildi. Bu biografik romanında yazar 20-ci əsrin ortalarında Amerika Birləşmiş Ştatlarında çıxdığı səyahət zamanı başına gələn hadisələrdən və mühitinindən bəhs edir.

Bu cərəyanın ən rəngli yazarlarından biri də William S.Burroughsdur. Yazar 1951-ci ildə Meksika səyahətindəykən “Giyom Tell”in bir səhnəsini canlandırmaq istəmiş və səhvən ikinci həyat yoldaşı Joanı vurmuşdu. Bu hadisədən sonra Burroughs Güney Amerikaya səyahət  etmiş, orada yeni yazıları üçün araşdırmalar aparmışdı. “The Black Rider” adlı əsərində yazar bu hadisələrdən bəhs etmişdir. Burroughsun Naked Lunch adlı əsəri əsasında eyniadlı film də çəkilmişdi.

Allen Ginsberg Beat cərəyanının ən önəmli şairi olaraq tanınır. Ginsberg Columbia Universitetində oxuduğu illərdə Jack Kerouac  William S. Burroughs və Neal Cassady ilə tanış olmuşdur. Neal Cassady ilə tanışlığından bəhs edən, Jack Kerouacın”On The Road” romanında, Allen Ginsbergdən, Neal və Jack ilə tanışlığından və münasibətlərindən bəhs edilir. Ginsbergin 1956-cı ildə yazdığı “Howl” şeri “Beat” ədəbiyyatı cərəyanının manifestosu hesab olunur. Şerdə bir çox mövzulara toxunan Ginsberg şerin bir neçə bəndini Carol Solomn a həsr etmişdir.

John Keruacın “Yolda”(On the Road, 1956), Allen Ginsbergin “İnilti” (Howl, 1956) William Berrozun “Çılpaq səhər yeməyi” (Naked Lunc 1959) əsərləri “Beat” ədəbiyyatının ən bilinən nümunələrindəndir.

1960-cı illərdə Beat cərəyanı Amerikan gənclərinə ilham qaynağı olmuş, musiqidən kinoya, şerdən romana hər sahədə təsirini göstərməyə başlamışdı. 60-cı illərin məşhur musiqiçiləri də, bu cərəyandan təsirlənmişdir. The Doors, Bob Dylen, The Rolling Stones, The Beatles, Pink Floyd downloadkimi gruplar öz eksperimental işləri ilə “Beat”  cərəyanının ənənə dağıdıcı-müxalif xarakterinin musiqidəki nümayəndələri oldular. Bundan başqa, mülkiyyətsizlik-aidiyyətsizlik kimi dəyərləri mənimsəyən Hippilər də “Beat” cərəyanından təsirlənmişlər. Onların məhşur “Make love, not war!” ( Savaşmayın, sevişin!) sloqanı da Vyetnam müharibəsinə qarşı etirazları zamanı ilk dəfə səslənmişdi.  “Beat” cərəyanı nümayəndələri meditasiya və Buddanı dadownload (1) Amerikada tanıtdılar. Amerikadakı 1968-ci il gənclik hərəkatı da etiraz praktikasında  “Beat” cərəyanının rəftarına yaxın bir duruş sərgiləyirdi.

Beat cərəyanının yazarları və şairləri üçün ədəbiyyat hərəkət halında yolda yaradılan bir şey idi. “Yol”-un bu cərəyan nümayəndələri üçün belə önəm daşımasının səbəbləri var. Onlardan biri də “Yol”un sonu gəlməyən bir axtarışın simvolu olmasıdır. “Beat” cərəyanının fəlsəfi özü olan Zen dinamik meditasiya yöntəmləri ilə bu axtarış üzərinə quruludur. Bu axtarış “Beat” cərəyanını Quzey Afrikaya, İstanbula, Parisə və dünyanın bir çox yerlərinə apardı.

Bundan başqa Gary Snyder, Neal Caddady, Lawrence Ferlinghetti, Gregory Corso, Philip Whalen, Lew Welch,Diane Di Prima, Joanne Kyger ve Peter Orlovskyu da bu cərəyanın öndə gələn adlardandır.

hazırladı: Ayşən Rizvan

volo.az

Comments

comments