Nihilizm

Latıncadan Nihil-“heç nə”– sözündən yaranmışdır  və ” heçlik” “yoxluq” mənasına gəlir. Nihilizm insan mövcudluğunun dərk olunmasının, ümumi qəbul edilmiş əxlaq və mədəni dəyərlərin inkarında, özünü biruzə verən dünyagörüşüdür.

Nihilizm, əsasən 19 –cu əsrin ortalarında Rusiyada intellektual gənclərin arasında yayılmışdır. Əvvəllər yeni bir düzən qurmaq üçün, mövcud düzəni tamamilə ləğv eləmək istəyən bu hərəkat, sonradan, hər türlü düzəni rəddedən, cəmiyyəti və sosyal qurumları, fərd üzərində bütün basqıları rədd edən bir görüş halın almışdır. Hər şeyin dəyərdən və mənadan yoxul olduğunu müdafiə edən nihilizm, tanrının və iradənin varlığını, eləcədə, bilginin imkanını, əxlaq qaydalarını və tarixi qəbul etmir. Nihilizm təməldə Estatizmin bütün formalarını yadırğayaraq, fayda verməyi və elmi müdafiə edər. İctimai elmləri və klassik fəlsəfəni isə bütünlüklə rədd edər. İnsanın bədən və ruhdan ibarət  dualist bir quruluşu olduğunu rədd etdiyi üçün nihilism dinlərində təzyiqinə məruz qalmışdır..

Yunan filozofu Gorgiasa nihilizmin ilk təmsilçilərindən biri hesab olunur. Georgiosa görə, heç bir şey mövcud deyildir. Hər kəsin, dəqiqliklə var deyə biləcəyi bir anlayış mövcud deyildir və olada bilməz və hər kəs tərəfindən, yekdilliklə qəbul edilən bir anlayış olsa belə, bu bilinə bilməz.

İllər sonra, 1869-cu ildə, Darvinin ən böyük dəstəkçisi T.H.  Huxley öz inancını barədə “bilinməzlik”olaraq tanımlamışdır. Yunan filozoflarından, Protogoros ,“ tanrıların ne var olduqlarını, nə var olmadıqlarını, nə də varsalar nəyə bənzədiklərini bilirəm” deyərək aqnostik bir yanaşma irəli sürür. Agnostisizm tanrının varlığının “bilinməz”olduğu fikrini müdafiə edir. Dinlərin tanrıdan gəlmədiyini və tanrıdan gələn dinləridə rədd etdiyin ancaq başqa bir tanrınında var olub olmadığının heç bir zaman bilinməyəcəyini deyər.

  Thomas Hardya görə, yaşama məna verəcək bir tanrı yoxdur, insan dünyada yalnızdır. Dünyada yaşayan digər canlılardan, nə daha yaxşı, nə daha pisdir. Dünya nə sadisttir, nədə yardimsevər, ikisinin arası bir şey.

Sofistlər varlığın bilinməyəcəyi şəklindəki düşüncələrini, dil və hissiyat problemləri ilə əlaqələndirirlər. Onlara görə, düşüncələrimizi ötürmək üçün istifadə etdiyimiz simvollardan ibarət olan dil, güvənli deyildir. İnsanlar arasında dil vasitəsilə qurulan əlaqə mütləq deyil, nisbidir. Hiss və qavrayışa söykənən biliklərdə nisbidir. Bu halda onlara görə varlıqlar üzərində ortaq bir mənada olmayacaqdır.

Nihilizm sözünü ilk dəfə termin kimi Fridrix Yakobi istifadə eləmişdir.  Fridrix Yakobidən sonra isə daha geniş araşdırmaları danimarkalı filozof Soren Kierkegaard aparmışdır. Rusiyada isə ilk dəfə Nikolay Nadejdin “nihilist yığıncağı” məqaləsində istifadə edilmişdir. Nihilizm ən çox Friedrich Nietzsche, Ludwig Andreas Feuerbach, Max Stirner, Albert Camus, Arthur  Schopenhauer, Jean Paul Sartre, Herbert Spencer tərəfindən qəbul olunmuşdur.

Ədəbiyyatda ilk nihilist obraz, İvan Turgenevin 1862-ci ildə yazdığı “Atalar və oğullar” romanının baş qəhrəmanı Bazarovdur. Nihilis düşüncələri ilə diqqət çəkən Bazarovun əslində söylədikləri ilə əməlləri və hissləri üst-üstə düşmür.  Bütün dəyərləri rədd etdiyini və heç bir şeye inanmadığını deyən Bazarov Anna adlı dul bir qadına aşiq olur. Bununlada Turgenev nihlizmin insan təbiətinə uyğun olmadığı mesajını verir. Tibb təhsili almış Bazarov qurbağaların anatomiyası ilə maraqlanır təbiəti incələyir məntiqli çıxışlar edir ancaq məntiqi belə inkar edir

“Məntiq nəyimizə lazımdır? Biz məntiqsizdə yaşaya bilərik…Ac olduğumuz zaman  bir tikə çörək yemək üçün məntiqə ehtiyacımız yoxdur”

Atalar və oğullar kitabında gənc nəsillə, yaşlı nəslin fikir ziddiyyətinə, ağır şəkildə diqqət çəkən  və Bazarovun nihilist düşüncələri səbəbi ilə, təzyiqlərə məruz qalan Turgenev, kitabının nəşrindən sonra ölkəsini tərk edib, avropaya köcmüçdür.

Nihilizm deyərkən ağıla ilk gələn isimlərdən biridə alman filozofu Friedrich Nietzschedir. Nietzsche Schopenhauerin nihilist fəlsəfəsi ilə yola çıxmışdır.  O yanlış nihilizmi yaşayanları kitablarında tez-tez pessimistlər deyə adlandırırdı. Nietzsche nihilizmin əsasını formalaşdırarkən bunun aşıla biləcəyinə də toxunmuşdur.  Nietzscheye görə nihilizm üstinsana gedən yol üzərində aşılması lazım olan körpüdür.

Grenyer “güc istənci” adlı kitabında Nietzschenin Nihilizmi sonuna qədər yaşadığını və aşdığını demişdir. Nietzsche nihilizmin aşılması lazım olduğunu müadfiə edirdi. Nihilizmi necə aşmaq olar sualına filozofun cavabı bu cür idi:- “biz təbiətdəki bütün əxlaqı rədd etmirik əxlaqın ümumbəşəri olduğu anlayışını rədd edirik və bir əxlaq qaydasını rədd və ya qəbul edərkən onun inkişafa dəstək olması və maneə törətməsi müəyyən edilməlidir.

Qeyd edək ki, Nihilizmin  fəlsəfi, mereologik, metafizik, epistemologik və mənəvi növləri vardır.

Hazırladı : Ayşən Məmmədova

volo.az

Comments

comments

2 comments

Comments are closed.