“Drumduan” məktəbi

“Burada qiymətləndirmə və yaxud heç bir test yoxdur. Şagirdlər sənət və praktikayla öyrədilir. Hər biri xöşbəxtdir. Inana bilmirəm, xöşbəxt və həyəcanlıyam” – bu sözləri “the Guardian” qəzetinə müsahibə verərkən, məşhur aktrisa Tilda Swinton deyib.

Söhbət  56 yaşlı oskarlı aktrisanın açdığı qeyri-adi məktəbdən gedir. Əkiz uşaqlar anası olan Swift övladlarının təhsillərini davam etdirməsi üçün, test sistemləri, uşaqları stresə salacaq imtahanlar və qiymətləndirmə aparılan məktəblərdən hansınısa  qətiyyətlə istəmirdi. Aktrisanın istədiyi tamamən fərqli yeni və qeyri-adi bir təhsil idi. O, əzbərləyib qiymət almadan, təcrübə keçərək və birlikdə çalışaraq uşaqları stresə salmayacaq bir məktəb istəyirdi.

Uzun arayışdan sonra Swinton istədiyi məktəbi tapa bilmir və beləliklə yaxın dostu ilə birlikdə məktəb açmaq qərarına gəlir. “Drumduan” məktəbinin yaradılması beləcə baş verir. Aktrisanın açdığı bu fərqli məktəb həqiqətən də digər məktəblərdən fəqrli və maraqlıdır. Burada dərs zamanı şagirdlər əsasən təcrübələr keçərək hər düşüncələrinı rahatca dilə gətirmə haqqlarına sahib olaraq təhsil alırlar, bildiymiz qısıtlamaların heç birisi bu məktəbə aid edilmir, hətta uşaqlar parta arxasında sırayla oturmama haqqlarına da sahibdirər. Bundan əlavə Drumduanda əl qabiliyyəti, incəsənətin hansısa bir növü də önəm daşıyır. Drumduan məktəbinin şagirdləri, əzbərləyib qiymətləndirilmədən, hər  imtahan ərəfəsində stress yaşamadan, tam tərsinə maraqlı zaman keçirərək, sərbəst bir şəkildə öyrənir, təcrübələr keçir, müşahidələr aparırlar. Burada təhsil alan uşaqların 14-18 yaşları var.  Aktrisanın Xavier və Honor adlı övladlarının da təhsil aldığı bu məktəbin cəmi  17 şagirdi var.

Aktrisa müsahibəsində onu da bildirib ki, qeyri-adi olan məktəbinin, ömrünün uzun olmayacağı söyləntiləri gəzirdi, lakin o, “məktəbimiz müfəttişlər tərəfindən müsbət qiymətləndirilib” deyərək əlavə edir.  Belə ki, Drumduanda təhsil alan şagirdlərin özgüvənli, ağıllı və əzimli olmaları bildirilib. Məktəbi ilə böyük həvəslə maraqlanan Swift, uşaqlarının xöşbəxt olduqlarını da deyir.

Tilda Swinton 1960-cı ildı noyabrın 5 də İngiltərədə dünyaya gəlib. Ilk təhsilini şahzadə Diananın da oxuduğu yatılı məktəblərin birində alıb. Daha sonra Cambridge universitetinə qəbul olan aktrisa, 1983-cü ildə buradan məzun olur. Lakin, daha sonra teatr təhsili almaq istəyərək “Royal Shekespare Company”-da təhsil alır.

1985-ci ildə rejisor  Derek Jarmanla çalışmaqla aktrisalığa başlayan Swift, ilk rolunu 1986-cı ildə “Caravaggio”-da aldı. Beləliklə kariyerasındə yüksəlməyə başlayan aktrisa, ikinci filmini də, eyni rejisorun  1987 ci ildə çəkdiyi “Aria” filmində oynadı.  Daha sonra 1988-ci ildə “The lost of england”,  1990 cı ildə “The Garden”,  1991 də “”Edward 2” və 1993 də “Wittgenstein” də rol aldı.

Aktrisanı dünyaya tanıdan filmi isə, 1992-ci ildə Solly Potterin “Orlando” adlı filmi oldu. Virginia Woolfun eyni adlı kitabına çəkilən filmində aktrisa Orlando rolunda çıxış etmişdır.

Məşhur aktyor Leonardo Di Caprio ilə “The Beach” filmində rol olan aktrisa daha sonralar tanınan və sevilən aktrisalardan birinə çevrildi. Qeyd edək ki,  56 yaşlı aktrisa aktyor John Byrne ilə evlidir və iki övladı var.

The Guardian

Hazırladı: Ayşən Rizvan

3

1

 

 

 

 

 

 

 

Comments

comments