Zoolatriya

Zoolatriya və ya Animalizm ( yunanca “ zoon- heyvan” və “laterna- xidmət etmə”) heyvanlara pərəstiş etmə ilə bağlı olan ayin və inamlardır. Zoolatriyanın kökləri, ən qədim dövrün ibtidai ovçularının onun müvəffəqiyyətli nəticələnməsini istəməsi və öz həyatlarının yırtıcıheyvanlardan qorunması üçün sehrli vasitələrə əl atmaları ilə bağlıdır. ( Palertik mağaralarda olan rəsmlər buna sübutdur) Zoolatriyanın mənbələri çox hallarda totemizmlə bağlıdır. Onun ən çox tarixi və etnoqrafik nümunələri Şimali Asiyada və Şimali Amerikada ( ayıya pərəstiş), Cənubi və Cənub-Şərqi Asiyada ( pələngə pərəstiş), Afrikada ( bəbirə pərəstiş), orta əsr Avropasında ( canavara pərəstiş) vardır. Zoolatriya ən çox Qədim Misirdə inkişaf etmişdir və burada o, totemik mənşəli idi: hər bir qəbilə öz hamisi olan heyvana pərəstiş edirdi. Bəzi ölkələrdə zoolatriya bu günə qədər də özünü göstərir. ( məsələn, Hindistanda inəyə, ilana, meymuna pərəstiş)

Volo.az

Comments

comments