Dalai Lama və 10 qızıl qayda

 

“Mənim sadəcə inancım budur” deyir Dalai Lama. “Nə məbəd, nə də kompleks fəlsəfələr. Beynimiz və ürəyimiz məbədimiz, şəfqətimiz isə fəlsəfəmizdir. Bütün dünyanın təqdir etdiyi seçilmiş kəslərdən yalnız bir dənəsi. Və baxın nələr deyir;

1. Dalai Lama deyir ki: “Böyük eşqlər və böyük müvəffəqiyyətlər böyük risklər ehtiva edər.”

Yüksək performanslı kəslər əslində ortaq bəzi xüsusiyyətlər daşıyarlar. Müvəffəqiyyətə bağlanıblar, etdikləri işə ehtirasla bağlıdırlar, hədəfləri müəyyəndir və başqalarına nəzərən daha çox risk ala bilərlər. Ağıllıca risk ala bilmək müvəffəqiyyətin açarıdır.

2. Dalai Lama deyir ki: “İtirdiyinizdə, dərs almağı unutmayın”

Səhv etmək insana məxsusdur. Etdiyiniz, ya da qarşılaşdığınız səhvlərə qarşı necə davrandığınız nə qədər ağıllı olduğunuzun dəlilidir. Çünki xətalardan alınacaq dərslər ilə eyni səhv təkrarlanmaz. Buna görə səhvlər ən yaxşı müəllimlərdir.

3. Dalai Lama deyir ki: “Səhvinizin fərqinə vardığınızda onu düzəltmək üçün dərhal hərəkətə keçin.”

Edilən bir səhvin fərqinə varılmamasını, ya da özbaşına düzəlməsini gözləmək kimi bir xətaya düşməyin. Düzəlməyəcək. Nə qədər erkən hərəkət etsəniz o qədər az stress yaşayar, problemin böyüməsini önləyərsiniz.

4. Dalai Lama deyir ki: “Hər gün bir az tək zaman keçirin”

Bəzi günlər bir saatınızı xoşunuza gələn bir şeylərə ayırın. Nə etdiyiniz fərqi yoxdur, xoşunuza gələn bir şey olsun. Bu tip şeylər enerjinizi və konsentrasiyanızı artırmanızı təmin edər. Ayrıca hər gün 20 dəqiqə səssiz bir otaqda oturun. Darıxdırıcı gəlsə də bir müddət sonra rahatladığınızı görəcəksiniz.

5. Dalai Lama deyir ki: “Səssizliyin bəzən ən yaxşı cavab olduğunu xatırlayın.”

Düşünərək danışmaq bir ərdəmdir. İnsan beyni eyni anda yüzlərlə düşüncəni dilinizin ucuna gətirə bilər lakin bunların çoxunun deyilməsi lazım deyil. Siyasətçilərə, alverçilərə diqqət yetirin. Qarşıdurmanı tələb etməyəcək qədər az və öz danışmaq kifayətdir. Buna görə bir şey söyləmədən əvvəl söylədiyiniz sözün necə bir təsir yaradacağını düşünün və lazımdırsa susun.

6. Dalai Lama deyir ki: “Məlumatı paylaşmaq ölümsüzlüyü bacarmağı gətirər.”

“Əgər bir şey öyrənmək istəyirsinizsə, paylaşın” deyirdi bir sözdə. Bir fikri qəbul etdirmənin, mənimsətmənin yolu paylaşmaqdan keçər. Başqalarının nə bildiyini öyrənməyə vaxt xərcləyəcəyinizə, nə bildiyinizi öyrənməyə vaxt ayırın. Mütəxəssisi ola biləcəyiniz bir mövzu tapın özünüzə. Əgər bu mövzu sevdiyiniz bir şeydirsə, öyrənməniz və anlamanız asanlaşacaq.

7. Dalai Lama deyir ki: “Dəyişməyə açıq olun, amma sizə dəyər qatmayacaq dəyişməyə deyil.”

Bizi biz edən şeylər vardır. Bizim üçün əhəmiyyətli olan və ona zaman ayırdığımız şeylər. Zamanınızı ayırdığınızda əldə etdiyiniz dəyər götürdüyünüz nəticələri təyin edər. Bu eyni zamanda sizində motivasiya qaynağınızdır.

8. Dalai Lama deyir ki: “Bəzən çox istədiyiniz bir şeyi əldə edə bilməmək ən böyük şansdır”

Bir şey diləyərkən diqqət yetir, ya reallaşsa deyə düşünmək lazımdır. Bəzən istədiyimiz şeyləri əldə edə bilməmək alternativləri görməmizi təmin edər.

9. Dalai Lama deyir ki: “Evinizdəki dinclik mühiti həyatınızın təməli olmalıdır.”

Ən pis vəziyyətinizdə sizə kömək əli uzadacaq olanlar ailənizdir. Ailə dincliyinizi və həyatınızı hər şeyin önünə qoymanız çox əhəmiyyətlidir. Həyat sizi hara itələsə itələsin, əgər evinizdə dinclik varsa ailəniz həmişə yanınızda olacaq və sizə dəstək verəcək. Bəzən pulu ya da başqa şeyləri hər şeyin önünə qoyma xətasına düşməyək.

10. Dalai Lama deyir ki: “Dünya ilə barışıq olun.” Dünyamız çox kövrəkdir və barışa çox ehtiyacı var.

Hər şey bir-biri ilə əlaqəlidir. Kimin başına pis bir şey gəlsə başqalarınında başına pis bir şey gələ bilər. Hər kəs öz həyatını şəkilləndirər və necə şəkilləndirərsə digərlərinidə eyni şəkildə təsir edər.

Hazırladı: Ziya Balıyev

 Volo.az

Comments

comments