“Əgər film sənəti bir insanla ölçülmüş olsaydı bu əlbəttə ki Yasujiro Ozu olardı” Vim Vendersin (Yapon kino rejissoru)

Özündən sonra gələn rejissorlara ilham qaynağı olmuş Yaponiyanın ən güclü rejissorlarından hesab olunan Yasujiro Ozunun özünəməxsus minimalist bir üslubu vardır. Kamerasını demək olar ki, hərəkət etdirmədən filmlər çəkən rejisorun əksər filmləri ağ-qaradır və çəkilişdə üstünlük verdiyi texnika kameranın sabit duruşu və obrazların və hadisələrin sabit kaerada cərəyan etməsidir. Rejissor əllidən çox film çəkmişdir və əksər filmlərində eyni aktyor və aktrisalara rol vermişdir. Noriko üçləməsində rejissor ikinci dünya müharibəsindən sonra Yaponiyada dəyişən adət-ənələrin ailə içərisindəki təsirlərindən və qərbləşməyə meylliliyindən bəhs edir. Sadə insanların sadə həyatlarını realist bir şəkildə gözlər önünə sərən rejissorun “Noriko üçləməsi “Gec gələn bahar” (1949) “Erkən gələn yaz” (1951) və “Tokio hekayəsi” adlı bölümlərdən ibarətdir.

“Gec gələn bahar”

Ozu üçləmənin ilk filmi olan “Gec gələn bahar”-ı yazar Kazuo Hrotsunun “Ata və qız”adlı əsəri əsasında 1949-cu ildə ekranlaşdırmışdır. Filmin baş rolu olan Nariko obrazını Ozunun 52 filmində rol almış Chishu Ryu canlandırmışdır.

Noriko 28 yaşında evlilik yaşına gəlmiş ailəsi və ətrafındakı digər insanlar tərəfindən evlənildirməyə çalışılan bir obrazdır. Bir qadın evliliklə bağlı Norikoya bu msləhətləri verir: “Kişilər alçaqdır. Hamısı hiyləgərdir. Evlənmədən əvvəl yaxşı cəhətlərini göstərirlər, səni əldə etdikdən sonra isə bütün alçaqlıqları ortaya çıxır. Sevgi evliliyi qursan belə, sonunun necə olacağını əsla bilə bilməzsən”

Atasını çox sevən və onunla xöşbəxt olduğunu deyən Noriko qarşılığında atasından bu sözləri eşidir: “mən ömrümün sonlarına yaxınlaşdım. Biri ilə ailə qur və mənə verdiyin sevgini ona yönləndir. Evlilik xöşbəxtlik gətirməyə bilər, bu düşüncələrlə ailə qurmaq yalnışdır. Xöşbəxtlik gəlməsini gözləyəcəyin bir şey deyil. Ancaq cəhd göstərsən onu əldə edə bilərsən.” Ətrafının da basqısı ilə görüşdüyü ikinci adamla evlənmə qərarı alan Noriko bu qərarını gerçəkləşdirir.

 “Erkən gələn yaz”

İki il fasilədən sonra rejisor üçləməsinin ikinci filmi olan Erkən gələn yaz filmini çəkir. Film Norikonun yaşının soruşulması ilə başlayır. Burada da ilk filmdə olduğu kimi Norikoya artıq evlilik yaşının gəldiyi deyilir. Lakin bu filmdə ilk filmdən fərqli olaraq Noriko ailə qurmaq istəsə də ailəsi onun evliliyinə soyuq yanaşır. Ilk filmdə Noriko evlənəcəyi adamı atasının seçməsin istəsə də ikinci film olan “Erkən gələn yaz”-da Noriko bu seçimi özü etmək istəyir. Lakin müdiri və atası Norikoya, müdirinin 40 yaşlı universitet yoldaşı ilə evlənməsi üçün təkid edirlər.

“Tokio hekayəsi”

Üçləmənin son filmi olan “Tokio hekayəsi”ndə kiçik bir kənddən Tokio kimi böyük şəhərə uşaqlarını görməyə gələn valideyinlərin hekayəsindən bəhs edilir. Böyük həyəcan və gözləntilərlə Tokioya gələn yaşlı cütlüyün bu səfərləri heç də onların arzularındakı kimi olmur. tokyo-story-3Böyük şəhərdə yaşayan uşaqları və ailələri tamamilə adət-ənənələri unutmuş yaşam tərzlərini dəyişdirmişdir. Rejisor bütün dövrlərin ən yaxşı filmlərindən biri hesab olunan bu filmində böyüklərə hörmətdən tutmuş uşa təlim-tərbiyyəsinə qədər dəyişən ailə adətlərini sadə və axıcı şəkildə izləyicisinə çatdırır.

Həkim olan böyük oğulları onları gəzməyə çıxarmaq istəsə də iş səbəbi ilə bu planını həyata keçirə bilmir. Qızları isə gözəllik salonunda çalışır və zamanının qısıtlı olduğunu bildirərək valideyinləri ilə vaxt keçirməkdən imtina edir.  Yaşlı cütlüyün müharibə zamanı itirdikləri oğullarının dul qalmış arvadı isə onlarla çox yaxından maraqlanır. Keçmiş gəlinləri olan Noriko öz uşaqlarından fərqli olaraq onlarla ən yaxşı şəkildə davranır. Yaşlı cütlüyü evində qonaq edən onları şəhəri gəzdirən Noriko hələ də ölmüş ərinə sadiq şəkildə yaşamaqdadır. Lakin cütlük keçmiş gəlinlərinin özünə yenidən həyat qura biləcəyini ailə qurması lazım gəldiyini bildirər. “Oğlum öldüyündən bu yana səkkiz il keçib, ancaq sən hələ də onun şəkillərini saxlayırsan. Sənin üçün üzülürəm. Atanla bu haqda tez-tez danışırıq. əgər qarşına evlənmək üçün münasib biri çıxsa mütləq bunu dəyərləndir. Sənin yenidən evlənməməyinə çox üzülürük”-deyə yaşlı qadın keçmiş gəlinlərinə deyir.

Yaşlı cütlük  Tokiodan xəyal qırıqlığı ilə ayrılırlar və yolda yaşlı qadın xəstələnir. Kəndlərinə çatdıqda qadın dünyasını dəyişsə də yenə uşaqlar işlərini bəhanə edərək cənazəsindən sonra evlərinə qayıdarlar.  Evdəki ən balaca qızları və ataları ilə maraqlanmaq üçün sadəcə Noriko qalır. Yaşlı ata Tokiodakı gəzinti və qonaqpərvərlik üçün Norikoya yenidən təşəkkür edir və orada ən gözəl zamanı onunla keçirdiklərin dilə gətirər. Norikoya bu bölümdə də evlilik yeganə çıxış yolu olaraq təqdim edilir. Əvvəlki filmlərdən fərqli olaraq burada Norikoya evliliyin vacib olmasını öz ailəsindən biri deyil, qan bağı olmayan keçmiş qohumları təkidlə deyir.

hazırladı: Ayşən Rizvan

volo.az

Comments

comments