Anoreksiya

Nevrotik anoreksiya gənc xanımlarda (15-25 yaş arası) qoyulan və psixoloji pozuntu hesab edilən xəstəlik növüdür. Nevrotik anoreksiyaların müalicəsində ən ciddi problemlərdən biri  xəstənin müalicəyə ehtiyacı olmasını qəbul etməməsidir.  Xəstəliyin əsas səbəbi, xanımların daha zərif və incə görünmə istəyidir. Bu məqsədlə xanımlar qidalarını azaldır, həddindən artıq idmanla məşğul olur, daha sonra isə ifrata vararaq maye itirmək üçün  sidikqovuculardan, süni qusma və ishal yaratma kimi vasitələrdən istifadə edirlər. Zamanla bu cür xanımlarda iştahsızlıq və qidalanma fobiası yaranır.

“Victoria Secret”in məşhur modellərindən olan Jessica Hart, məşhur stilist Rachel Zoe, Amerikalı aktrisa Tara Reid, müğənni Nicole Riche və başqalarını anoreksiya xəstəliyinə yaxalanmış məşhurlara nümunə kimi göstərmək olar.

Comments

comments