“Bir evlilikdən mənzərələr”

İsveçli kino və teatr rejissoru, yazıçısı və ssenaristi Bergmanı, insanın təkliyini, müxtəlif səbəblərlə çəkdiyi ruhi ağrıları, cinsi problemlərindən qaynaqlanan filmlərindən tanıyırıq. “Smultronstallet”, “The seventh seal”, “Persona”, “ Höstsonaten”, “Alexander Fanny” və başqa filmləri ilə tanıdığımız rejissor kino sahəsində özünəməxsus yer tutmuşdur.

Bergman “Scenes from a Marrriage”  filmində Marianne və Johanın on illik evlilik həyatlarını gözlər önünə sərir. Qadın və kişi münasibətlərini bütün çılpaqlıqları ilə incələyən rejissor bu film haqqında “üç aya yazdım, dörd aya çəkdim, amma bütün bir ömrün təcrübələrindən faydalandım”demişdi. Altı bölümdən ibarət olan filmin ilk bölümü “Məsumluq və Təşviş” adlanır.

“Məsumluq və Təşviş”

Bu bölümdə aşiq olaraq deyil deyil, əksinə, yaşadıqları uğursuz sevgi macəralarının onlarda buraxdığı yaraları sağaltmaq üçün məntiqi bir evlilik quraraq bir-birlərinə sığınan iki insan qarşımıza çıxır. Cütlüyün bir televizor programına verdikləri müsahibə ilə başlayan filmdə Marianne özünü sadəcə Johanın həyat yoldaşı olaraq təqdim edə bilir. Həyatı boyu başqalarını düşünərək və xöşbəxt etməyə çalışaraq yaşamışdır Marianne. Evlilikləri boyunca bütün vəzifələrini layiqincə yerinə yetirməyə çalışmış həyat yoldaşına kiçik bir xöşbəxtlik yaşatmaq üçün əlindən gələni əsirgəməmişdir. Marieanne bütün bunları edərkən öz istəklərini, öz həyatını arxa plana atmış və kimliyini unutmuş vəziyyətə gəlmişdir.

Johan isə Marieannenin əksinə olaraq özündən əmin istəkləri doğrultusuna yaşayan bir adamdır. Reportaj zamanı özü haqqında geniş məlumat verən və özünəvurğunluq nümayiş etdirən bu adam hətta izləyicinin qıcıqlanmasına da səbəb olur.

Film boyunca başlıqda xoşbəxt ailə tablosu kimi tamaşaçıya təqdim edilən bu cütlüyün evlilik həyatlarının əslində göründüyü kimi olmadığı ortaya çıxır. İkili əslində ailələri və çevrələrindəki insanlara göstərişli bir evlilik oyunu oynayıblar. Ailə dostları ilə şam yeməyi yeyən cütlüyün yemək əsnasında istifadə elədikləri “hörmət” kəliməsi əslində münasibətlərindəki qeyri-səmimilikdən xəbər verir.

On il müddətində hər bazar günü səhər yeməyini ailəsi ilə yeyən Marieanne bu adətdən iyrənmək halına gəlmişdir. Johannla bu barədə danışan və istəklərini bölüşən Marieanne zəng edərək ailəsinə bu bazar onları gözləməmələrini bildirir. Bu onun evliliyi vəzifə olaraq görüb istəmədiyi şeyləri etmək məcburiyyətindən qurtulub üsyan etməsində başlanğıc idi.

Paula

Bu bölümdə Johan Paula adlı bir qadına aşiq olduğunu və ayrılmaq istədiyini bildirir. Marianne isə eşitdiklərinin qarşısında təəccüb və həyəcan duyaraq Johana ayrılmamaları üçün yalvarışlara başlayır. Evliliklərində nəyin çatışmamasınıdan tutmuş  öz yalnışlarını müzakirəyə açaraq hər şeyi  sorğulayır və yenidən başlamağın mümkünlüyündən danışan Marieannenin bütün cəhdlərinə baxmayaraq Johan boşanma fikrindən daşınmır. Bütün evliliklər boyu daima fədakar davranan, anlayış göstərən Marieannenin bütün bu cəhdləri evliliklərinin bitməsinə əngəl ola bilmir.

Gözyaşı vadisi

Johan və tamaşaçının qiyabi olaraq tanıdığı sevgilisi Paulanın Parisə getməsindən bir il keçir. Marieanne və Johan münasibətlərini və qızları haqqında danışmaq üçün bir araya gəlirlər. Marieanne artıq Johana olan asılılığından qurtulmuş, baş verənləri qəbul etmiş və öz yolunu tutmuşdur. Johanın isə gözləntiləri özünü doğrultmamış, heç nə istədiyi və planladığı kimi getməmişdir. Paula ilə münasibətləri bitmək üzərədir iş yerində gecələyir və yalnış qərarlarından dolayı peşmanlıq hissləri keçirir. Bütün bunları böyük bir həyəcan içərisində keçmiş arvadına danışan  Johanla Marianne arasında bu bölümdə münasibətlər yenidən istiləşir.

Cahillər

Bu bölüm iplərin qopduğu və ikilinin bütün gerçəkliyi ilə nifrətlərini bir-birlərinə bildirdikləri bölümdür. Marieanna bu bölümdə uzun müddət özünü və varlığını sorğuladıqdan sonra yenidən yaranmış olaraq qarşımıza çıxır. Bütün özgüvənini itirmiş Johan isə peşmanlıq içində qıvrılmaqdadır.

Gecəyarısı qaranlıq evdə

Son bölümdə artıq boşanmaları gerçəkləşmiş cütlüyün hər ikisinin də başqa evliliklər etdiyini görürür. Bu bölümdə keçmiş bir dost kimi hər kəsdən xəbərsiz bir tətilə çıxan cütlük gəncliklərində gəldikləri bir evə gəlirlər.

Rejissor digər filmlərində olduğu kimi bu filmində də möhtəşəm dialoqları ilə diqqət çəkmiş kişi və qadın münasibətlərini geniş şəkildə sorğulamışdır. Rejissora əbəs yerə “İsveçin dünyaya hədiyyəsi” deyilməmişdir. Rejissorun filmlərinin ən önəmli xüsusiyyətlərindən biri  də nümayişdən uzaq sadə bir izahatdan istifadə etməsi və əksəriyyəti dəyişməyən oyunçu heyətidir. Belə ki Bergman əksər filmlərində Herriet Andersson, İngrid Tu-lin, Liv Ullmann, Bibi Andersson, Maks von Sidovv kimi İsveç kinosunun irəlidə gedən aktyorları ilə çalışmışdır.

Filmlərinə çox az rejissorun yükləyə biləcəyi qədər məna yükləməyi bacaran Bergman özündən sonra gələn gənc rejissorlar üçün məktəb rolunu oynamışdır.

Hazırladı : Ayşən Rizvan

Volo.az

 

 

 

Comments

comments