Analitik fəlsəfə

Analitik fəlsəfə (Analytic philosophy) 20-ci əsrdə ənənəvi düşüncə sistemlərini  rədd edərək qurulan və 2-ci Dünya müharibəsindən sonra, İngiltərə, ABD və bəzi Skandinaviya ölkələrində yayılaraq, fəlsəfənin əsl məqsədinin dil və dildəki qavramları açmaq olduğunu, bu yolla “fikir qarışıqlığı” yaradan ənənəvi fəlsəfə məsələlərini asanlaşdıracağını düşünən fəlsəfə axınıdır. Analitik fəlsəfəyə Analiz, Oksford fəlsəfəsi, Məntiq fəlsəfəsi, Linqivistik analiz və Kambric Analiz Məktəbi də deyilir.

Analitik fəlsəfə Pozitivzmin 20-ci əsrdə  müasir forma almış şəklidir.  Neopozitivizim ya da məntiq pozitivizmi olaraq da tanınan bu anlayışa görə, fəlsəfənin əsl məqsədi dildir.  Analitik fəlsəfənin qurucuları G.E.Moore və Bertrand Russel hesab olunur. Hər iki filosof da Ludwig Wittgenstein, Rudolf Carnap, Kurt Gödel, Karl Popper, Hans Rechenbach ,Herbert Feig,l Otto Neurath və Carl Hempel kimi alimlərdən təsirlənmişlər.

Bu yanaşmaya  görə fəlsəfədə ortaya çıxan problemlərdən biri qeyri-səlis məntiqi nəticələr digəri fərqli mənaları olan sözlərin bi-birinə qarışdırılmasıdır. Hegel mənşəli “Mütləq Gerçəklik” anlayışına və idealizm sintezinə qarşı çıxan Analitik fəlsəfə, biliklərlə bağlı anlayışların, linqvistik cəhətdən analiz edilməsi  və fəlsəfədə qarışıq və mürəkkəb mənalı və ya anlayışların, hətta yanlış qurulan sualların təhlili ilə məşğul olur. Bu fəlsəfəyə görə elmə əsaslanan bilgi doğru bilgidir.Biir bilginin doğru olub olmadığını anlamaq üçün də bilgini analiz etmək lazımdır.  Bu məqsədlə elministifadə etdiyi mülahizələrin quruluşu incələnir. Bu da dil analizidir.

Bu fəlsəfənin əsas problemi, düşünülə bilən və düşünülə bilinməyəni tapmaq və fəlsəfəni cəfəng problemlərdən təmizləmək idi. Bir qisim fiosoflar hesab edirdi ki, fəlsəfəni təmizləmək və həqiqi fəlsəfə dili yaratmaq üçün sağlam fikirdən istifadə olunmalıdır. Digər qisim filosoflar isə əksinə ideal dil yaradılmalı olduğunu müdafiə edirdilər.

Analitik fəlsəfənin formalaşmasında Ludwig Wittgenstein yaradıcılığı mühüm təsir göstərmişdir. O, yaradıcılığının birinci dönəmində “dilin analizi gerçəyin analizidir” deyərək ideal dilin tərəfdarı olmuşdur. Ludwig Wittgenstein deyirdi ki, dil ilə ifadə edilə bilinməyən şeylər əsla bilinə bilməz.

Wittgenstein də Kant kimi düşüncənin sərhədlərini müəyyənləşdirməyə çalışırdı. Ancaq Kantdan fərqli olaraq o, bunu birbaşa yox, dolayı yolla edirdi, yəni, dilin sərhədlərini müəyyənləşdirməklə. O, düşünürdü ki, düşüncə dil əsasında formalaşır, deməli, dilin sərhədlərini müəyyən etmək, düsünülə bilənlə, düşünülə bilməyən arasında, demarkasiya xəttini tapmaqla, düşüncənin də sərhədlərini tapmaq olar və bununla da bütün fəlsəfi problemlərə aydınlıq gəlmiş olar. Wittgensteinə görə, dil mülahizələrin cəmindən meydana gəlir və mülahizələr də onun atomar mülahizə (elementar) olaraq adlandırdığı mülahizələrdən meydana gəlirlər. Mürəkkəb bir quruluşa sahib olan atomar mülahizələr isə adların cəmidir. Adlarsa dilin ən son ünsürüdür. Buna müqabil olaraq dünya faktların cəmindən meydana gəlir və faktlar obyektiv vəziyyətlərin cəmidir. Mürəkkəb quruluşa sahib obyektiv vəziyyətlə isə obyektlərin cəmidir. Obyektlər, dünyanın ən son ünsürü yəni substansiyasıdır. Ona görə mülahizə həqiqətin təsviridir. O halda həqiqətin özü yox, həqiqətin təsviri oaraq mülahizələrin içində iştirak etməli olduğu sahə dünya deyil məntiqdir.  Wittgenstein mülahizələri üç yerə bölürdü:

  1. Dünya haqqında mülahizələr ( sintetik)
  2. Məntiqi mülahizələr ( analitik)
  3. Metafizik mülahizələr

O, deyilə bilməyən, düşünülməyən, ancaq özünü göstərəni mistik olan adlandırırdı. Mistik olan düşünülməsi mümkün olmayanı ifadə edir, onları hissiyata bağlayır. Wittgenstein düşüncəni sərhədləndirməklə həm də, elmin həll edə bilmədiyi, ondan kənar problemlərə də toxunur. Bütün bu düşüncələrini sağkən yayınlanan yeganə məntiqi-fəlsəfi traktadında verməyə çalışan  Wittgenstein düşünürdü ki, traktatdan sonra fəlsəfə sona çatıb.

Yaradıcılığının ikinci dönəmində isə o tərəfini dəyişərək sağlam fikirin önəmini müdafiəyə qalxdı. Wittgenstein əvvəllər qəbul etmədiyi etik, estetik, dinsəl, metafizikanında önəmli olabiləcəyini deyirdi.

Idealist fəlsəfədən fərqli olaraq analitik fəlsəfənin fuksiyasının duyğularımzdan azad olduğu fərz edilən və ya inanılan sahə ilə bağlı fərziyyə irəli sürmək deyil, bilgi dediyimiz şeyin hansı mənada bir bilgi olduğunu, linqvistik araşdırmalarla analiz etmək və fəlsəfədən intellektual qarışıqlıq və ya yanlış mənaya gələn və hətta yanlış verilən sualları çıxarış etmək olduğu qəbul edilməlidir. Problemi həll etmək üçün isə qeyri-səlis məntiqi nəticələr yerinə aşıq-aydın məntiqi nəticələr yaratmaq və tək mənalı sözlərdən meydana gəlmiş süni bir dil sistemi qurmaq gərəkir.

ass

Hazırladı: Ayşən Rizvan

volo.az

 

Comments

comments